Salam köhnə dərd yoldaşım. Bütün fikirlərimi dinləyən təkcə sənsən. Çünki ikimiz də bilirik ki, əslində fikirlərimiz bizdən başqa heç kimə lazım deyil. Bu lap, yad birinin ölümü qədər önəmsizdir insanlar üçün. Bizə həmişə elə gəlir ki, başqaları bizim fəlakətimizi dinləyib bizim üçün üzülməyə məcburdur. Ən azından bizim etdiyimiz kimi. İnsanlara həddindən artıq öncəlik verdiyimizi düşünmürsənmi ?
Yox, yox dayan! Bura sənə söylənməyə ya da mızmızlanmağa gəlməmişəm. Əksinə, sənə yeni bir xəbərim var. Onu tapdım! Onu hiss edəndə gözlərim yaşardı və ruhum havalarda süzüldü. Xəyalımın bir küncündə, dəniz kənarında qoyub getdiyim özümü tapdım.
Uzun müddət düşündüm bu içimdəki əksiklik və sonsuz həsrət duyğusu nəylə əlaqəlidir deyə. İnsanlar deyirdilər "Belə olma, belə ol, belə danış, bunu sev" deyə. Məni dəyişməyə çalışırdılar. Və yəqin ki, ən böyük səhvim onlara təslim olmağım idi. Özümü küləkdə süzülən yarpaq kimi hiss edirdim. Sonra anladım ki, özüm olmaqdan ötrü darıxmışam. Çalışsam da özümə geri dönə bilmirdim. Sonra düşündüm: Bizi , biz edən nələrdir? Sonra cavab gəldi: Xüsusiyyətlər! Düşündüm ki, xüsusiyyətlərim nələrdir? Amma o qədər ağlım qarışmışdı ki, özümü tanıya bilmədim. İnanırsan? Məyus olmadım yenə də. Düşündüm ki, xüsusiyyətlərimiz , alışqanlıqlarımız əsasında yaranır. Əgər özümü tapmaq istəyirəmsə xoşbəxtliyimə doğru yönəlməliydim onda. Xatirələrimin arasında dolaşdım. Xəyallarımı gözümdə canlandırdım. Onda, bax onda onu xoşbəxt olduğum bir anda tapdım. Dəniz kənarında gün batımını izləyərkən, üzümə vuran sərin mehin təsiri ilə gülümsədiyim bir anda gizlənmişdi. Bilirsən dostum, o an özümü tapdım və nələri sevdiyimi, xatirələrimi və xəyallarımı geri aldım. Anladım ki, dəyişmək istəmirəm. Özümü sevirəm, özüm olaraq xoşbəxtəm. Kim olduğumu bilmədən, məqsədsizcə küləkdə sovrula bilmərəm mən. Ümidvaram səni öz söhbətimlə yormadım.
İçindəki həqiqi sevinc və sevgiylə səni sevən dostun...
-M. K.
P.S-Bu aradaa kiçik bir reklama keçib sizləri öz bloguma dəvət etmək istəyirəm. Üzərində çox çalışıram və ümid edirəm sizin də xoşunuza gələcək ^-^
https://mehrikerri.wordpress.com/
YOU ARE READING
Məktublar
PoetryCəsarət istərdi ağlamaq. Hüzün də bir xoşbəxtlik idi, Ölüm həyatı xatırladırdı, Ağlayarkən gülümsəyərdik insanlara, Həqiqət örtülərdi sanki bununla. Yalan deyə bir şey qalmayıb artıq, Həqiqətlərdir çirkli və saxta olan sadəcə. Ən ağır yükü üzər...