İnsan qəralara çox tələsir. Hansını hansl yerə qoyacaqsan bir tələşla o tərəfə, bu tərəfə baxırsan. Bir də baxırsan, hər şey əlində qalıb. Nə qoyacağın yeri xatırlayırsan, nə də onların kimə aid olduğuna. Düşüncəsizlik etməyi bu dəfə öz çiyinlərinə alırsan ki daşıyacam. Açma hara kimi və necə haqqında qram bir fikrin yoxdu. Bu qərarları nə qədər çox sevdiyini xatırlayanda isə qəribə bir külək salam verib keçər. Gözlədiyin o qışın bahar olmasıdı. Lakin qış elə qışdı. Fəsilləri dəyişdirmək gücün olmadığını biləndə özünü hansı aydan atmaq lazımdı deyə düşünürsən. Ya noyabrın 18dən, ya da aprelin 20dən. Uğursuz fəsillər qərarlarınla əlaqəlidi demişdim və yenə o sözləri yazmaqla məşğulam. Bir yerdə məşğul olursan. Bir yerdə isə başıboş. İndi gözləmək lazım deyil ki, əlindəkiləri gəlib kimsə yerbəyer edəcək. At elə onları da qışın günlərindən. Bahara başqa hekayə yazılar bəlkə. Dedim insan səhv edir. Sıhv etdikcə böyüyər. Asılı olma. Boğ getsin.
