"Möhtəşəm deyiliksə, onda niyə yaşayırıq?"

38 10 1
                                    


Həmişə 12-dən vura, fərqlənə, ən yaxşı ola bilməzsən. Milyonlarla insan var ki,  digərlərindən nəylə fərqləndiklərini bilmədən yaşayırlar.
Hər insan dünyada yeni kəşflər eləmir, möhtəşəm macəra yaşayıb bu barədə kitab yazmır, Ted X-də çıxış eləmir.
Hər insanın haqqında bədii film çəkilmir, adına heykəl qoyulmur, muzey açılmır,  dərsliklərə düşmür. Hər insanda möhtəşəm olmağa potensial var, amma hər insan buna cəhd eləmir. Başa düşürsən? Bəziləri möhtəşəm kariyera qurub zirvələrə qalxmaq, bahalı maşınlarda gəzmək istəyəndə, bəziləri  sadəcə qumda uzanıb günəşi dərilərində hiss etməyi arzulayırlar. Hamının yolu bir deyil.  Bunu başa düşməkdən ötə, buna hörmət eləmək lazımdır.
Marilyn Monroe dünyaca məşhur aktrisa olmaq, narkotik aludəçisinə çevrilmək və yalnızlıq içində ölmək yerinə yaşadığı balaca şəhərdən həyatı boyu  çölə çıxmamağı, ailə qurub, uşaq dünyaya gətirib , sonsuza qədər xoşbəxt olmağı da seçə bilərdi. Bəlkə də.
İnsanlarda, mənim gözümdə, ən çox hörmət doğuran şeylərdən biri də elə budur.
Öz yolunu bilmək. Başqalarının uğurundan sənə nə? Onlar o yerləri tutub artıq.

Və hər şeydən ötə, sən təqdir görmədən, tanınmadan, göylərə qaldırılmadan öləcəyin və  əbədiyyən  unudula biləcəyin ehtimalını qəbul edə bilərsən?

#dostlarımaməktub

22.06.2018

MəktublarWhere stories live. Discover now