Qayıdaq mənə axşam çağı Bakıda həzin meh əsir evin Balkonunda əyləşmişəm siqaretimi çəkərək hekayə haqqında düşünürəm düzünü desəm çoxda çətin deyil yazıb doldurmaq nə də olsa hekayənin tamamını bilirəm sadəcə digər yazarlar kimi ətraflı yazıb yaratmaq istəyirəm ki, uzun olsun. Belə baxanda istədiyim kimidir hekayə çox uzanır düzdü hələ biz balaca Baharın məktəbə gedəcəyi hissədəyik.
Sentyabr ayı, bir payız səhəri Bahar artıq ilk dərsə getməyə hazırdır yuxudan durur yumurta qayğanaqını bitirib, şirin çayı içir. Bir dəftəri və bir qələmi var. Çantasıda var çantanı keçən həftə qonşuluqdakı qadın tikmişdi onun üçün çanta iki iplə belindən asılır. Çuvaldan hazırlanmışbir çanta. Bəli əvvəllər bu çuvallar daha faydalı görünürdü yoxsul ailələr çuvalın içindəkindədə çuvaldanda yararlanırdı. Qonşu qadınında həyatı çox keçmə-keçli olub indi balaca bir otaqlı evdə yaşayır ən pisi isə heç kiminin olmamasıdır. Uşağı olmayan bu qadın uşaqları hədsiz çox istəyir Baharı isə istəməmək olmaz. Baharın atası hər səhər sübh tezdən durar Kubinkadan dənizkənarı parka qədər ayaqla gedər nərd oynayıb qayıdardı. Bu gündə hər gün olduğu kimi səhər qayıdıb çörəyini yedi bu müddətdə Baharda hazırlaşdı. Evdən çıxdılar atası yol boyu Baharla danışa danışa gəlib məktəbə çatdılar. Baharın getdiyi məktəb ibtidai siniflər üçün nəzərdə tutulmuşdu hazır ki, Nizami metrosu ilə üzbəüz idi (indiki 18 nömrəli məktəb) . Sinifə daxil oldu hamı kimi partaların arxasında əyləşdi bu Baharın ilk uğurlu addımı idi.
İbtidai sinifdə Baharın nələr yaşadığı ilə bağlı çox bilgim yoxdu doğrusu tək bildiyim dəhlizdə qaçmağı sevərdi o və sinif yoldaşları üçün bura oyun meydançası idi. Direktorları isə bir qadın idi çox hökmlü biri idi. O qədər ki, oğlanlar belə ondan qorxardılar. İbtidai sinifi burada oxuyan Bahar Fərqlənmə ilə bu məktəbi bitirmişdi. Artıq 5-ci sinifdən yeni məktəbə başladı burada isə böyük şagirdlər var idi. 8-9-cu sinifləridə fərqlənmə ilə bitirən Bahar artıq Yeniyetmə olmuşdu. Uşaq ikən çox şirin olan Bahar indi gözəl bir qız olmuşdu. Bahara kiçik olan paltarları daim Mədinə geyinərdi. Bu vəziyyət Mədinə üçün heçdə xoş deyildi ama paltarları adətən atası alardı deyə bir şey deyə bilmirdi. Qardaşlarda böyümüşdü artıq Zamin 4-cü sinifə çatmışdı ama o bacıları qədər xoşbəxt deyildi. Zamində böyük bacısı Bahar qədər savadlı zirək uşaq idi ama nə edəsən ki boş mədə ilə ağıl gərəkli deyil. Məcbur qaldığı üçün Zamin məktəbi atır və işləməyə başlayır hələ 10 yaşı olanda Zamin orda-burda gətir-götür işləri edir bir yeri təmizləyir qəpik-quruş alırdı. Aldığı qara qəpiklərə heç olmasa çörək soğan kartof almağa gücü çatırdı Zaminin. Bu ailənin uşaqları hamısı çox gözəl tərbiyyə görmüşdülər uşaqlar Kubinkada avara uşaqların yanında böyüsələrdə pis vərdişləri yox idi. Zamin digər iki qardaşınada örnək olar bacılarını isə hara lazımdı aparıb gətirərdi.
CITEȘTI
Mono (tək)
SpiritualeYazarı gizli olan bu hekayə həqiqətə dayanılaraq yazılmışdır hekayədə qəhrəmanların adları dəyişdirilib. Baş qəhraman Bahar adlı qadının həyatı mövzu olaraq seçilən bu hekayə real hadisələrə əsaslanır. Müəllif kimliyini bilmədiyimiz əsərin yazıçısı...