Bölüm 6

52 4 8
                                    

Salam əzizlərim. Ümid edirəm ki yaxşısınız. Uzun bir müddətdir ki, bölüm yaza bilmirdim. Bunun bir çox şəxsi səbəbi var. İnşAllah indən sonra bölümlər bu qədər gecikməz.
Sözü çox uzatmadan bölümə keçirəm.
Xoş oxumalar!

----------------------------------------------

Yuxudan ayılıb gözümü açan kimi baş tərəfimdə ayaq üstə dayanan Röyanı görməyi gözləmirdim. Bir neçə saniyə Röyanın üzünə boş-boş baxdım.
O isə yorğanı kənara çəkib dedi:

- Şükür oyana bildin.

Röyaya tǝrs-tərs baxıb dedim:

- Sənin də sabahın xeyir Röya. Çox sağ ol. Mən də yaxşıyam.

- Nə sabah?! Saatdan xəbərin var ?

Göz süzdürüb saata baxdım. On birə iyirmi dəqiqə qalmışdı. Ayağa qalxıb vanna otağına tərəf yollandım. İşimi həll etdikdən sonra mətbəxə getdim. Gözüm anamı gəzdi, lakin burada olmadığını gördüm. Bu zaman Röya çayından bir qurtum içib dedi:

- Dilbər xala Məsudla Aybəniz xalagilə getdi. Sizə gələndə yolda qarşılaşdıq.

- Anladım, - deyib mən də özümə çay süzdüm. Daha sonra soyuducudan anamın bişirdiyi çiyələk mürəbbəsini qaba töküb Röyanın qarşısında əyləşdim.

- Danış görüm konsert necə keçdi? Niyə şəkil video atmadın?

- Mesajlar bəs eləmədi deyəsən.

- Üz-üzə söhbət çürütməyin ləzzəti ayrıdı.

- Danışım onda. Deməli, Röya Türklərin bir sözü var anlatılmaz yaşanır. Bax ele bir an idi. Hələ göz-gözə gəldiyimiz anlar... Mahnıların sözlərini astaca oxumağımız... Həyatımın ən gözəl anlarından biri ola bilər.

- Aydındır. Bildim niyə video və şəkillər mənə atılmayıb. Bəhruzun yanında video şekil yada düşər?

- Vallah telefonumun enerji faizi aşağı olduğu üçün çəkə bilmədim. Üzürlü say Röya sözümün üstündə dura bilmədim.

- Eybi yox canın sağ olsun. Heç nə olmaz.

Röya eybi yox desə də üzüldüyünü hiss edirdim. Söhbəti dəyişmək üçün ona suallar verməyə başladım :

- Toy necə keçdi ? Danış görək.

- Klasik Azərbaycan toyu idi. Oğluna qız tapmağa gələn xalalar, özünə adaxlı axtaran cavan qızlar, yeyib içmək üçün gələn insanlar, içib piyan olan dayılar və toyun sonunda dava salan adamlar belə.
Röyanın toyu təsvir ediş şəklinə gülüb soruşdum:

- Sən Allah dava nə üstə düşdü?

- Mahnı üstündə. Dava edənlər içkili idi. Görsəydin Firuzə ölərdin gülməkdən. İki nəfər saçı ağarmış adam durub mahnı üstə uşaq kimi dalaşır.

- Ağlanacaq hala gülürük. Nə məcburdu o qədər içmək? Adam gülünc vəziyyətə düşür.

- Düz deyirsən.

SEVGİNİN ARDINCA Hikayelerin yaşadığı yer. Şimdi keşfedin