Bölüm 8

45 6 7
                                    

Salam əzizlərim! Qarşıdan imtahan həftəsi gəldiyi üçün ancaq bu qədər yaza bildim. Ümid edirəm ki, bölümü bəyənəcəksiniz. Rəy yazmağı və aşağıdaki kiçik ulduza toxunmağı umutmayın. 🧡
---------------------------------------------

Duyğularım qarmaqarışıq idi. İçimdə həm ağlamaq, həm də gülmək hissi var idi. Heç vaxt ağlıma gəlməzdi ki, Bəhruz mənə ay və ulduzların altında sevgi etirafı edə. Bu xəyallarımdakindanda mükəmməl idi. Sanki bir film səhnəsində idik.
Etirafdan sonra Bəhruz qoluma toxunaraq : " Hava soyuqdur. Çadıra qayıt Firuzə. Danışmaq üçün çox vaxtımız olacaq." - demişdi. Həmin gün səhərə kimi gözümə yuxu getmədi.
Əyləncəli keçən iki günlük düşərgə macəramız sona çatmışdı. Hamı əşyalarını yığıb yığışdırırdı. Tam hazır olduqdan sonra servisə mindik. Servis dolu olduğu üçün Röya ilə çətinliklə özümüzə yer tapdıq. Bir neçə dəqiqə sonra Bəhruz və Röyal servisə daxil oldu. Röya mənə göz vurub arxa oturacaqların birində əyləşmək üçün qalxdı. Bəhruz isə üzündə təbəssümlə mənə yaxınlaşıb dedi:

- Gözəl xanım icazənizlə yanınızdaki oturacaqda əyləşə bilərəm?

Qulağımdan qulaqcığı çıxarıb : Buyurun cənab. - deyərək onun kiçik oyununa qoşuldum.
O da gülüməsəyib yanımda əyləşdi.
Çıxardığım qulaqcığın bir tayını götürüb qulağına taxıb dilləndi:

- Olar mahnını mən seçim?

- Əlbəttə.

Telefonu əlinə alıb spotifyda mahnı axtarmağa başladı. On-on beş saniyə sonra qulaqlarıma musiqi sədaları gəldi.

My girl, my girl, my girl

You will be my girl, my girl,

my girl, my girl

You will be my girl

Bəhruz üzündəki möhtəşəm qəmzələri sərgiləyəcək şəkildə gülümsəyirdi. Elə mən də həmçinin.
Anidən dizimin üzərində olan əlimi əlinə alıb gözümün içinə baxaraq mahnının sözlərini mırıldandı:

We fell in love in October

That's why, I love fall

Looking at the stars

Admiring from afar

Bu hərəkəti ürəyimi isitti. Fısıldadığı sözlər bizə o qədər uyğun idi ki...
Mahnıda deyirdi ki, Oktyabr ayında aşiq olduq.
Ona görə də payızı sevirəm. Uzaqdan heyranlıqla ulduzları izləyirəm.
Biz də bir-birimizə sevgimizi oktyabr ayında etiraf etdik və dünən mükəmməl parlaqlıqda olan ulduzları heyranlıqla izlədik. Hal hazırda Bəhruzla elə bir anın içindəyik ki, elə bil servisdə bizdən başqası yoxdur, lakin bu uzun çəkmədi. Belə ki, Samirin səsi ilə romantik atmosfer pozuldu:

- Hazırsınızsa yola düşürük.

Yol boyu gah mənim, gah Bəhruzun seçdiyi mahnıları dinlədik. Bu zaman musiqi zövqümüzün nə qədər ortaq olduğunun fərqinə vardım. Hər ikimizdə retro mahnılar sevirik və ən çox dinlədiyimiz xarici musiqi qrupları Arctic Monkeys və The Neighbourhooddur. Bir-birimizi yavaş-yavaş kəşf etməyimiz məni həyəcanlandırır. İstəmirəm ki, ən sevdiyi şeylər haqqında ona sual verim, o cavablandırsın. Mən istəyirəm ki, bir-birimizi müşahidə edərək sevdiyimiz nələri isə öyrənək. Ümid edirəm ki, o da belə düşünür.
Dünən gecə yatmadığım və səhər tez oyandığım üçün yuxum gəlir və göz qapaqlarım örtülürdü, amma mən yatmaq istəmirdim Bəhruzla söhbət etmək istəyirdim. Gözümü ovuşdurub dərin nəfəs aldım. Yuxu mənə güc gəldiyi üçün başımı pəncərəyə söykədim. Bu zaman Bəhruz başımı pəncərədən çəkib öz çiyninə söykədi. Başımı qaldırmağa çalışdım, lakin buna mane olaraq dilləndi:

SEVGİNİN ARDINCA Hikayelerin yaşadığı yer. Şimdi keşfedin