"Laqeydlik", "Onun həyatı"

279 28 6
                                    

Qocaldı sanki, o əvvəlki tək güclü deyil, saxta gülüşünün ömrü qısadır indi.

İstəsə də gizlədə bilmir hisslərini, istəmir bəlkə də. Artıq vecinəmi bilmir başqalarının fikri.

Onsuz da heç vaxt bəyənə bilmədilər onu.

Əvvəllər də beləydi? Ya indi dahamı dərin yaralar? Susqunluğunun fəsli uzundur indi.

Bezginliyi və yorğunluğu hətda zövq verir sanki, üstü basılan yaralar kimi.

Canı yandıqca yansın istəyir, başqalarının heyfini özündən çıxarmış kimi...

Utandırdılar onu yanlızlığından. 'milyonların içində təklik çəkirəm' deyə bilmədi heçkəsə.

Gülərdi qohum-əqraba çünki, "atan anan sağ qohumların var niyə tək olasan"  deyərdilər yəqin.

Başa düşmürlər heçvaxt. Çox incidir yalandan gülmək onu . Birisi acısın istəmir, hətda bəxtiylə barışıb indi. Həyatında heçkimi istəmir , bağlanmaq istəmir.

Susduqları kar etdi qulaqlarını.

Qəlbi məzəmmət edirmiş kimi sızıldayır daim.

"Sus"  deyə bilmir içindəki fırtınalara. "Döz" deyə bilmir...

MəktublarWhere stories live. Discover now