Bəzən elə olur ki oturub nəsə yazmaq istəyirəm. Elə də istedadlı deyiləm bəlkə, amma yazmaq "ağlaya bilməyənlərin içini töküşüdür " deyirlər. Qəlbdən qələmə yəni. Elə anlarda həyəcanla qələm kağızı hazırlayıb, otururam masaya və fikirləşirəm ki, elə indicə elə sözlər yazacam ki, bütün hisslərimi ifadə etsin,elə şeylər ki, bütün içimdəki hissləri əks etsin. Yaza bildiyim tək söz isə "qaranlıq" olur. Elə vaxt olub ki, bir müddət vərəqə sadəcə qaranlıq yazmışam. Bu söz içimdən gələn tək sözdür.
Özümü günahlandırıram. "Bax gör dünyada insanlar necə həyat yaşayır , bir yatağa, bir ayaqqabıya həsrət qalanlar nə etsin?"
Bu söz nədənsə heç vaxt özümü yaxşı hiss etməyimə kömək etmir. Hardasa kimsə acından ölürsə mən niyə sevinməliyəm buna? "Şükür , o ölür, mən sağam"mı deyim yəni? Sən heç özünü qucaqladınmı? Özün, öz göz yaşını silib özünə təsəlli verdin? Bu insanı içdən- içə yaralayan ən ağır şeydir. Sanki belə bir qayda varıymış kimi , hər şeyi öz içinə atıb "heç kimi narahat etməyim,özüm tək bacarım" dedin? Təklik çox pisdir. Tək olmaq qaranlıqdır. Sevgiyə sevgi deyib keçmə sən. Sevgi bəziləri üçün hər şeydir. Sevgi qayğıdı,mərhəmətdi, sevgi ən dərin hissdi. Sevgisizlik ən pis xəstəlikdi.
Kimə lazımam , hamıya artıq yükəm düşüncəsi nədir bilirsən? Hər şey bir kənara, bir gün ağlamaqdan nəfəsin tutulanda ya da bir dərdin olanda yığmağa nömrə olmaması nədir bilirsən?
Bilirsən.
Dediyim kimi "qaranlıq".
YOU ARE READING
Məktublar
PoetryCəsarət istərdi ağlamaq. Hüzün də bir xoşbəxtlik idi, Ölüm həyatı xatırladırdı, Ağlayarkən gülümsəyərdik insanlara, Həqiqət örtülərdi sanki bununla. Yalan deyə bir şey qalmayıb artıq, Həqiqətlərdir çirkli və saxta olan sadəcə. Ən ağır yükü üzər...