1941-ci ildə isə Bəlalar ölkəmizə Bakı şəhərinə hətta Bahargilin ailəsinə qədər gəlmişdi. Həmin il ailənin ilk oğlu Zamin dünyaya göz açdı atalar nədənsə ailədə daha çox hallarda oğlan uşaqlarını sevirlər ama onlarda eyni formada olmadı. Atasının Cahilliyindən qaynaqlanan düşüncələrlə Yenicə doğulmuş Zamin müharibəyə səbəb olmuşdu necə deyərlər ayağı düşməmişdi bu ailəyə.
Yenədə ailəmiz müharibə vəziyyətindədə olsa yaxşı yaşayırdı. Baharın atası gecə gündüz övladları üçün çalışırdı. O qaçaq şəkildə parçaları varlı xanımlara satır daha çox gəlir əldə edirdi. İlk arvadından olan uşaqları isə özləri ana idilər Baharın anasından belə yaşlıydılar. Atasının bu zamanlarda 77-78 yaşları olardı. Atası bir gün daha belə qaçaq parça satarkən tutulur və ilk bəlalar Bahar üçün buradan başlanır. Əmr olunur ki, Atası ailəsi ( Arvadı və 3 körpə uşağı) ilə birlikdə Qazaxıstanın Cambul vilayətinə sürgün edilsinlər. Qərar qəbul edildikdən bir həftə sonra onlar Qatarla sürgünə yola salındılar. 3-4 günlük qatarla səyahət körpələr yəqin ki ailə üçün çətin olmuşdur ama onlar düşünürdülər ki, həmin vilayətdə normal insanlar yaşayan ərazidə yaşayacaqlar kiçikdə olsa bir daxmaya sığınıb işıqları yandıracaq və bu bəlaların dağılmasını gözləyəcəklər.Lakin heç vaxt arzularımız qarşımıza olduğu kimi çıxmır. Üçüncü gecənin ardından Səhər oldu qatar stansiyada durdu onlar müvəqqəti yaşayacaqları yerə varmışdılar 4yaşındakı Bahar hər şeyi dərk etməsə də ailəsinin simasında məyusluğu anlayırdı onlar ayaqlarını torpağa basdılar. Bura insan ayağı dəyməyən bir səhra kimi canlandı gözlərində. Məhəllələri qaynayan Kubinkadan sonra belə bir yer bu ailə üçün ən çətin vəziyyət idi. Ətrafda stansiyada işləyən iki üç nəfərdən başqa heç bir canlı gözə dəymirdi qatar tərpəndi ailəmiz isə gediləcək yerin hara olduğunu belə bilmirdi. Baharın atası him-cinlədə olsa bir təhər bu adamlarla ünsiyyət qurdu onlar biraz uzaqlıqda balaca kənd olduğunu bildirdilər. Buralar səhra kimi qup-quru qurumuşdu.Bir- birindən xeyli aralıda hündür ağaclar və qurumuş kollardan başqa heç nə gözə dəymirdi Gün isə oları lap yandırır uşaqların ağlaşma səsləri ilə bir təhər gəlib bu kəndə çata bilmişdilər Kəndin əhalisidə xeyli az idi kişilər hamısı müharibədə ikən yalnız qocalar və əlillər qalmışdı kənddə onların qalacaq bir yeri belə yox ikən Yazıq ata çarəsizlikdən bilmirdi nə etsin. Gecəyə yaxın hava biraz soyudu yağış yağmağa başladı. Onlar isə dəli tərsinə ora bura qaçarkən bir köhnə külək dəyirmanına rast gəldilər.Əlacsız şəkildə onun padvalına girdilər nəm və soyuq idi. Ana uşaqlarını qucağına aldı Bahar bir küncdə dizlərini büküb qurulanmağa çalışırdı. Atası oradakı odunları yığdı bir araya atasından qalan alışqanı ilə yandırdı Anası uşaqlar və Bahar toplaşdılar odun ətrafına Anası Mədinə və Zamini əmizdirməyə başladı. Ata çölə çıxdı yarım saata yaxın müddətdə yoxa çıxdı. Bahar ağlamağa başladı çarəsiz ana uşaqları sakitləşdirə bilmirdi və birdən atası içəri girdi suyun içində idi əlində isə bir toyuq vardı. Heç kəs onu hardan aldığını soruşmadı toyuğun tüklərin bir təhər qoparıb çubuğa taxıb bişirdilər. Toyuq bişdikdən sonra anası onu böldü ilk öncə atasına yaxşı yerlərindən kəsib verdi. Bahara kiçik hissələr verdi onsuz balacadır bir az yesə doyacaq dedi. Özüdə yerdə qalanı yedi axı uşaqlarıda o əmizdirməli idi. Səhər oldu yağış kəsmişdi atası gün boyu bu kiçik yerə odun daşıdı anası təmizlədi və hər gün ata bir toyuq gətirirdi haradansa beləcə bir müddət dolandılar. Bu vaxt ərzində Ana kənd camaatıyla xeyli qaynayıb qarışmışdı. Kənddəkilər ona Bakılı deyirdilər. Kənddə bir yaşlı güləriz qadın vardı. Artıq ev işlərini görə bilmirdi. Şəhid olan oğlunun uşaqlarına da o baxırdı. Həmin qadın təklif edir ki, ailənidə gətir gəl evin yanındakı kiçik daxmada bir təhər qalın ev işlərini gör məndə əvəzində sizə yemək və az miqdarda pul verim. Təbii ki, ana bu təkliflə mütləq razılaşır. Onlar burada yaşamağa başlayırlar ata bütün gün evdə oturur uşaqlara baxır ana isə o qadının evini təmizləyir nəvələrinə baxır yemək bişirirdi. Bir neçə ay sonra isə Ata çıxış yolu axtarır və düşünür ki, O biri qadından olan qızlarım məni çox istəyir ərləridə arvadağızdılar onsuz gedib orda qala bilərəm ancaq bakıya necə gedəcəm bu ailəmi nağaracam?!
Bu düşüncələr atanın beynində bir neçə müddət fırlanır sonra isə hansısa bir yolla doğurdanda qaçıb gedir bakıya qızları varlı kişilərdə ərdədir vəziyyətləri yaxşı olur və atalarını həqiqətən çox sevən bu qızlar atalarını sahiblənib gizlədirlər. Bahar anası və iki uşaq qalırlar Qazaxıstanda ana təmiz başını itirir, ərindən də çox qorxur geri dönsə yenə deyə biləcəyi bir şey yoxdur. Aqressivləşən ana baharı lap sıxma-boğma edir. Tez-tez tənbeh edir vururdu. Hamı baharı çox bəyənirdi o vaxtlar qıvırcıq qara saçları qara gözləri və qaşları ilə onda hamı Əsl Azərbaycan qızı siması olduğunu bildirirdi. Bacı-Qardaşları isə göygöz sarışın idilər lap Ruslara oxşuyurdular. Qaldıqları evdəki o qadın da çox istiyirdi Baharı ona nəvələrinin payından həmişə verirdi. Ama böyüməkdə olan Bahar həmişə ac gəzir kənddə təndir çörəyinin iyi gələn qapılardan içəri soxulur bir tikə çörək alıb yeyərdi. Həmin qadın Baharın anasına bildirir ki, üzülmə mən sizə yardımçı olacam və onlara olan qayğını daha da artırır.
ESTÁS LEYENDO
Mono (tək)
EspiritualYazarı gizli olan bu hekayə həqiqətə dayanılaraq yazılmışdır hekayədə qəhrəmanların adları dəyişdirilib. Baş qəhraman Bahar adlı qadının həyatı mövzu olaraq seçilən bu hekayə real hadisələrə əsaslanır. Müəllif kimliyini bilmədiyimiz əsərin yazıçısı...