Hər kəsin 19 yaşında bir buraxdığı addım vardır. Kimin ayağına yazırsan yaz, istəsən zamanın, istəsən yanlış məkanın. Yenə sonda öz ayağından asılırsan. Dünyanı tərs görməyə başlayarsan. Yalanı düz, düzü yanlış. Aynadakı sənin əksin yerinə, tam özünü görərsən. Ayağı açsa da yeriməz deyirlər yalana. Amma bəzən insanın üstünə elə qaçar ki, qaçmağa deşik belə tapmazsan. Ya qanadlar lazım olar, ya da kimsənin köməyi belə dəyməyən sətirlər. İnsan yaşaya bilmədiyi şəhərlərə nifrət edər. Yenə o şəhərlərin nə günahı var, nə də ağlasığmaz bir gücü. İnsanı özündən elə qoparar ki bu addım, başqalarının güzgü əksinə ehtiyac duyarsan. Nə bir daş altında, nə də bir yastıq üstündə. Haralara qaçsan da xeyri dəyməz insanın özünün. Bir gün birinə sarılarsan, ancaq o qolları sənin ayaqlarına tuş gələr, tutunar. Sən hələ də tərs asıldığından xəbərin olmaz. Hə, bir də yaşanmamışlar var ki, onları yeninin ayağına yazarsan. Onunsa sinəsi bütün kədərlə dolar. Səni anlamaz səni duymaz. Əvvəl ipi kəsməlidi. Çünki ona səhvi elətsən, əllər toxunsa da ikiniz də eyni ipdən asılar. Bu həyatda iki səhv bir düz eləməz. Gəl ki, bunu özünə belə başa sala bilməzsən. Neçə qadının haqqından gəlsən də, bir özünün haqqında bir hekayən belə olmaz. Çünki insan özü haqqında yaza bilməz. Yazdıqlarıysa bir söz yığınından başqa bir şey deyil. Gəlib üstündəki daşı götürməyə çalışsa da, altdan özün dəstək verməsən kimsə kömək edə bilməz. Axşam olar səhər açılar. Ağlına gələn onun səsi olar. Necə ki yorğun bir gecənin ardından dənizin xoş səsi. İnsana dəniz lazımdı. Soyuq olsun da içini soyutsun. Düşünməzlik yox da, sənə lazım olanı versin. Özün belə nə istədiyini bilmədiyin halda. Gəl bir də üstümə yalandan qaçaq. Qanadlar var səturlər yerinə.
