Bir ayağım çuxurda, azad edə bilmirəm özümü , neynim? Bir ayağım "nə deyərlər" "ayıb" "olmaz"lar çuxurunda, azad edə bilmirəm özümü, neynim? Bir ayağımdan yapışıblar o çuxurda. "Getmə sənsiz neyniyərik" "qadağalar" yapışıb ayağımdan, azad edə bilmirəm özümü neynim. Buraxsalar uçaram bəlkə, bəlkə yavaş-yavaş uzaqlaşaram ya da yerə dəyib parça-parça olaram. Amma insan dediyin də bu deyil mi ? Arzularının ardıyca qanadlanan.
Kəşf etmək istədiyim, tək özüməm. Dünyanın hər köşəsində bir parça mən varam. Özümü axtarmağa getməliyəm, buraxmırlar neynim? Qucağlamaq adıyla sarılarkən boynuma, nəfəsim kəsildi xəbərləri yox. Qorumaq adıyla zəncirlədilər. Qəfəsdəki quş qədər güvəndə və məyusam , neynim? Bu çuxurdan çıxa bilmirəm, batıram yavaş-yavaş. Əlimlə yapışıram kiçik şanslardan, məyus olub buraxıram özümü çuxurun dərinliklərinə. Sanki qarşımda bir işıq var imiş kimi, amma önümdə kimlərsə dayanırmış kimi. Ya da son nəfəslə aramda bir əl var imiş kimi. İki arada bir dərədəymiş kimi. Məyus bir ruham mən. Bir ayağım çuxurdadı, azad edə bilmirəm özümü, neynim...

YOU ARE READING
Məktublar
PoetryCəsarət istərdi ağlamaq. Hüzün də bir xoşbəxtlik idi, Ölüm həyatı xatırladırdı, Ağlayarkən gülümsəyərdik insanlara, Həqiqət örtülərdi sanki bununla. Yalan deyə bir şey qalmayıb artıq, Həqiqətlərdir çirkli və saxta olan sadəcə. Ən ağır yükü üzər...