Bölüm 3

62 6 5
                                    

- Firuzə axrıncı dəfə nə vaxt çıxıb gəzmisən? Ev - universitet və ya universitet - ev... Bezmirsən bala? Nə olar kinoteatra gedek. Sənin üçün də dəyişiklik olar.

Dərsdən çıxandan bəri tutuquşu kimi 'kinoteatra gedək, kinoteatra gedek' deyə deyə başımın ətini yeyən Röyaya baxıb dedim:

- Gələn həftənin birinci günündən kollokviumlar* yazılacaq. Onları yazaq, bitsin sonra gedək.

- Ay dədə! Firuzə qarşıda hələ altıncı və bazar günü var. Niyə inad edirsən? Gedək də bu beşinci gün. Onsuz iki dərsimiz var.

Röya bir şeyi istəyirsə hər zaman onu əldə etməyin bir yolunu tapır, buna görə onunla inadlaşmağın mənasız olduğunu anlayaraq dedim:

- Qoy anamdan icazə alım sonra xəbər verəcəm sənə.

Üzündə otuz iki dişini göstərən gülümsəmə ilə mənə baxıb dedi:

- Nəhayət, dilimdə tük bitdi səni razı salınca. Birdə mənə inadkar deyirsən. Sən məndən betərsən.

Dediklərinə başımı bulayıb güldüm.

Evə çatanda anamla salamlaşdım.
Əl - üzümü yuyub yemək yedikdən sonra ona bəzi təmizlik işlərində kömək etdim. Bir az keçdikdən sonra hər ikimiz üçün çay süzüb qarşısına əyləşdim.

Mənə baxıb dedi:

- Firuzəm, nə vaxtandı sənlə oturub söhbət etmirik.

Ona təbəssüm edərək dilləndim:

- Elədir. Dərslərim üzündən səninlə əvvəlki kimi saatlarla söhbət edə bilmirəm, amma üzümüzə gələn qış tətilində ana-bala çoxlu vaxt keçirərik.

Çayından bir qurtum alıb dedi:

- Necə gedir dərslərin? Qrup yoldaşlarınla aran necədir?

- Qrup yoldaşlarımla aramda problem yoxdur. Dərslər isə məni bir az yorur, amma öhtəsindən gəlirəm.

- Təki elə olsun.

Anam boşalan stəkanları götürüb yudu və yerinə yerləşdirdi.
İşini bitirdiyini gördükdən sonra ona səslənib dedim:

- Ana, Röya bu beşinci gün məni kinoteatra dəvət etdi. Çoxdandır onunla birlikdə dərsdən kənar vaxt keçirmirəm.

Anam anlayışla gülümsəyib dedi:

- Tələbəlik illəri ömrün ən şirin çağlarıdır. Çalışın heç nədən geri qalmayın.

Daha sonra əlavə etdi :

- Evə saat altıdan gec gəlməmək şərti ilə kinoteatra getməyinə icazə verirəm.

Anamı öpərək təşəkkür etdikdən sonra otağıma getdim. Telefonu götürüb Röyaya mesaj yazmağa hazırlaşırdım ki, bildiriş gəldi. Gələn mesajın Röyadan olduğunu gördüm.

SEVGİNİN ARDINCA Hikayelerin yaşadığı yer. Şimdi keşfedin