Ehtiyac duyulan sevgi və qayğıdır bəlkə də. Birinin indi həqiqətən sarılmağa ehtiyacı var.Kimisi sadəcə güvən axtarır baxışlarda. Sətirlər arasında əsən küləklər canlanır beyində. Üstünə gələn hər nəysə bildiyimi bilməlisən. Bezdiyini və sadəcə yorulduğunu bilirəm. Yorğun şəkildə ortalıqda dayanıb, çarəni tapacaq birilərini gözlədiyini də. Hər şeyin dözülməz olduğunu və boğulma hissini də. Sən çox pissən, görürəm. Ağlamağını istəmirəm. Buna görə üzülməməlisən. Güclü olduğunu görürəm. Lənət şeytana, sənə kömək etmək istəyirəm! Həyatında olanlar, gələcəyinə görə narahat olmağın, çiynində həmişə bir yükünün olduğunu bilirəm. Səni görmürlər. Bizi görmürlər. Biz boşluqdan ibarətik. Özündən asılı olmadan, bütün o zəif və iradəsiz insanların əksinə, sənin də yorğun olduğunu görmələri lazım olduğunu düşünürsən hə? Amma unutma ki, hamı pis hiss edir. Hamımızın həyatı xaosdan ibarətdir. Əlbətdə oturduğu yerdən heç kim sənə nə qədər çətin olduğunu anlaya bilməz. Çabaladığını, gülümsəyib hər şeyi boş vermək istədiyini görürəm. Valideynlər! onlar niyə sevmirlər səni? Kimsə niyə sevmir səni? Bu iylənmiş böyük planetdə niyə yanında ağlaya biləcəyin biri yoxdu?
Sən hələ çox azsan. Hələ ehtiyyacın var sevgiyə. Hələ körpə ruhundasan. Özünü böyük görməyə çalışırsan. Bəzən sadəcə "Tək dərd sizdədir lənətə gəlmişlər? Vau sevgilisi mesajına cavab yazmayıbmış! Üzülmə şəhzadə sənə başqa oyuncaq tapılar. Mən nələr yaşayıram amma bu haqda heç ağzımı belə aça bilmirəm bilirsən?"demək istəyirsən. Çıxılmaz vəziyyətlərdən, çarəsizlikdən bezirsən. Həmişə sakit və qayğıkeş olmaq olmur. Bəzən sadəcə "%2#$%^%$" demək istəyirsən. "Mən az qala öləcəm Cəhənnəm olun artıq" demək istəyirsən.Buna görə bəlkə də sonu bilinməyən ümidsizlik adlı quyunun dibinə xəbərsizcə atılırsan. Bəzi yüklərlə yaşamaq olmur. Sadəcə, içinə batmış şiş kimi, hər hərəkətində içinə yeriyərək incidir. Hamı gözləyir ki hər şeyin düzəlsin. Hamı bunu deyir "hər şey düzələcək" və sonra da hər şeyi düzəltməyin üçün səni yanlız qoyurlar. Və sən, hətta vəziyyətinin pisliyini qəbul etməyə belə utanırsan.Hər şey yaxşı olacaq, olmalıdı, olacaq. Və hər gün, içində bir narahatlıqla gəzirsən. Yerinə nəyisə qoymağa çalışırsan,yeni hobbilər, kitablar, gəzintilər, dostlar. ya da çoxlu gülən emojilər. Sağalmağa belə imkan vermirlər.Yaxşı olmağa belə şans verilmirsə hər şeyi necə qaydaya sala bilərsən? Bir gün içi boş bədənini tapanda deyəcəklər "Aman tanrım niyə? Görəsən onu buna kim sövq etdi? axı biz ona hər şeyimizi verdik. Nankor evlad. Vah-vah. Utanmadı görəsən?
YOU ARE READING
Məktublar
PoetryCəsarət istərdi ağlamaq. Hüzün də bir xoşbəxtlik idi, Ölüm həyatı xatırladırdı, Ağlayarkən gülümsəyərdik insanlara, Həqiqət örtülərdi sanki bununla. Yalan deyə bir şey qalmayıb artıq, Həqiqətlərdir çirkli və saxta olan sadəcə. Ən ağır yükü üzər...