Bahar evdən xəbərsiz olaraq Dram dərnəyinə yazılıb. O burada ikən gələcəyin əməkdar, xalq artistləri aktrisaları ilə birgə hazırlaşıb. Nə bilmək olardı bəlkədə onlardan biridə Bahar olacaq?!
Burda bir Müəllimləri vardı yaşlı kişi idi. Adını desədə hazırda yadımdan çıxıb o zamanlar məhşur olub o Baharın istedadlı olduğunu görüb ona xüsusi məşqlər təyin edirmiş.
1960-cı ildə Bahar Mirzağa Əliyev adına Azərbaycan Dövlət dram və kino aktyorluğu fakültəsinə daxil olub. Bu imtahanı isə ailəsindən gizlin verib. Sonra Anası bunu öyrənib və bir xeyli tənbeh edib . Atasıda çox əsəbiləşib. Qardaşı zamin isə həmin ərəfədə Belarusiyada hərbi xidmətdə olub.
Gəlin birazda Zaminnən söhbət açım sizə Zamin bu dövrlərdə orda-burda işləyə-işləyə maşın sənətini çox dərindən öyrənmişdi. Bir də yaxın dostu var idi Zahir adında adları çox oxşayırdı. Zahir əslən Şəkidən idi. Atası ölmüş Anası ilə yaşayırdı. Evləri Çörək zavoduna yaxın bir yerdə idi. Zamində daim olara gedər hətta günlərlə qalardı. Zahirlə bir-birlərini qardaş kimi sevərdilər. Əsgərliyi bitirib evə dönən Zamin getdikcə Zahirə lap yaxın olmağa başladı hətta onun anasınada Ana deyə müraciət edərdi. Həyat bizdən daim sevdiklərimizi alır. Vaxtıykən özünü qucaqladığımız insanların indi torpağını qucaqlamaq çox çətin gəlir. Zahir bir gün qəfil dünyasını dəyişir. Bu qəfil hadisələr əslində hamısının açıqlaması var təbii ki, sadəcə mən 70 ildən qabaq olmuş bu hadisələri sadəcə başqalarının dilindən eşitdiyim üçün dəqiq bir məxrəcə gələ bilmirəm hər nə isə Zahirin ölümü təbii ki, Zaminə çox pis təsir göstərir. Zaminin özünün mənə dediyinə görə hətta baş daşı üçün Ukraniyaya getmiş ordan gətirmişdir. Nə edəsən insan özünü bu cür şeylərlə ovundurmağa çalışır. Yasamal qəbirsanlığında dəfn olunur. Və o gündən Zamin evdən gedir və Zahirin Anası ilə yaşayır ki, o qadını yalnız buraxmasın. Buna sizin yanaşmanız necədir? Bunu bilmirəm ama məncə qayıdaq Bahara .
Aktrisa olmaq arzuları olan Bahara evdən təzyiqlər olduqca artır. Qardaşı Zamində onunla danışmırdı artıq. Birinci kursa başlayır Qrup yoldaşları ilə arası çox yaxşı olur. Bahar həmişə oğlanlara çox da yaxın olmamağa çalışır onlardan qaçardı. Yəni oğlanlarla çoxda səmimi olmağı istəmirdi.
KAMU SEDANG MEMBACA
Mono (tək)
SpiritualYazarı gizli olan bu hekayə həqiqətə dayanılaraq yazılmışdır hekayədə qəhrəmanların adları dəyişdirilib. Baş qəhraman Bahar adlı qadının həyatı mövzu olaraq seçilən bu hekayə real hadisələrə əsaslanır. Müəllif kimliyini bilmədiyimiz əsərin yazıçısı...