"Bəyaz çərçivələr" və ya "Bəyazdan qaraya əlli ton"

195 23 8
                                    

Mən, bəyaz bir çərçivənin içərisindəki çılpaq qadın rəsmi... 
Ətrafda hər şey ağır-ağır hərəkət edir. Zaman belə yavaşlayıb və qulağıma zəif uğultular gəlir...
Yatağımda uzanıram və ürək döyüntülərimi eşidirəm. Bədənimdə gəzən qanı hiss edirəm. Gözlərimi qaranlığa zilləyirəm və sanki canavarım orda məni izləyirmiş kimi göz qırpıram. Kimsə yaxınlaşıb söz deyir. Üz quruluşu və cizgilərinə baxıram. Çox yaxından baxanda hamı çirkin görünür. Hər kəs çirkindir, hər kəs çılpaqdır bu bəyaz çərçivənin içərisində...
İnsan bəyaz vərəq kimi yaranır. Çılpaq təmiz və saf. Zəka və hisslər hələ yetişməmişkən. Deməli, insan nə qədər çox bilirsə o qədər kirlidir. Körpə uşaq olaraq qalmağı istəyirsən çünki bildiklərin sənə ağırlıq verir. İnsan belə varlıqdır, öyrənmək istəyindən heç vaxt doymayan, öyrəndikcə peşman olan.
Bizim bəyaz çərçivələrimiz var. Zaman keçdikcə ruhumuzun kiriylə bulanan və rəngi dəyişən. Kimisi sındırmaq  çərçivələrini, kimisi boyamaq, kimisi təmizləmək istəyər, kimisi  başqasınkından təmiz bilib öz çərçivəsiylə öyünər. Amma məsələ bəyaz qalmaq deyil. Saflıq və məsumiyyət cahilliyin xoş təcəssümüdür. Hərşeydən xəbərsiz olduğun müddətcə saf qalmış olursan...
Məsələ çərçivənin rənginin nə qədər tündləşə biləcəyidir. Daha nə qədər kirlədə bilərsən məsumluğunu? Daha nə qədər öyrənə bilərsən bu həyatı? Nə qədər tündləşə bilərsən?...

İnsanın içində həbs olmuş bir qaranlıq var. O qaranlıq ümidsizliyin rəmzidir.
 İnsanın içində ona tələ kimi qurulmuş bir qaranlıq var. Geniş qucağında  dərin yuxularla aldadarkən  səni, ilk öncə ağrılarını örtər.  Onda onun qucağına daha da möhkəm sarılar insan. İçindən keçib bütün hisslərini  alar . Göz bəbəklərin qaraya dönüşər və gözlərindən axan qara göz yaşlarıyla əriyərsən o qaranlığın içində. Ah, o şeytan bilir necə rahatdır onun qucağı. Ölüm qədər rahat.
İnsanın içində onu aldadan bir qaranlıq var. Ən çarəsiz anlarında mübarizə aparmaqdan üz döndərib  içinə qarışdığı bir qaranlıq. Ruhunu sarsıdan kədərin səbəbi də, dərmanı da odur.
İnsanın içində  gizli bir qaranlıq var. Həmişə çağıran səni, qapalı cənnətin sənin, boğul onun içində, yandır ümidlərini və ağla...

MəktublarWhere stories live. Discover now