Bahar artıq 10-cu sinifidə bitirdi. Qaraşın gözəl bir qız olmuşdu və bütün oğlanlar onu bəyənirdi. Hələ məktəbi yenicə bitirən Baharın elçiləri düzülmüşdü. Anası dayanmadan ərə getməsini israr edirdi. Atası isə Baharı həddən çox istəyirdi və qarışmırdı ona . Gələn bir neçə elçi rədd edildikdən sonra atası Baharı çağırdı yanına. Qızım mənə çay gətir gəl otur söhbət edək dedi:
Onlar əyləşdilər atası evlənmək istəyib istəmədiyini soruşanda Bahar təkidlə ali təhsil almaq istədiyini bildirdi. Atasıda bu fikri bəyəndi.
- Qızım Tibb universitetinə daxil olacaq.
Bahar heç bir şey dəmədən razılığını bildirdi. Hələ məktəbi bitirməmişdən məktəbdə olan tədbirlərdə fəal iştirak edən Bahar çoxlu tamaşalarda oynamışdır. Aktrisa olmaq arzusu olan Bahar üçün atasının sözü vacib idi. Evdə boş zamanlarını oxumaqla keçirərdi. Qonşuda- tanışda savadlı birisi var idisə qaçıb ondan nə isə öyrənərdi. Məktəb müəllimləridə onu çox istəyirdi. Müəllimlərindən biri Flarmoniyaya yaxın bir yerdə yaşayırdı bahar ora tez-tez gedər Müəlliməsi ilə riyaziyyat məsələləri edərdi. Vaxt gəlib yetişmişdi Bahar imtahana gedəcəkdi çox həyacanlı idi. Qonşu Qadınla birgə getdilər Tibb universitetinə imtahan o zamanlar fərdi idi Baharda hamı kimi bilet çəkib sualları cavabladı. Çox dolğun və düzgün cavablayan Bahar əmin idi ki, qəbul olunacaq. İmtahan komissiyasına isə bir kişi rəhbərlik edirdi. Həmin kişi 30 yaşlarında cavan adam idi. İmtahan bitdikdən sonra Baharı otağına çağırdı və imtahanı yaxşı verdiyini bildirdi. Ama bunlar universitetə qəbul olması üçün yetərli olmadığını dedi. Çox təəssüf olsun ki, murdar insanlar daim qarşımıza çıxır. Bahar onun axmaq fikirlərini anladığı an otağı tərk etdi ağlayaraq gəlib qonşu qadını qucaqladı və olan bitəni danışdı. Qadın Baharın əlindən tutaraq yola çıxardı onlar gəzə-gəzə evə doğru yol aldılar. Bahar atasına kəsildiyini imtahanı verə bilmədiyini söylədi.
ESTÁS LEYENDO
Mono (tək)
EspiritualYazarı gizli olan bu hekayə həqiqətə dayanılaraq yazılmışdır hekayədə qəhrəmanların adları dəyişdirilib. Baş qəhraman Bahar adlı qadının həyatı mövzu olaraq seçilən bu hekayə real hadisələrə əsaslanır. Müəllif kimliyini bilmədiyimiz əsərin yazıçısı...