Bölüm 7

47 4 0
                                    

EY ÖZÜNDƏN BİXƏBƏR QAFİL OYAN!

HAQQA GƏL KİM, HAQ DEYİL BATİL OYAN.

OLMA BU FANİ ALƏMƏ MAİL OYAN!

-BİSMİLLAHİ RƏHMANİ RƏHİM. Röya bu nə səsdir gəlir telefonundan?

Röya əsnəyib dedi:

- Xəbərdarlıq siqnalıdı da.

- Allah sənə ağıl versin Röya. Başqa səs yox idi xəbərdarlıq siqnalı üçün?

Sualımı cavabsız qoyub yorğanı başına çəkdi. Bu hərəkətinə gülüb yanına getdim. Yorğanı üstündən çəkib dedim:

- Saat onda servisdə olmalıyıq.

Oflayıb yataqdan qalxdı.
Səhər yeməyini yeyib hazırlaşmağa başladıq. Tam hazır olandan sonra əşyalarımızı götürüb yola düşdük.
İki saata yaxın olardı ki, düşərgə bölgəsinə çatmışdıq. Elə çox adam gəlməmişdi, vur-tut on beş-iyirmi nəfər var idi. Hamı bir qayda olaraq ilk öncə çadırını qurdu. Biz də əşyalarımızı çadıra yerləşdirib Röya ilə ətrafı gəzmək qərarına gəldik. Buradaki atmosfer çox gözəl idi. Payız fəsli olduğu üçün saralmış yarpaqlarla dolu olan ağaclar, çox uzaqda olmadığını təxmin etdiyim çayın şırıltılı səsi, budaqdan budağa uçan quşların nəğməsi hamısı insana hüzur verirdi. Sanki təbiət bizimlə danışırdı. Dərin nəfəs alıb təmiz havanı içimə çəkdim.

- Bütün ömrüm boyunca burada yaşaya bilərəm.

Röyanın səsi ilə baxışlarımı ağaclardan çəkib ona çevirib dedim:

- Mən də.

- Gəl şəkil çədirək.

- Yaxşı, amma sənin telefonunla. O gün mənim telefonum yerə düşdüyü üçün kamerası cızılıb.

Telefonu götürmək üçün əlimi şalvarın cibinə saldım, lakin axtardığımı tapmadım. Oflayıb Röyaya dedim:

- Gözlə burda. Telefon çadırda qalıb. Götürüm tez gəlirəm.

- Yaxşı. Di tez ol.

Yazıçının dilindən davam.

Röya telefonun ardınca gedən Firuzənin arxasıycan baxdı. Daha sonra bir az irəldə gördüyü ağaca tərəf addımladı. Bu zaman bir səs eşitdi:
" Mən elə bilirdim ki, pərilər real deyil. Sən demə yanılırmışam."
Röya ilk öncə qaşlarını çatdı. Sonra Firuzə gedən tərəfə baxdı. Meşənin yaxınlığında yad biri ilə tək qalmaq düşüncəsi onu narahat edirdi. Özünü ələ alıb yad adama cavab verdi :
" Kimsiniz bilmirəm, lakin məni narahat etməsəniz sevinərəm. Bir azdan dostum burada olacaq.
Yad adam təbəssüm edib : Yox nə danışırsınız. Qətiyyən sizi narahat etmək fikrim yoxdur, - dedi.
Röya tam ağzını açıb söz demək istəyirdi ki Firuzə gəlib çıxdı.

Firuzənin dilindən davam.

- Gəldim Röya.

Birdən gözüm Röyadan beş-altı addım uzaqda olan sarışın ucaboy və yaşılgöz oğlana sataşdı. Bu kim idi ? Röyanın yanında nə işi var idi? Bu sualları Röyaya verəcəkdim ki, mənə tanış olan səslə adımı eşitdim:

- Firuzə!

- Bəhruz!

- Sizdə gəzişirdiniz?

- Hə. Sən nə yaxşı burdasan. Demək işdən icazə ala bildin.

Gülümsəyərək dedi :

SEVGİNİN ARDINCA Hikayelerin yaşadığı yer. Şimdi keşfedin