Bu günlərdə xüsusi bir şeylər etmək istədiyimi sanmıram. Kiminləsə danışmaq çətindir, çünki istər danış, istərsə də sus, nəyinsə dəyişdiyini hiss edirlər yaxınlarım. Verilən suallaraysa mən özüm cavab axtarıram. Buna görə də vaxtımın çoxunu evdə keçirməyə davam edirəm. Yenə də ürəyim xoş şeylər istəyir. Bütün ssenarilərdə səssizlik var, lakin. Sözsüz razılaşa bildiyim insan olsa, mən çağırmadan gəlsə, əlində bir içki ilə otursa yanımda, ya da xoş bir yerlərə dartıb aparsa, gedərəm əlbəttə.Günbatımını birlikdə izləsək. Yan-yana oturub kitab oxusaq, fərqli qulaqcıqlarda eyni mahnını dinləsək, bir nöqtəyə zillənmiş gözlərimiz öz aləmində ağlımızda fərqli xatirələr oyatsa da, birlikdə olmağın verdiyi səssiz qüruru yaşasaq xoş olardı.
YOU ARE READING
Məktublar
PoetryCəsarət istərdi ağlamaq. Hüzün də bir xoşbəxtlik idi, Ölüm həyatı xatırladırdı, Ağlayarkən gülümsəyərdik insanlara, Həqiqət örtülərdi sanki bununla. Yalan deyə bir şey qalmayıb artıq, Həqiqətlərdir çirkli və saxta olan sadəcə. Ən ağır yükü üzər...