İnsan ağladığını necə yazar? Nə qədər həssas sözlər seçmək lazımdır ki, içində əzilib sıxılan qəlbini təsvir edəsən? Bəlkə sadəcə Bethovenin "Moonlight sonata"sını dinləyərək? Ya da keçirdiyin hissləri nələrəsə bənzədərək. Amma bu nə qədər yetərli ola bilər ki?
Əzilmişəm, məğlubam və qaranlıqda gizlənərək görmədiyim hər şeyin varlığını inkar etmək istəyirəm. Damlarda dolaşırmı görəsən ölmüş ruhlar? Gecənin bir vaxtı bədənimdən anidən keçən titrəmə yanımda kiminsə olduğunu göstərir mi ?
Üzgün insanlar sayıqlayar. Üzgün insanlar susar. Üzgün insanlar qınına çəkilər... İnsanlar üzülər, üzər. Buna alışmaq üçün daha nə qədər keçməliyəm qürurumdan? Nə qədər sükutumu pozmamaq üçün mübarizə aparmalıyam? İnsanlar sərhədlər çəkib arxasında gizlənməyi sevər. Üzləşməkdən qorxduğu hər şeylə aralarına sərhədlər qoyar.
Məğlubiyyəti sevmirəm.
Yıxılmayım deyə qalxmıram.
Duyduğun hisslər sadəcə illuziyadır.
Həqiqətən sevirsən səncə? Üzüldüyünə əminsən? Hisslər diş ağrısına bənzəyir, tam olaraq hansının ağrıdığını bilə bilməzsən.
Getməlisən. Məğlubiyyəti qəbul edərək cığalçılıq etməlisən. Qaydalara görə oynama. Qaydalara görə oynayan oyunçuların növbəti gedişi həmişə məlumdur.
İnsanlar gedər. Buraxmağı bacar. Ağrını içərinə çək. Ona sahiblən.İnsanlar üzər. Üzül. Soyuğu iliyinə qədər içərinə çəkib, mübarizə aparmaqdan əl çəksən üşüməyəcəksən. Yaraların ortalıqda olsa kimsə onları açığa çıxara bilməz. İnsanlar üzülər.
Torpaq qoxusu-bu iyi mən öz anamın ətrindən belə, yaxşı tanıyıram. Əgər bir gün ruhum cəsarət tapsa və bu həyatdan bir dəfəlik getsəm,ölümdən öncə qoxlamaq istədiyim ətir torpaq qoxusu olardı. Yağışdan sonra havaya yüksələn o ətir,yeganə şeydir ki, mənim üstü zirehli, daş qəlbimi yumşalda bilir. Yağış nurdur deyirlər və yağış yağanda cənnətin qapıları açılır . Bax o cənnətdən gələn ətir, mənim bütün hisslərimi, bütün ilhamlarımı məhv edir. Diz üstə çöküb ağladığım gecələr var. Özümü ən aciz məxluq kimi hiss etdiyim gecələr . "insan ən ali məxluqdu" deyiblər. Eh, o ən ali məxluq indi, cənnət qoxusundan ağlayır. Ruhumun təmizləndiyini hiss elədiyim anlar...
Və məncə payız, cənnət ayıdır... Ölmüş sevgilisinin həsrətindən ağlını itirənlər kimi, bəzən mən də, o nur və rəhmət dolu yağışlardan ötrü darıxıram...
![](https://img.wattpad.com/cover/40784942-288-k637436.jpg)
YOU ARE READING
Məktublar
PoetryCəsarət istərdi ağlamaq. Hüzün də bir xoşbəxtlik idi, Ölüm həyatı xatırladırdı, Ağlayarkən gülümsəyərdik insanlara, Həqiqət örtülərdi sanki bununla. Yalan deyə bir şey qalmayıb artıq, Həqiqətlərdir çirkli və saxta olan sadəcə. Ən ağır yükü üzər...