Hardasan?

48 10 2
                                    

2 ay sonra itkin düşməyinin 1 ili tamam olacaq. Bu qədər zamandır sənin barəndə düşünməyi, maraqlanmağı və yuxularımda görməyi dayandıra bilməmişəm.  Nə elədiyini bilən birisən, buna heyranlıq duyuram. Həyatımda tanıdığım ən sirrli və qarışıq qız...

Hardasan?

Zamanı qavramaqda həmişə çətinlik çəkmişəm. Mənə elə gəlir hətta 10 illər keçsə belə keçmişimdəki insanlar yaddaşımda tozlanmadan qalacaqlar. Necə ki, köhnə evim, xırda detallarına qədər möhtəşəm şəkildə canlılığını qoruyur yaddaşımda və mən hər dəfə ora qayıdanda heç yadlıq çəkmirəm (sanki heç getməmişəm) , eynilə insanlar və xatirələri də ovucumun içindədirlər.

Bir gözüm mütləq  həmişə səni axtaracaq.

#Ülkərəməktub
18.06.2018

<

3 Ulker_Suleymanova

MəktublarWhere stories live. Discover now