Bölüm 1

165 11 11
                                    

Salam əzizlərim !
Bu mənim yazmaqda olduğum ilk hekayədir, buna görə də nə yalan deyim bir az həyəcanlıyam .
4 bölüm yazmışdım lakin bölümləri sildim. Hekayənin mövzusu bir az deyişdirildi və indən sonraki bölümlər bu dəyişikliyə uyğun davam eder deyə düşünürəm.

İndi isə sözü çox uzatmadan sizi bölümlə təkbətək qoyuram.

--------------------------------

Secrets I have held in my heart
Are harder to hide than I thought
Maybe I just wanna be yours
I wanna be yours

Arctic Monkeys - I Wanna Be Yours


- Bu qədər əziz tələbələr. Növbəti dərsdə görüşərik.

Nəhayət ki dərs bitdi , amma məndə bitdim. Arada özümü ' görəsən İngilis dili və ədəbiyyatı ixtisasını seçməkdə düz mü qərar vermişəm ?' Deyə sorğuya çəkirəm. Mən yenə özümə bu sualı verməyə başlayırdım ki, yaxın rəfiqəm Röya yanıma gəldi və əlini partanın kənarına söykəyib soruşdu:

- Nə olub ? fikrə getmisən yenə.

Üzümü ona tərəf çevirib dedim :

- Heç. Heç nə olmayıb. Sadecə sabah üçün dərsləri necə çatdıracağımı düşünürəm.

- İndi dərsi qoy bir kənara çünki sənə maraqlı bir şey göstərəcəm. Məncə, bəyənəcəksən.

Röya yanımda olan boş stola əyləşdi və telefonunu çıxarıb nəsə axtarmağa başladı.
Mən də ona sataşmaq qərarına gəldim:

- Görəsən yenə əcayib bir şey kəşf etmisən? İndiyə qədər tapdıqlarından bir xeyir görməmişəm.

Başını telefondan qaldırıb mənə tərs-tərs baxıb dedi :

- Sən nə nankor insansan Firuzə. Elə o günləri sənə linkini göndərdiyim program sayəsində yazmadın sərbəst işini ?

Səs tonu ucbatından üzümü turşutdum. Daha sonra xətrinə dəydiyimi düşünüb qolumu boynuna doladım və özümə tərəf çəkib dedim:

- Sadəcə zarafat edirdim incimə sarı çiçək.

Başını qaldırıb gülümsədi və telefondaki işinə davam etdi. Elə iki‐üç saniyə keçmişdi ki, Uca səslə dilləndi:

- Aha tapdım. BUDUR!

Telefonu götürüb mənə göstərdiyi proqrama baxdım. Proqramın alt hissəsində Wattpad yazılmışdı.

-Bu nədir,- deyə sual verdim. Cavabı gecikmədi:

- Kitab oxumaq üçün proqram. İnsanlar həm burda kitab yazır, həm də başqalarının yazdığı kitabları oxuyur.

- Maraqlı proqrama oxşayır.

Röya razılıq əlaməti bildirdi.
   Aradan keçən keçən iki dəqiqə ərzində zəng içəri vuruldu tələbə yoldaşlarımdan sonra sinifə daxil olan müəllim jurnal sırası ilə tələbələrin adını çəkərək yoxlamağa başladı.
Son dərs də bitdikdən sonra Röya ilə universitetdən çıxıb evə doğru yol aldıq. Universitetlə evimizin arasındaki məsafə o qədər də çox deyil, lakin həftənin üçüncü günləri 3 seminar dərsimiz olduğu üçün yorğun oluruq.
Buna görə də üçüncü günlər evə avtobusla gedirik .
Aradan keçən qısa zaman dilimi içərisində avtobus gəldi.
Yorğunluqdan ayaq üstü mürgüləyən Röyanın qolunu dürtərək avtobusa minib, hər zaman oturduğum yerə - pəncərə tərəfə keçib əyləşdikdən sonra qulaqcığımı taxıb mahnıya qulaq asmağa başladım.
Qulağımda ən sevdiyim mahnı olan
l just wanna be yours nəğməsinin sədaları altında, başımı pəncərəyə söykəmiş şəkildə çölü seyr edirdim.
Bu mahnını çox sevməyim səbəbi hislərimi ifadə etməsidir. Nə vaxt bu mahnını dinləsəm ağlıma dostumuzun oğlu Bəhruz gəlir.
Gülərkən qısılan qəhvəyi gözləri, qulağıma melodiya kimi gələn səsi, özündən əmin davranışları , bir sözlə ona aid hər şey bu nəğməyə qulaq asarkən yadıma düşür.
Ona olan hislərimi heç vaxt üzünə qarşı dilimə gətirə bilməmişəm. Nə vaxt ona olan hislərimi söyləmək istəsəm , 'ya məndən xoşu gəlməsə?' 'Ya rədd edilsəm?' və s. kimi düşüncələr halqa kimi boğazıma dolanaraq dilimə kilid vurur.
Onu ilk dəfə universitetdə görmüşdüm. O vaxtlar onun atamın dostu - Həmzə əminin oğlu olduğunu bilmirdim. Onun məni tanıdığını bir tədbirdə apardığımız qısa söhbət əsasında öyrənmişdim. Məni haradan tanıdığını sual verəndə isə təbəssüm etmiş söhbəti dəyişmişdi. Məndə bir daha bu mövzunu açmamışdım.
Həmzə əmigillə ailəmin dostluq əlaqəsi var.
Onlar iş yerində tanış olublar. Həmzə əmi atamın müdür müavini vəzifəsində çalışdığı məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərir.
onların tanışlığı qısa zaman müddətində dostluğa çevrilib hətta bu dostluq anam və Həmzə əminin yoldaşı Çimnaz xanıma da yansıyıb,atamla Həmzə əmi kimi onlarda dost olublar.
Kaş bu dostluq Bəhruz və mənə də yansıyardı. Təbi ki , sevdiyim biri ilə dostluq münasibətim olsun istəmərəm, lakin əgər onunla sevgili ola bilmirəmsə heç olmasa dostu olaraq ona yaxın olardım.
Dayanacağa yaxınlaşanda çiynimdə yuxuya getmiş Röyanı oyatdım və hər ikimiz sürücüyə ödəniş edib avtobusdan düşdük.
Evə çatanda qapını döyməyə başladım. Dörd- beş saniyə sonra qapı anam tərəfindən açıldı. Üzünə baxıb təbəssüm edərək dedim:

- Salam ana.

Təbəssümümə qarşılıq olaraq gülümsəyib dilləndi:

- Gəl Firuzəm. Keç içəri.

İçəri daxil olduqdan sonra anamın yanağndan öpdüm.

Anam dedi:

- Bir azdan günorta yeməyi hazır olacaq. O vaxta qədər get bir az otağında dincəl.

-Yaxşı-, deyib otağıma getdim.
Anam isə mətbəxə tərəf getdi.

Bir az dincəldikdən sonra Anamın yanına getmək qərarına gəldim. Mətbəxə gedib su içərkən

Anamın salat üçün tərəvəz doğradığını gördüm. Yanına gedib mən də bir işin ucundan tutdum. Anam bir yandan iş görür, bir yandan isə mənə günümün necə keçdiyi, nələrlə məşğul olduğum haqqında suallar verirdi. Mən isə gülümsəyərək hamısını cavablandırırdım.
İyirmi dəqiqəyə yaxın anamla bir az daha gündəlik hadisələrdən danışıb yenidən otağıma keçdim.
İlk öncə dərs oxumaq qərarına gəldim, lakin yorğun olduğum üçün bir az yatdıqdan sonra oxumağın daha yaxşı olacağını düşünərək yatağa uzanıb gözlərimi yumdum.

SEVGİNİN ARDINCA Hikayelerin yaşadığı yer. Şimdi keşfedin