Bölüm 5

82 5 15
                                    

Salam əzizlərim ! Çox uzun müddət bölüm yaza bilmədim, amma ilham pərilərim nəhayət ki, məni yada salıb gəldi.
Bu bölümü yazarkən birdən çox duyğu yaşadım. Ümid edirəm ki, bu duyğuları sizə ötürməyi bacarmışam.
Bölüm üçün iki mahnı seçdim. Mahnıları dinləyərək bölümü oxusanız daha yaxşı olar.

Sizi bölümlə tək qoymazdan əvvəl

antigalready bu gözəl xanıma mənə ideya verdiyi üçün təşəkkür edirəm.

Bölüm üçün seçilən mahnılar:
1. Jeyhun Samedov - Tufan var
2. Röya - Bahar

--------------------------------------------------

- Yaxşı yol qızım. Dərsdən çıxan kimi evə gəl qonaqlarımız gələcək.

- Kimlər gələcək?

- Çimnazgil qızım. Yadındadır? Keçən ay qonaq getmişdik. Atanla neçə vaxtdır ki onları qonaq çağırmaq istəyirdik. İşlərin əlindən vaxt tapa bilmədik, mən də hazır bugün işimiz az ikən zəng vurub onları dəvət etdim.

Anamın dediyi sözləri eşidən kimi yerimdə donub qaldım.
İlk dəfə Həmzə əmigil bizə qonaq gəlir bu o deməkdir ki, Bəhruz da gəlir, onların evinə qonaq gedəndə Bəhruzu görməmək məni çox kədərləndirmişdi.
Evdə daha çox vaxt itirmək istəmədim, buna görə də anamı öpüb birbaşa Röyagilə getdim.
Birlikdə söhbət edə-edə universitetə yollandıq.
İlk dərsimiz multikulturalizm, mövzumuz isə liberalizm idi.
Dərs o qədər maraqlı keçirdi ki, heç bir dərslərdə iştirak etməyən qrup yoldaşlarım belə dərsi diqqətlə dinləyir, Gülşah müəllimə isə sıraları gəzərək nitqinə davam edirdi:

- Deməli, əziz tələbələr! Liberallar müxtəlif fikirləri müdafiə edir, ancaq onlar əsasən azad bazar, azad ticarət, məhdud dövlət, fərdi hüquqlar kapitalizm, demokratiya, sekulyarizm, gender bərabərliyi, irqi bərabərlik, internasionalizm, söz azadlığı, mətbuat azadlığını və din azadlığını dəstəkləyirlər.

Mən düşüncələrə qərq olmuş şəkildə lövhəni izləyirdim. Həqiqətən dinindən, irqindən, milliyətindən və cinsiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabər olmalıdır. Fikirlərimi bölən arxa sıraların birində oturan qrup yoldaşım Bayramın səsi oldu.
Uca səslə müəllimin nitqini bölərək dilləndi:

- Müəllim indi bu librallar deyir ki, hamı bərabərdi ?

Gülşah müəllimə dedi :

- Birincisi librallar yox , liberallar ikincisi də bəli onlar bu cür düşünür.

Bayram isə Gülşah müəllimə sanki qeyri-adi nəsə demiş kimi böyük coşğu ilə cavab verdi:

- Necə yəni hamı bərabərdi? İndi xristianla müsəlman birdir?! Allaha inanmayanlarla özümüzü bir necə tutaq?

Gülşah müəllimə ilk öncə qaşlarını çatdı sonra sinifə göz gəzdirərək sual verdi:

- Bu cür düşünən başqa tələbə var?

Bir-iki nəfər nadirin fikrini dəstəklədi.

Gülşah müəllimə yenidən üzünü sinifə tutaraq dedi:

- Hər birinizin fikri mənim üçün maraqlıdır. Bu barədə kiçik müzakirə aparsaq pis olmaz. Kimin fərqli düşüncəsi varsa buyursun.

SEVGİNİN ARDINCA Hikayelerin yaşadığı yer. Şimdi keşfedin