6-cı hissə "Fərqli həyat"

50 14 3
                                    

Kəpənək effekti deyilən bir şey var. Səbəbini anlamadığımız hər şey əslində bir-biri ilə əlaqəli təbiət qanunları üzərinə qurulub. Baharın taleyidə belədir. Bəlkədə o dayısıgilə getməsəydi həyatı tam fərqli çox rəngarəng olacaq və yaxud bunnanda pis qaranlıqlara düçar olacaqdı. Bilmək olmaz bəlkədə taleyi budur. Ancaq mən insan taleyinə inanmıram. Çünki Bahar daim öz taleyini dəyişməyi bacarmışdı.
Keçmə-keçli həyatına davam edək Baharın. O bir müddət sonra artıq atasına yük olmamalı olduğunu anlamışdı. Bir evi Ancaq Atası və Zamin dolandıra bilməzdi. Baharın bir qohumu onu işə düzəltmişdi. O indiki 20-ci sahə adlanan ərazidə neft aparatlarına nəzarət edirdi səhər 8-də orda olmalı idi axşam isə saat 6-da işdən çıxırdı. Səhərlər tez durub qara incə saçlarını darayar, çantasını yığardı. Zamin səhərlər onu. İndiki Dram teatrına qədər ötürərdi. Ordan tramvaya minən Bahar uzun yol getdikdən sonra yenə tramvayı dəyişib başqasıyla işə çatardı. Həmişə vaxtında orda olardı səliqəsidə öz yerində. İlk maaşına isə evə şirniyyat atasına siqaret alıb gəlmişdi. Axşamlar yenə Zamin onun qabağına gələr evə gətirərdi. Baharın ən balaca qardaşı olan Nazimdə artıq böyüyürdü. Ona uşağı olmayan qonşusu baxardı demək olar ki, yemək içməyin əyin-başını həmin qadın təmin edirdi.
Baharın danışdığı bir şeyi də bölüşüm sizinlə həqiqətən pis olmuşdun bu danışılanda mənə. Bir gün Zamin saat 6-da işlədiyi yerdə təmizliyi yaxşı görmədiyi üçün uşağın 3-5 qəpiyin verməyib zorla saxlayıblar ki, təmizlə gedərsən evə bu yazıqda başlayıb işi başdan görməyə. Bahar saat 7də çatıb Dram teatra görüb Zamin gəlməyib deyib yəqin işi çıxıb özü tək evə qalxanda yolda Məhlələrinə yaxın yerdə qalan 3 avara kəsib qabağını zorla pulunu alıblar. Birdə Zaminin ona aldığı hədiyyə saatı qırıb çıxarıblar əlindən yazıq qız ağlaya-ağlaya gəlib evə, səhəri balaca Zamin dostları ilə həmin uşaqların payını verib amma nə saatı nə də pulları qaytara bilməyiblər.
Nə isə belə-belə Bahar işləyir ama sonradan buradan işdən çıxarılır səbəbsiz yerə. Evdə oturmaqdan sıxılan Bahar uşaqlıq xəyallarının ardınca getməyi qərarlaşdırıb.

Mono (tək)Where stories live. Discover now