"Kim mənə lazımdı?" Düşüncəsi. Laqeydliyə doğru.

359 39 9
                                    

Elə hisslər var ki, onlar digərləri kimi deyil. Elə dibdə və dərindədirlər ki, hiss etmək istəmirsən. Heç olmamış və sənə aid deyilmişlər kimi. Elə hisslər ki, qəlb məzarlığında çoxdan basdırdığın və əzabdan başqa heç nə verməyən. Ağlarkən gülməyə çalışdınmı sən? O an hisslərin daha da qabardığını hiss edirsən və sadəcə bir nəfəs sonra bütün o içində, ən dərində yığılıb qalan duyğular azad olur. O an ağlamağına mane olmalarına icazə vermə. Ağlamaq məsələyə çarə deyil bəlkə, amma hisslərə çarədir.Yanlız içindəki hisslərlə başa çıxa bildikdən sonra reallıqla mübarizə apara bilərsən.

Bəzən çox istəyərsən bir dəstək , ümid verəcək bir cümlə ,söz ya da baxış. Səni sənə bağlayacaq bir şey. Necə də çarəsizik, deyilmi? İnsanın özü də özünə yetmir bəzən. Nə qədər realist, özünə qarşı dürüst biri olursan ol, yenə də bir məqamda başın mütləq qarışacaqdır. Başqalarına olan ehtiyyac duyğusu qədər lazımsız bir duyğu tanımıram. Çünki insanı çarəsizləşdirir, asılılıq hissini oyandırır. Deyəcəksən ki, insanları bir-birinə yaxınlaşdırır. Mən isə deyəcəm ki, yaxınlaşmaq istəyən kim? Soyuq bir insan olmaq haqqında danışdığımı düşünməyin. Söhbətimiz insanın özünə etdiyi xəyanətdən gedir. Öz fikrinə güvəni olmadığından başqasının yanına qaçır, kiminsə varlığına arxalanır. Bəli, fikriniz tamamilə doğrudur. Mən eqoistəm və başqalarına da həmişə bunu məsləhət görmüşəm. Nə də olsa hər insan özünü fərqli cür qoruyur. Saf kimi cəmiyyətə güvənməklə də olmur bi işlər. Bunu da bilin.

Bəzən o hisslər, o ən ağır duyğular içində qalır. Deyə bilmirsən, ifadə edə bilmirsən və bütün o hisslər quruyub bir yara olur qəlbinə,ağırlıq verir. O yaralar get -gedə dərinləşir və  bütün hissləri öldürür. Çünki boş verirsən, önəmsəməməyə çalışırsan. Halbuki özünə bu yolla daha çox ziyan vuracağının da fərqində deyilsən. Birinin axır ki, səni önəmsəyəcəyini gözləyərkən bir müddət sonra bezəcəksən.  Sonra da deyəcəklər "ruhsuzdur"...

MəktublarWhere stories live. Discover now