Bahar nəs şeylərin varlığına inanan birisidir. İndi özü bunları oxusaydı 13-cü hissədən biraz qorxuya düşərdi.
- xeyir 13 rəqəminə fobiyası yoxdur.Qayıdaq Bahara həyatı bir daha alt üst olmuşdu sevdiyi oğlandan artıq ayrılıb əvvəlki kimi işə gedir-gəlirdi. Amma artıq qəlbində də bir boşluq yaranmışdı. O hələdə sevir.
Zaminnən danışaq birazda Montində Bina evi alıb işləridə yaxşı gedir, Bahar arabir gedib onlara baş çəkirdi. Bahar Zaminin uşaqlarını digər qardaş bacılarınkından daha çox sevirdi. Zamin böyük bir Maşın düzəldilən obyektdə işləyir daim müştərisi olurdu. Bahardan fərqli olaraq onun həyatı çox yaxşı idi, xoşbəxt bir ailəsi vardı.
Nazimdə artıq Rusiyada idi. Orada səbəbini bilmədiyim bir şeydən dolayı 2il həbs cəzası almışdı. Həbsdən çıxanda Tatar qadınla evlənəcəkdi. Nazim bundan sonra uzun illər Ölkəsinə, bakıya, böyüdüyü Kubinkaya geri dönməyəcəkdi.
Baharda tez-tez xaricə gedib-gəlirdi. Xaricə dedikdə o zamanlar insanlar Ancaq SSRİ dadilindəki ölkələri gəzə bilərdi. SSRİ-dən kənara çıxmaq mümkün deyildi. Ancaq Bahar bir dəfə olmuşdu SSRİ-dən kənarda. O vaxtı çəkilən bir filmə görə onlar İraqa, ordan isə Ərəbistana gedəcəkdilər.
Aktyor aktrisalar əvvəlcə Moskvaya toplandılar bütün çəkiliş heyəti burada idi. Bir sıra təlimatlar verildi. Orada olarkən Bahara gündəlik 2 dollar veriləcəkdi, özüylə pul aparmaq qadağan idi. Nə isə deməli bunlar hava limanına gəlib yoxlanışdan keçdilər və təyyarə havalandı. Bir neçə saatlıq yoldan sonra onlar Kərbələya çatdılar orada çəkilişləri hazır etdikdən sonra bütün kollektiv İmam-Hüseynnin dəfn olunduğu yeri ziyarət etdilər. Bir neçə gün sürən çəkilişlərin tamamlanması üçünsə sonra Ərəbistana gedirlər. Orada da başlarına maraqlı hadisələr gəlir. Qırmızı dəniz yaxınlığındakı fotoşəkillərinə baxmışam.O zamanlar Ərəbistan indiki kimi inkişaf etməmişdi. Ata-Babaları kimi çobanlıqla məşğul olurdular. Bahar hazırda orada çəkdirdiyi fotoşəkilləri mənə bir bir göstərərək uzun-uzun danışırdı. O mənimlə dayanmadan söhbətlər edir, yemək hazırlayır, çay və şirniyyat alırdı. Mənimlə vaxt keçirmək Baharın ən sevdiyi məşğuliyyət kimi idi. Axı onu heç kəs yada salmır?!
Elə bu Ərəbistan səfərindədəndə maraqlı şeylər danışmışdı. Geri dönərkən parçalar,ətir və şirniyyatlar gətirdiyini dedi. Orada bir qadına böyük simpatiyası yarandığından danışırdı. Bu qadında aktrisa imiş, Latviyanın parlayan ulduzlarından biridə bu qadın idi. Baharla Rus dilində danışaraq dialoq qura bilirdilər. Bu qadın sonralarda məhşurlaşmışdır daha sonra onun acınacaqlı həyat hekayəsindəndə biraz xəbərdar oldum. Ərəbistana Baharla yanaşı Azərbaycandan bir cavan və gözəl qızda getmişdi. Onun adı Ləman idi qaraşın gözəl bir qız idi. Bahardan dörd ya beş yaş kiçik olardı və onlar daim birlikdə deyib gülərdilər. 10 günə yaxın davam edən çəkilişlərin ardından onlar geriyə Moskvaya oradanda Bakıya qayıtdılar. Ardından Ləman evləndi və teatr trupbasından ayrıldı ama Baharla səmimi dostluqları davam edirdi. Baharında bu 14 il ərzində teatrda böyük hörmət qazanmasının bir mükafatı vardı yəqin?!
1 iyun 1974-cü ildə Bahar əməkdar artist fəxri adı ilə təltif edildi. Buda karyerasını işıqlandırmağa yardım edəcəkdi ona.
ESTÁS LEYENDO
Mono (tək)
EspiritualYazarı gizli olan bu hekayə həqiqətə dayanılaraq yazılmışdır hekayədə qəhrəmanların adları dəyişdirilib. Baş qəhraman Bahar adlı qadının həyatı mövzu olaraq seçilən bu hekayə real hadisələrə əsaslanır. Müəllif kimliyini bilmədiyimiz əsərin yazıçısı...