Həyat isə həmişəki kimi davam edir. Mən hər gecə olduğu kimi çarpayıma uzanmışam bir iki qədəh içib, siqaretimi yandırdım və nələri yazacağımı düşünüb yeni hissəyə başladım. Bu hissədə biraz daha irəliləyirik zaman sürətlə axır Bahar yaşlanırdı. Artıq 90-cı illər idi. Bahar 50 yaşlarına çatmasına az qalmışdı. Amma o yaşı ona vermək olmazdı görən onu 39-40 yaşlarında olduğunu deyərdi həmişə ki, kimi baxımlı idi. Bu dövrdə o aktrisalıqla yanaşı həmdə aparıcılıq təklifi almış və qəbul etmişdi. O televiziya verlişlərindən birininin aparıcısı idi. Hər verliş üçün o müxtəlif rayonları gəzər adət-ənənələri, toyları çəkərdi. Bütün bu görüntülər televiziyada yayımlanardı. O hər royana yollanarkən qonarar alardı. Ancaq geyimlərini özü götürərdi. O rayonlarda olduğu müddət anası evdə yalnız qalardı. Bir müddət (4-5 il) verliş yayımladı və xeyli sayda tamaşaçısı vardı. Lakin sonralar ölkəmizin başına gələn yeni bəlalardan sonra veriliş dayandırıldı. Xalqımız yeni problemlərlə üzləşdi. Qarabağ müharibəsi hər kəs üçün unudulmaz və çətin günlər idi. Baharın evinin yaxınlığı demək olar ki, yeni insanlarla dolmuşdu. Məcburi köçkünlər məktəblər, yataqxanalar, daxmalar hətta çadırlarda belə qalırdılar. Bahar isə əlindən gəldiyi qədər onlara yardım etməyə çalışırdı. Bir müddət sonra isə müharibə belə soyumuşdu yenə hekayədə irəliləmiş oluruq artıq 90-cı illərin sonları yaxınlaşırdı o zaman isə tanımadığınız bir şəxs hekayəmizə qatılacaq onun haqqında azda olsa məlumat alacaqsınız.
DU LIEST GERADE
Mono (tək)
SpirituellesYazarı gizli olan bu hekayə həqiqətə dayanılaraq yazılmışdır hekayədə qəhrəmanların adları dəyişdirilib. Baş qəhraman Bahar adlı qadının həyatı mövzu olaraq seçilən bu hekayə real hadisələrə əsaslanır. Müəllif kimliyini bilmədiyimiz əsərin yazıçısı...