sondan axırıncı

2 0 0
                                    

Indi illər sonra bir hekayənin əsas qəhrəmanı sənsən. Sən bu həyatımda ən uğurlu və dəyərli insanım. Ən son hissəni yazanda düşünməzdim, indi durduğum yerdə sənlə olacam. Bəlkə sənin başına gələn ən xoş şey deyiləm amma sən mənim başıma gələn ən gözəl və əbədi sürsün deyə ümid elədiyim bəlasan. Son  damlası dodaqlarına düşsün deyə gözləyən edama məhkum edilmiş adamın son sözləri. Bir gün saçlarında burnumdan son dəfə nəfəs çıxanda, son dəfə sinəm sənə daha yaxın olsun deyə enib qalxanda, son  dəfə üzünü ovcumda itirəndə yanımda olan şeyin sənin olmağın məni ölümə tələsdirir. Bəlkə tez öləcəm ya maşın qəzasında ya da uzun sürən bir xəstəlikdən. Sənlə olan olsun, keçen keçsin. İnsanlar məni anlamayanda sən gəlmişdin və bir daha da getmədin. Buna arada məni yandırmaq üçün "yazığım gəlir deyə" desən də, mən özümü sən məni sevirsən cümləsinə inandırmışam. Bu şey nə qədər gerçək nə qədər yalan tanrı bilər. Amma gəlib gedəndə də sənsən, ölüb itəndə də. Bəlkə sənlə son dəfə ən dərin nəfəsimi aldım. Unutmayasan deyə ümid edirəm...


Gələn görüşlərədək

You've reached the end of published parts.

⏰ Last updated: May 19, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Nothing moreWhere stories live. Discover now