Boş orkestr necə olur? Teatr boşalanda pərdələr tökülür halbu ki, vaxtıykən orda nə alqışlar eşidilirdi. İndi isə yalnız qaranlıq və sükut var. Düşüncəmlə insan həyatıda belədir.
Rekviyem mətnindən bir misranı sizlərlə bölüşmək istəyirəm
– "İlahi, onlara əbədi rahatlıq ver"
Bəs görəsən tanrı bunu edə bilərmi? Əbədi rahatlıq daimi xoşbəxtliklə eyni mənalı bir şeydi zənnimcə bəs görəsən bu hal baş verə bilərmi? Ümid varam bu yazılarım sizləri narahat etmir. Çünki mən bunun yalnız gözünüzü dolduracaq bir hekayə olmasını istəmirəm onu əlimdən gəldiyi qədər ahəngləşdirməyə çalışıram. Və bəlkədə mənim bu düşüncələrim sizlərə azda olsa tərbiyələndirici xüsusiyyət daşıyır.
Məni necə biri olaraq canlandırırsınız?
Sizcə "Scar"(Kitab müəllifi) necə biridir?
William Shakespearenin "Hamlet" əsərini yəqin ki duymusunuz Əsərdə Cladius öz doğma qardaşını öldürür Scar isə Cladiusdan ilhamlanaraq yaradılan bir personajdır. Bəs mən niyə təxəllüs kimi bu adı seçdim? Niyə Kitabı yazarkən özümü tərifləmirəm axı?! Niyə Özümü Anti-qəhrəman kimi canlandırıram?
Bu sualın Cavabını istəyərdim ki, növbəti hissələrə bəlkə də ən sona saxlıyaq.
Keçən hissədə birdən gələcəyə sıçrayış edib bütün ailənin gələcəyini sizlərlə az-çox bölüşmüşdüm.
İndi isə qayıdaq qaldığımız yerə Bahara o artıq bir çox Tamaşalarda müxtəlif rollarda oynayır. Az-çox Qonarar əldə edir. O vaxtı SSRİ dövlət işçilərinə ev verirdi. Baharda işləyir gələcəkdə bəlkə də onunda evi olacaqdı. Onun üçün öz evi olmaq xəyaldır axı həyatda çox əziyyətlər çəkərək bu yerlərə gəlib. Görəsən bundan daha artıq irəliləyəcəkmi? Görəsən daha böyük problemlər baş qaldıracaqmı? Bəlkədə bu andan etibarən Tanrının mələkləri onu Qanadları ilə qoruyacaq?!Və bir gün iş yoldaşlarından biri Bahara bildirir ki, ev almaq üçün siyahı var ora adını yazdırsın və növbəsi çatanda hər kəs kimi evi olacaq. Bahar deyiləni həmən edir axı kim belə fürsəti qaçırar. Aylar ötür növbə Baharada çatır. Onu çağırıb bildirirlər ki, Nərimanov rayonu ərazisində hazır ki, Gənclik metrosuna yaxınlığında 5 nömrəli xəstəxanaya yaxın yerdə Bina evlərinin tikintisinə başlanılacaq. Həmin binada 1 otaqlı mənzildə Bahara veriləcək.Bahar bu xəbərdən az qala ki, uçsun.
İşdən çıxan kimi qaça-qaça gəlir evə evdəkilərə bildirir şad xəbəri hamısı sevinirlər. Axşama yaxın qardaşı Nazimlə birlikdə evin yerləşəcəyi ünvana gedib boş əraziyə nəzər salırlar təbii ki, bu boş ərazidə salınacaq 1 otaqlı evi onun üçün saraylar deməkdir. Sonra evə gəlirlər mən onun gecə yatmazdan əvvəl keçirdiyi hissləri düşünəndə az qalır gözlərim dolsun səndə oxuduqca özünü hər bir personajımda canlandırmağa çalış sanki sənin avatarın Baharmış kimi oxu , ya da yox çox ağır gələr bir insan bu qədər yüklə yaşaya bilməz. Nə isə bu ev ziyarətləri davamlı olaraq 15-20 gündə bir edilir Nazim və Bahar gedib tikintiyə baş çəkir fəhlələrlə söhbət edirlər. Bu sıralar Baharın həyatında çox irəliləmələr baş verir. Artıq ona bir çox filmlərdən belə təkliflər gəlir düzdür hələki baş rollar deyil ama o çox rolları canlandırır. Onun bu bacarığı hamını heyrətləndirir o axı həm Kraliça həm qulluqçu həmdə oğlan rolunu necə bu cür mahir ifa edir?!
Eh birazda filmlərdənmi danışsam? Həqiqətən çox gözəl işlər görülürdü aktyor və aktrisalar çox gözəl mənimsəyirdi rolu sunilik olmurdu adama canlı hadisə kimi gəlirdi o köhnə filmlərimiz. Baharda onlardan biri idi. Bahara çox təkliflər gəlirdi təbii ki, bunun bir əsas səbəbi vardı. Həmin illərdə(1960-1970) Aktrisalar demək olar ki, hamısı yaşlı nəsil idi. Təsəvvür edin 6 yaşlı bir qızın rolunu 55 yaşında biri canlandırır. Bahar isə Dram teatra həmin illərdə qatılan yeganə gənc aktrisa idi. Təbii ki, bir neçə illər sonra heyətdə dəyişikliklər oldu. Filmlər Rollar onu çox yorurdu ama gəliri xeyli artmışdı. Səhər teatra daxil olan Bahar axşamadək tamaşalarda qrim otaqlarında dərzilərdə vaxt keçirirdi. Dərzi demişkən onuda qeyd edim Bahar çox zövqlü bir Xanım olmuşdu. Geyimlərinə özü xırda detallar əlavə edərək hamını heyrətləndirirdi.Qrimlərinidə özü edirdi. Bunlar hamısı bir yana axı vaxt yetişib evin tikintisinin başlanmasından 2-3 il keçib və bina artıq hazırdır. Bahar evi təhvil alacağı yerə getdi sənədləri aldı və Nazimi də götürüb evinə yola düşdü. Binaya çatdı, bəli o artıq blokun qarşısında durub binanın gözəlliyinə tamaşa edirdi.
İnsan özü əldə etdiyi hər hansısa bir şeyi bütün varlığı ilə qorumağa hazırdır hər bir zaman. Öz əldə etdiyin hər bir şeyə sinəni qabağa verərək fəxrlə qürurla izləməyə doymaz. Baharda bu formada durdu binanın qarşısında.
ESTÁS LEYENDO
Mono (tək)
EspiritualYazarı gizli olan bu hekayə həqiqətə dayanılaraq yazılmışdır hekayədə qəhrəmanların adları dəyişdirilib. Baş qəhraman Bahar adlı qadının həyatı mövzu olaraq seçilən bu hekayə real hadisələrə əsaslanır. Müəllif kimliyini bilmədiyimiz əsərin yazıçısı...