Ertəsi gün gözlərimi açanda, ətrafa yayılan günəş işıqları yeni bir günün başladığını xəbər verirdi. İçimdəki sevinc hissi hələ də keçməyən xoşbəxtliklə doluydu. Telefonuma baxanda, Bəhruzdan bir mesaj gəldiyini gördüm:
Bəhruz :
Sabahın xeyir, Firuzə. Bu gün universitetə birlikdə gedək?
Gülümsəyərək mesajı oxudum və ürəyimdəki həyəcanla cavab yazdım:
Firuzə :
Sabahın xeyir, Bəhruz. Məmnuniyyətlə.
Bəhruzun cavabı çox keçmədən gəldi:
Bəhruz :
Bəlkə yolda səhər yeməyi yeyək?
Firuzə :
Çox yaxşı olar. Tanıdığım bir yer var universitetə yaxın.
Bəhruz :
Əla. Bir azdan gələcəm
Firuzə :
Gözləyəcəm )
Bəhruz:
)
Hazırlıqlarımı tamamladım. Nəhayət, vaxt gəldi və Biz dediyim məkana yollandıq.
Bəhruz Nəhayət ki, gəldik. Bura çox rahat və səmimi görünür. İndi xəbərim oldu ki, universitetin yaxınlığında belə gözəl məkan var. - deyə qapını açıb içəri keçməyimi gözlədi.- Buranı çox sevirəm. Həm yeməkləri, həm də atmosferi cəlbedicidir - deyərək içəri keçdim.
Yeməklərimizi yeyərkən Bəhruz hər hərəkətimi əzbərləmək istərcəsinə
gözlərini çəkmədən məni izləyirdi. Bu hərəkəti məni utandırdı. Bəhruz gözəl səsi ilə güldü. Ona baxaraq dedim :- Nəyə gülürsən?
- Yanaqların qızardı.
- Doğrudan? - Əllərimi cəld yanaqlarıma apardım.
- Hə. Doğrudan.
- Mən belə baxışlara öyrəşməmişəm.
- Sənə baxmaq çox xoşdur. Qara saçların sanki gecədir. Üzün isə o gecədə parıldayan ay.
Asta səslə dilə gətirdiyi sözləri eşidən kimi yerimdə dondum. Onun səmimi sözləri və dərin baxışları ruhumu ələ keçirib ürəyimi titrətdi. Nə deyəcəyimi bilmədim. Sadəcə gülümsədim. Mənə nə vaxt xoş söz desə həyəcandan dilim tutulur. Bu xüsusiyyətimi tezliklə tərgitməliyəm.
Bəhruz susduğumu görüb heç nə demədi. Onun mənalı baxışlarında gördüyüm anlayış və şəfqət məni rahatlaşdırdı.
Yeməklərimizi yedikdən sonra universitetə yollandıq. Universitetin həyətinə daxil olanda bufetin yanında sigaret çəkən Nadirin gözləri Bəhruzla mənə zilləndi. Məni süzüb sigaretin dumanını üflədi. Bəhruz əlimdən yapışıb universitet binasına tərəf addımladı. O qədər sürətlə addım atırdı ki, onun bir addım gerisində qalırdım. Ona səsləndim :- Bəhruz.
Cavab vermədi. Binaya çatanda Bəhruz anidən dayandı və dərin bir nəfəs aldı. Gözləri ilə bir şey axtarırmış kimi ətrafa baxdı. Onunla qarşı - qarşıya dayanıb sakitcə ona baxdım. O, üzünü mənə çevirdi. Gözlərində narahatlıq və qəzəb qarışığı bir hiss var idi.
- Nadirin sənə olan baxışları xoşuma gəlmədi. - Hirsli halda dedi.
Onu ilk dəfədir ki, belə gördüm. Dərin nəfəs alıb - O sadəcə qrup yoldaşımdır - dedim, onu sakitləşdirməyə çalışaraq.- Bilirəm Firuzə. Amma onun sənə olan baxışları başqa şeylər deyir. Onu səni bir dəfə narahat edən görmüşəm. Həmin gün dediyi sözlərdən hiss etdim ki, onun sənə qarşı hissləri var.
Qaşlarımı çatıb üzünə baxdım. Bəhruz bir anlıq gözlərimin dərinliyinə baxdı əlimi yenidən tutub dedi :
- Sənə güvənirəm, Firuzə və onun səni narahat etməyini istəmirəm.
Bəhruzu sakitləşdirmək üçün gülümsəyərək dedim:
- Narahat olma. Elə bir şey olmayacaq.
Sağollaşıb öz mühazirə otağımıza tərəf irəlilədik.
Dərs zamanı baş verən cansıxıcı anı unudub dərslərə fokuslanmağa çalışdım, ancaq fikrim Bəhruzun narahatlığına qayıdırdı. Röya bu halımı görüb soruşdu :- Yaxşısan? Narahat görünürsən.
- Fikirliyəm.
- Niyə? Nəsə olub?
Müəllimin bizə baxması ilə susduq.
- Dərsdən sonra danışarıq - pıçıldayaraq dedim.
Yenidən fikirlərlə boğuşduğum anda Bəhruzdan gələn mesajla telefonu partanın altına aparıb mesajı oxumağa başladım.Bəhruz:
Çıxanda evə birlikdə gedək.
Firuzə :
Yaxşı.
Dərslər bitdikdən sonra Bəhruzu qapının ağzında məni gözləyən gördüm.
- Gedək mi? - qapının ağzından çəkilərək dedi. Bayaqki narahatlığı yox olmuş kimi idi. Başımı yelləyib dedim :- Gedək.
İkimiz də universitet binasını tərk etdik.
Hava sərin idi. Səhərki havaya nisbətən indi göyüzü buludlu idi. Bəhruzla mən yolda, günün stressindən uzaqlaşmış halda, danışmadan sakitcə yeriyirdik. Aramızdaki sükutu pozaraq dedim:- Bu gün baş verən pis hadisəni unudaq. Lazımsız insanlara görə kefimizi pozmayaq.
Bəhruz mənim sözlərimə diqqət yetirdi və dərin bir nəfəs aldı. Onun üzündə yaranan təbəssüm mənim də içimdə xoşbəxtlik hissinin peyda olmasına səbəb oldu. Bəhruz gözlərimin içinə baxaraq dedi:
- Haqlısan.
Bəhruzun bu sözü ürəyimi rahatlaşdırdı. Bu tərz şeylərin bizim aramızda soyuqluq yaratmasını istəmirəm. Problemsiz münasibət yoxdur. Mühüm olan anlamadan, bir - birimizi başa düşmədən qəlbimizi qırmamaqdır.
Evə çatanda sağollaşdıq. Yorucu günün ardınca otağıma keçdim. Bu gün baş verənləri düşündüm. Kiçik problemlərin bizim yenicə başladığımız münasibətə zərər verməməsini ümid edərək dincəlmək üçün mahnı dinləyərək gözlərimi yumdum.
ŞİMDİ OKUDUĞUN
SEVGİNİN ARDINCA
Short StoryGözlərini üzümə zilləmiş, üzündə xəfif təbəssümlə mənə baxırdı. Utanıb üzümü başqa tərəfə çevirdim. Mənə səsləndi: - Gözlərin sanki dərin bir meşədir və mən səninlə hər dəfə göz - gözə gələndə o meşədə qeyb oluram. Asta səslə dilə gətirdiyi sözləri...