"Xaos"

42 10 1
                                    


Zamanla anlayırsan ki, cəhdlərin nə dərəcədə anlamsızdır. Gözündə böyütdüyün bütün uğurların əslində nə qədər yarımçıqdır. Sezen haqlı imiş , onu anlayırsan.
Get-gedə düşüncələrin diblərə doğru sürükləndikcə, ətrafdakı  sehirli pərdə yoxa çıxır və sən ən acı həqiqətləri görürsən. Beynin səni aldatmaq üçün səni əzizlədikcə, yalanlarla gözünü göy qurşağına boyadıqca daha da dibə batırsan. Sehr nə qədər güclü olarsa özündən sonra gələn fəlakət də o qədər əzablı və ağrılı olur. Göy qurşağının rəngi boza, sevimli təriflər boğazda ilişib qalan həqiqətlərə dönür. Bəzən sadəcə ölmək və içində qaldığın xaosdan qurtulmaq istəyərsən. Yol bu qədər qısaykən birdən-birə uzanar sonsuzluğa doğru. Geridə nə həvəs qalar nə inam. Cəhdlərinin sadəcə bir yalan olduğunun verdiyi məyusluq ilə qalarsan ortada.
Bəzən  uğurlar yetməz və sən əmin olarsan ki, nə edirsən et əsla yetməyəcək. Əsla razı qalmayacaqsan, əsla rahat nəfəs almayacaqsan, çünki özünlə içində olduğun bu müharibə nə vaxtsa bitməyəcək. Səhərlər yataqdan qalxmaq üçün özünə bir səbəb tap. Cəhd etmək və əlində olan uğur parçalarına tutunmaq üçün. Özünü sübut etməyə çalışmaqdan bezdiyin an özün üçün bir yaxşılıq et. Heç vaxt yetərli olmayacaq.
Ancaq axmaq insanlar hər gün "bu yetərlidir" deyərlər. Ancaq tənbəl insanlar axmaqlıqlarını qəbul etməkdən qorxarlar. Öz qüsurlarını görüb  buna görə üzülürsənsə sənə deyə bilərəm, əziz dost, üzülmə. Sən axmaq olma, özünə qarşı dürüst ol. Özünü sev. İçində olduğun hər nədirsə onunla başa çıxmağı bacaracaqsan. Çünki sən həmişə bacarıbsan . İndiyə qədər neçə dəfə "bu sondur" dedin və sonra yenidən gülümsəməyi öyrəndin? Ümid işığı mütləq vardır. Bəlkə də biz hələ tunelin qaranlıq hissəsindəyik. İşıqlı günlər hələ qabaqdadır. Sən bacaracaqsan. Qarşındakı maneələr sənin macəralarındır. Hər mübarizən sənin gələcək uğurundur. Heç kim onların mahiyyətinə görə səni qınaya bilməz. Bacardığın hər şeylə fəxr et. Uğurlarına inan ki, ardı gəlsin. Özünə hörmətlə yanaş ki, başqaları da bundan təsirlənsin. Sənin həyatındakı bütün çətinliklər sənin dərdin yox mübarizən olsun. Onlara görə ağlama, dözümlü ol. Çarəsiz və yanlız qaldığın anlarda bizi xatırla. Dünyada ən az sənin qədər yanlız və çətinliklərlə üz-üzə dayananlar var. Hər birimizin tək başına mübarizə aparmalı olduğu anları olur. Elə düşünmə ki, xoşbəxt görünənlərin gülüşünü  nəsə sındıra bilməz. Bəzi insanlar hər şeyə rəğmən gülümsəyi yaxşı bacarır. Sən də öyrənəcəksən və əmin ol ki, o zaman ətrafında nə qədər insanın sənin kimi olduğunu anlayacaqsan...

MəktublarWhere stories live. Discover now