Göz yaşlarında boğulmaq mümkündürmü?
Gəldik çıxdıq hamınıza maraqlı gələn hissəyə Baharın həyatında biri oldumu? Hazır ki, hissə də Baharın təxminən 27 yaşı var. İş, ev,səyahət, bəs eşq?
Bu gün həmişəki kimi Bahar səhər yuxudan oyandı artıq yeni evinə alışıb. Bahar ağartı məhsullarını pendir xamanı çox sevir. O 27 yaşında olarkən kolbasa, sosiskada yeyə bilirdi. Doyunca yedikdən sonra həmişəki kimi Qəzeti oxudu, daha sonra abunə olduğu Jurnaldakı yemək reseptlərini öz dəftərçəsinə qeyd etdi (bu dəftərçəni hələdə saxlayır və hələdə qeydlər aparır). Sonra əynini geyinib yola qoyuldu. Məhlələri gəzərək Gənclik metrosu istiqamətində irəliləyirdi. O yeni qonşuları hələdə tanımırdı bircə rəfiqəsi Nərminədən başqa. Metro ilə işə gəlib çıxdılar. Axşam həmişə ki, kimi rol oynayacaqdı bütün biletlər satılmışdı. Axşam o həmişəki kimi rolu çox gözəl canlandırdı hər kəs alqışladı və pərdələr bağlandı. Otağında əynini dəyişdi qripimini sildi və qapı döyüldü bir oğlan ona gül gətirdi. Üzərində sadəcə "çox gözəlsiniz" yazılan bir məktub vardı. Bahar bu gülüdə digərlərinin yanına qoyub Nərminəylə çölə çıxdılar evə gedirdilər. Yolda bir səliqəli geyimdə olan bəy onları saxladı. Sədəcə çox gözəl olduğunu müvəqqəti bakıda qalacağını və bütün tamaşalara baxmağa gələcəyini bildirdi. Bu bəy danışığını, oturuşunu, duruşunu bilən birisi idi. Bahar başıyla minnətdarlıq əlaməti bildirdi xüdafizləşib ayrıldılar.
Sonra hər gün bu bəy tamaşalara qatıldı. Baharda əslində tamaşaya çıxanda bir gözü ilə onu axtarırdı. Belə-belə aralarında sanki bir bağ yaranmışdı. Bir gün çıxışda bu bəy Baharı çay içməyə dəvət edir. Bahar isə gec olduğunu ancaq sabah görüşə biləcəyini bildirir. Bəy nə qədər xahiş edir ki, sizi evinizə qoyum Bahar onun maşınına əyləşmir və metro ilə gedib evinə çıxır. Əslində bu həmin bəyində çox xoşuna gəlir. Sabah bunlar görüşür çay içir biri-birlərini tanımağa başlayırlar. Bəs problem nədədir?
Aha düzdü axı Baharın uşağı ola bilməz.
Bu bəy ona sevgisini etiraf edəndə Bahar ona hər şeyi açıb deyir. Bəydən heç bir cavab gəlmir Bahara yenə tanrı lənətini yağdırmışdı sanki. Onlar ayrılırlar Bahar evə dönür və tək arzusu bu bəyi xoş xatirə kimi özüylə məzara kimi aparmaq olur.
Səhər olur Bahar eyni qayda ilə gedib Dram teatra çatır görür həmin oğlan durub qarşısında əlində də bir dəstə gül. Oğlan nə olur olsun Baharı qəbul edəcəyini bildirir. Onlar bir müddət görüşür vaxt keçirirlər. Daha sonra isə Ata evi olan Kubinkada toy edib evlənirlər. Deməli bu oğlan Rusiyada işləyir polisdir. Bahar əvvəlcədən öz işindən ayrılmayacağını oğlana bildirmişdi və bu çox yaxşı qərar idi. Bir müddət birlikdə yaşayırlar. Sonra oğlan Rusiyaya qayıtmalı olur və gedir. Bahar isə ildə təximnən 4-5 dəfə 1 həftəlik Oğlanın yanına gedirmiş. Oğlanda vaxt tapdıqca Bakıya gələr ancaq bu cür görüş təyin edərdilər. Bir neçə ildə belə davam edir. Bəlkədə araya girən məsafələr insanları soyudur bir-birindən. İllər keçdikcə bu səfərlər dahada azalırdı. Və bir gün onlar aralarında mübahisə edirlər oğlan heç olmasa qəyumluğa bir uşaq götürmək istəyir. Bahar isə razılaşmır. Axı ata Başqa ölkədə Ana bütün gün işdə nə cür olsun axı. Bahar hiss edirdiki oğlan nə qədər sevsədə uşaq istəyi var ailəsidə onu boğaza yığıb. Bu məsələlər biraz daha qabarıq formada cərəyan edirdi. Ancaq Bahar onu sevmişdi. Görəsən indi o atəşdən küllər qalıbmı? Hə qalıb Bahar bunları mənə gözü dola-dola danışırdı axı necə unuda bilərdiki o oğlanı?!
5 il idi onlar ər arvad idilər ama bir-birinin üzünü görmürdülər. Bahar sevgisini bilirsiniz nəyə qurban etdi? - Sevdiyinin xoşbəxtliyinə
Bax budur Eşq. Bahar məhkəməyə ayrılmaqla bağlı müraciət etdi. Və bir il sonra aralarındakı nigah pozuldu.Bir gün Gənclikdəki evdə özümədə Baharada çay süzdüm söhbət edirdik heç istəməzdim ki, yaralarına toxunam onun sadəcə soruşdum.
"Onu bir daha gördünmü?"
-hə gördüm. Gəlmişdi qapıma yanında da oğlu. Qəşəng uşaq idi toppuş.
"Bəs sən nə etdin?"
-Evə dəvət etdim uşağa şirni verdim. Ama gedəndə birdə bu qapıda onu görmək istəmədiyimi bildirdim
"niyə?"
- Uşağıda ailəsidə var artıq qoy həyatını yaşasın.
ESTÁS LEYENDO
Mono (tək)
EspiritualYazarı gizli olan bu hekayə həqiqətə dayanılaraq yazılmışdır hekayədə qəhrəmanların adları dəyişdirilib. Baş qəhraman Bahar adlı qadının həyatı mövzu olaraq seçilən bu hekayə real hadisələrə əsaslanır. Müəllif kimliyini bilmədiyimiz əsərin yazıçısı...