Bölüm 2

63 4 0
                                    

Göz qapaqlarım açılmamaq üçün böyük səy göstərirdi. Hər zaman səhər şən oyanan insanlara həsəd aparmışam, çünki özüm heç vaxt bunu bacarmamışam və indən sonra da bacaracağımı düşünmürəm.
Bir az daha deyinməyimin dərsə gecikməyimə səbəb olcağını bildiyim üçün yorğanı üstümdən itələyib yatağdan qalxdım.
Rutin işlərimi həll etdikdən sonra mətbəxə gedib anamı öpərək dedim:

- Sabahınız xeyir olsun madmazel Dilbər.

Sözlərimə qarşılıq olaraq gülərək dedi:

- Dəli qız! Sabahın xeyir. Bu gün elə bil bir az tez oyanmısan, amma yaxşı oldu bu. Atan işə tez gedəcək süfrəni cəld hazırlamağa kömək edərsən mənə.

- Yaxşı, - deyərək anama kömək etməyə başladım.

Süfrə hazır olduqdan sonra qardaşım Məsudu oyatmaq üçün otağına daxil oldum.
Nə qədər çağırdımsa bir azca da olsun hərəkət etmədən yatmağa davam etdi. Böyük ehtimal, dünən idman dərsində çox yorulub.
Birdən ağlıma gələn fikirlə gülümsəyib qulağına yaxınlaşaraq çox uca olmayan səslə dilləndim:

- Məsud oyan Rəna gəlib səni soruşur. deyir ki,' Məsud hardadır ? yoxsa hələ də yatır?'

Elə son cümləmi bitirmişdim ki, Məsud yerindən cəld qalxaraq dedi:

- Rəna? Rəna gəlib? çoxdan gəlib ?

Onun bu təlaşlı halına dözə bilməyib qəhqəhə çəkərək güldüm. Mənim on yaşlı qardaşım sinif yoldaşı Rənaya aşiq olub. Hər nə qədər Rəna tərəfindən sevgisinə qarşılıq görməsə də məndən fərqli olaraq cəsarətli davranıb öz hisslərini ona açıb. Mən heç onu da bacarmıram. Həqiqətən uşaqlar bəzən böyüklərdən daha cəsur davranır.
Məni bu düşüncəmdən ayıran məsudun səsi oldu:

- Rəna gəlməyib elə mi ? Yalan dedin mənə. Görərsən sən!

Onun bu kiçik üsyanına qarşılıq olaraq çiyninə yavaşca vurub dedim :

- Mənə hirslənmə, çünki nə qədər çalışdımsa səni oyada bilmədim və son çarə olaraq bu yola üz tutdum.
O isə sözlərimə fikir vermədən mənə tərs tərs baxıb vanna otağına tərəf getdi.
Nəhayət, hər kəs süfrə başında idi. Dərsə gecikmək istəmədiyim üçün yeməyi cəld bitirib ayağa qalxmağa hazırlaşırdım ki, atam mənə baxıb dedi:

- Siyirməyə sənin üçün pul qoymuşam götürərsən.

Atama baxıb başımı aşağı yuxarı yellədim.
Atamla çox yaxın olmasaq da hər zaman məni sevdiyini hiss etdirib. Nə qədər bizə qarşı soyuq olsa da heç vaxt bir şeydən korluq çəkməyimizə imkan verməyib. Sərt xarakterə sahib olsa da bu günə qədər anama hələ acı söz deməmiş, hər zaman ona verdiyi dəyəri gözlər önünə sərmişdir.
Süfrədən qalxıb atamın dediyi yerdən pulu götürdüm. Hamı ilə sağollaşaraq evdən çıxıb Röyagilə tərəf getdim. Hər gün olduğu kimi bu gündə dərsə birlikdə gedəcəkdik.
Röya ilə uşaqlıdan bəri dostuq. Zövqlərimizin oxşarlığı, düşüncə tərzimizin yaxın olması aramızda olan uzun müddətli dostluğa zəmin yaradıb.
Röyagilə çatanda evin qapısını döyüb gözləməyə başladım.
Bir neçə dəqiqə gözlədikdən sonra açılan qapıdan mənə baxan Firəngiz xala dedi:

- Salam Firuzə xoş gəldin. Röya bir azdan hazır olacaq. Əgər istəsən içəridə gözlə.

Firəngiz xala Röyanın atası kimi soyuq xarakterə malikdir. Onun güldüyünü çox nadir hallarda görmək olar. Mənə maraqlıdır ki, belə soyuq xasiyətli ana və atanın qızı necə şən, mehriban ola bilir ? Görünür bu genlər Röyaya təsir etməyib.
Bu düşüncəmə içimdən səssizcə güldükdən sonra üzümü Firəngiz xalaya tərəf tutub dedim :

SEVGİNİN ARDINCA Hikayelerin yaşadığı yer. Şimdi keşfedin