Suallar və Dəniz

4 0 0
                                    

Incə bir sözdən asılı qalmağa başlayırsan. Həyata bənzəyirik elə biz. O da bizi incitmək üçün əvvəl xoş davranır. Hər şeyi verir, sonra sənə minnətbaz baş rolunda ən yaxşı oskara namizəd olur. Ölmək seçimdi, təkcə cismanı saymıram onu. Hisslərsiz, dəyərlərsiz insan bir an belə rahat qalmaz. İstər sevdiklərinin yanında olsun, istər uzaqda. İndi üstünə bir, iki sevgi qırıntısı atsam, bunu da yanlış anlayarsan. Çünki sabah onu səndən alacam deyə düşünəcəksən. Deyəsən haqlıydın sevmək olduğun kimi qəbul etməkdən keçirmiş. Ya da mən sevgini heç vaxt anlamadım. Sanıram ki, bir içki masasında adını sayıqlasam bu sevgi olur. Hardasa, adını bir qırağa həkk eləsəm buna sevgi adı qoyulur. Zamandan asılı olmaq boyuna kəndir keçirməklə eyni. Boğur və səni öldürür. Səhər oyananda içində cəsədləri yığışdırmaq üçün zibil maşımı lazım olur. Bəzən də elə küçədə qalar. Bu üfunətdən qurtulmaq olmur. Gərək basdırasan. İnsan özünü başqalarıyla müqayisə etməyə başlayanda sabah gələcək hava praqnozunun səsinə qulaq verirsən. İndiki zamanda yaşamaq çətindi. Hardan hara yol getmək lazım olduğunu anlamırsan. Bir gün yolun sənin burdan keçsə, çox güman görərdin məni. Bilmirəm, reaksiyam nə olardı amma qucaqlardım.

Fərqli hekayələrdən insanların ortaq bir əlfəcində görüşməyini çox sevirəm. Orda bütün hadisələr yazılar, ondan sonrası və ya əvvəlinin heç bir mənası olmaz. Bir büküm siqaretin külü də düşər arada qalar. Bütün güllər o səhifəyə doldurular. Çünki peşmanlıq minnıtdən güclüdü. Gözümüz çox gec açılar. Bəlkə buna görə insanlar qəbirlərin üstünə minlərlə gül qoyur. Hansı ki, quruyur ölünün qram xeyrinə gəlmir. İtirmək qorxusu insanın son güllə yarası öldürməyən, qabıq bağlayan, adi göz yaşıyla qanayan. İncidərsən saatbasaat. Dənizə qaçıb gözyaşı tökən minlərlə insan var. Kimi də içkiyə toxunub onunla yatır. Kimsə orda ölür, kimi də hər gün ölür. Hansı daha ağırdı heç bir fikrim yoxdu. Təqvimin hansı yarpağında görəcəksın düşüncəsi insana bir ümid verir də, heç nəyə cavab vermir. Heç bir problemi həll etmək lazım deyil. O özü yaranırsa bir bildiyi vardır bir kimsənin.
Axşam düşdü, səhər açılanda oyaq olmaq istəmirəm. İçimdə nədən yapışım bilmirəm. Qarşıda da körpülırini yıxmış amma mənə gəl deyən biri var. Üzməkdən qorxmuram da, bəs axının gücü necədi. Burdan kəllə vursam hardan çıxacam. İllərlı dərinləşən dənizi vurub keçmək o qədər asandı, nə də mən o qədərmi güclüyəm. Xoşbəxt günlər indi hansı zamandadı. Danışa bilmirəm, susmağı da unutmuşdum. Çünki heç bir sözüm yox danışmağa, içərkın də gülməyi bacarmıram. Bir uzaq diyarda hır şey gözəl olacaq deyən adam çıxsın üzə onunla söhbətim olsun. Amma sözlərlə yox, söyüşlərlə. Minnətin hansından yapışasan axı. Görüb görməmək problem deyilmiş. Yuxusuz qalıb qalmamaqmış iş. Unuda bilməmək necı iyrənc bir hiss. Dənizin digər sahilində dı həmin insanın eyni gücə sahibdi. Görəsən, tanrıyla bir şərt kəsəsən ki, unutdur ikimizə də. Əvəzində bütün həyatım onun olsun. Bütün hisslırimi alsın əvəzində. Tək onu yaşatsın. Bu tanrıdı, nəyi necə edəcək kimsə bilməz.
Haqlıydın, hər şeyi dağıtmaq asandı. Gülüb və ya ağlayıb keçirəm deyəndə də yanlış və sənləydim. Ya da doğru olub sənsiz olsam bu necə olardı. İnsan birinin əksik edər. Bir şeyi hər zaman unudarıq. Mükəmməl deyilik və bunu sənə sübut elədiyim üçün peşmanam. Deyilən sözləri kimin ətəyinə yazasan heç tanrı da bilmız. Arzu edık, ümid çəkək çox güman bu bəlkələr bizə kömək edər. İnsan başqasından imdad diləməyi ən böyük qorxusu. Mənim gəl ən böyük qorxum ol.

Yorğun olmaq, həyatdan nə istədiyini bilməmək, hansı libasda daha yaxşı göründüyünü bilməmək çox gözəl hiss deyil. Sıxılmaq, başınl alıb getmək də yaxşı deyil. Hədər edirəm sözlərimi amma zay olan təki sözlır olsun. Özünü qoru, yaxşı bax özünə. Hər şeysən

Nothing moreWhere stories live. Discover now