Bir mahnı qulaqlarımdan qəlbimə axdı.

25 4 0
                                    

 Tanrı var. 

Bizi bir-birimizə bağlayan tellərdə, ard-arda düzülmüş talenin domino daşlarında, aldığım nəfəsdə, ruhumda hiss etdiyim titrəmədə, gözdən-gözə ötürülən mesajda, dalğaların burulma şəklində, çiçəklərin formasında, insanın qəlbinin qanı itələyib çıxarmağında və yenidən onunla yuyunmağında. Tanrı buralarda bir yerdə gizlənib, kəşf edilib qəlblərə dolmağı gözləyir. Bəzən qapını döyür, qorxub qaçırıq. İndi bir qapımızın olduğunu da unutmuşuq. Mənim sərhəddim hardadır? Mən harda bitir, sən harda başlayır? Oksingenin atomlarının arasındakı əlaqə harda bitir, dərimiz harda başlayır? Kayinat yeriyən bir adamdır, tanrı da onun beyni. Təsəvvür elə, dəlilikdir!

MəktublarWhere stories live. Discover now