Tuk-tuk! Mən qayıtdım.
Utana-utana, keçmişə aid səhifələri bir-bir oxuyub, "bunu mən yazmışam?" deyə təəccüblə vərəqlədim hər birini.
Bu gün məktubumu 14 yaşlı balaca Mehribana yazmaq istəyirəm. Əminəm ki, o bu sözlərimi oxumağı çox istəyərdi.
Birincisi, səni çox sevirəm, düşündüyün, yazdığın şeylərdə ruhunu, qəlbini görürəm və səni qucaqlamaq, səninlə söhbət eləmək istəyirəm. Bilirəm ki, lap balaca olanda qurduğun xəyallarda nə vaxtsa kiminsə səni ürəkdən sevə biləcəyini düşünüb təəccüblənirdin, özünü o qədər kölgədə qalmış və unudulmuş hiss edirdin ki, içindəki böyük dünyanı uzun-uzun səhifələrə tökürdün. Bir gün səni ürəkdən sevəcək insanın özün ola biləcəyini gözləmirdin...
İndi böyümüşəm, Mehriban, təsəvvür edirsən? Sağam və böyük addımlar atıram həyatımda. Hələ də qorxuram, özümü dəyərsiz hiss edirəm zaman-zaman, yenə də, özümə dayaq olmağı öyrənirəm. Divarsız, arxasız şəkildə dik dayanmağı öyrənirəm.
Kaş ki, səninlə söhbət edə bilsəydik, saatlarla dinləyər, gülər, gələcəyini sənə uzun-uzun danışardım və ən əsası deyərdim ki, qorxma, səndə hər şey yaxşı olacaq, alınacaq. İnanmazdın mənə bəlkə...
![](https://img.wattpad.com/cover/40784942-288-k637436.jpg)
BINABASA MO ANG
Məktublar
PoetryCəsarət istərdi ağlamaq. Hüzün də bir xoşbəxtlik idi, Ölüm həyatı xatırladırdı, Ağlayarkən gülümsəyərdik insanlara, Həqiqət örtülərdi sanki bununla. Yalan deyə bir şey qalmayıb artıq, Həqiqətlərdir çirkli və saxta olan sadəcə. Ən ağır yükü üzər...