8-ci hissə "Parlayan ulduz daim seçilər"

39 13 1
                                    

Bahar İnstitutu Yüksək qiymətlərlə oxuyur birinci semestr imtahan nəticələridə çox yüksək olur. Dayanmadan bir çox rollarla məşğul olur. Və imtahanlardan sonra sanki Tanrı dönüb bədbəxt etdiyi bu qızın üzünə gülməyi düşünür. Deməli Baharın danışdığına görə bunların rollarına baxmağa tez-tez yeni adamlar gələrdi bir gündə ona baxmağa gələnlərdən biri çox bəyənir və Baharı Dram teatrında İslam Səfərlinin məhşur dramlarından birində rol təklif olunur və Bahar bunu qəbul edir. İlk rolunu çox uğurlu oynayan Bahar Dram teatra işə qəbul olunur. Hələ birinci kursda ikən yanındakılardan fərqlənən Bahar uğurlu kariyerasına başlanğıcı olur, o artıq tələbə-aktrisadır. Həmin truppada o böyük insanlarla işləyir. Ordada özünü sevdirən Bahar ilk zamanlar kiçik rollar alsada universiteti bitirdikdən sonra başrollarda belə oynayır. O həm dram həm komik rolları canlandırır.
Özünün danışdığına görə bir rola hazırlaşırmış o vaxtı, Roluna görə orada xarici bir musiqiyə oynamalıymış. Amma məşqlər növbəli olduğundan düzgün hazırlaşa bilmirmiş Bahar isə həqiqətən məsuliyyətli birisidir. Maaşından həmişədə əlavə pul saxlayardı. Təcili olaraq həmin pula maqnitafon almış həmin kaseti əldə edərək evdədə məşğul olurmuş. Bir düşünün balaca Kubinka məhəlləsi kiçik bir yerdə 10-15 ailə balaca bir həyətdə məşq edirdi. Musiqini qoşub həyətdə gizlin oynayırmış başını qaldıranda isə bütün məhəllə iri gözlərini ona zilləyib dəliyə baxan kimi baxırdı. Bəli dəliyə!

Dəlilik nədir? Nədən başlanır? Hansı növləri var?

Yaxşısı bu sualı saxlayım növbəti hissələrə ki, sizədə maraqlı gəlsin durmadan oxuyasınız.

Bahar mənlə başqa maraqlı xatirələrini bölüşməyi sevərdi. Bir tamaşada təsəvvür edin ki, 6yaşlı özündən razı bir oğlan uşağını canlandırıb saçlarını arxaya darayıb papağın altda gizlədib çoxda yaxşı qrim edib özünü sonra tez əynini dəyişərək bir qız uşağını canlandırıb və tamaşaçılar bunu anlamayıb. Tamaşa bitdikdən sonra isə hamı ayaq üstə alqışlayıb. Bu hələ onun yeni uğurları idi.

Mono (tək)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin