İllər keçmişdi.Artıq Mədinə 11-ci sinifdə idi.Məzun gününə son bir ay qalmışdı.Sinif yoldaşlarının hamısı bütün il ərzində ən yaxşı müəllimlərin yanına məşğələyə getdiyi halda o gah gedib, gah da dayandırardı.Bütün müəllimləri narahat idi onun gələcəyindən ama əllərindən heç nə gəlmirdi.Hətta neçə dəfə Solmazla danışsalarda, eyni cavabı alırdılar :
"Ay müəllim,neyniyim axı? Imkanim yoxdu.Bir maaşım var onunlada 2 uşaqnan özümü güclə dolandırıram.Oxumaq istiyən məşğələsiz də oxuyar"
Bu cavabdan sonra müəllimlər çoxda üzərinə getmədi bir daha Solmazın.
Mədinə bilirdi öz məsuliyyətini əgər oxuyub universitetə girə bilməsəydi,onun həyatı qaralacaqdı.O, gecələri yatmıyıb ancaq dərs oxuyurdu.Hətta məzun gününə belə gedə bilməmişdi..Həm imtahan stresi ilə dolu bir beyinlə əylənmək istəməyəcəyini bilirdi,həmdə ora veriləcək pulu yox idi!
Doğurdan axı həyatın bu acı zarafatları ancaq kasıblara,cılız insanlara aid idi.
Və artıq o gün gəlib çatmışdı! 11 illik əziyyətin sınaq günü idi.O bu sınaqdan üzüağ çıxmalı idi.O,bacaracaqdı.İmtahan binasına buraxılmağa hələm bir saat var idi.Solmaz su almağa getdiyi üçün Mədinə özü ilə baş-başa qalmışdı.Fikirləşirdi :
"Əgər mən bu əziyyətlərimin qarşılığını ala bilməsəydim nə olacaqdı?
Mənim güvənəcəyim heç kim yoxdu.Anam desəm,tək başına bizi dolandırmaq üçün əlindən gələni eliyir..Qardaşım əsgərlikdədi bizə, hələ mənə heç vaxt təsəlli verə bilməzdi..Atamın varlığını yalnız telefonda hiss eleməyin xeyri yox idi.
Bəs qohumlar? Ahh onların sadəcə adları var özləri yox..Heç olmasada yaxşı idilər,mənə ziyanları dəyməsin xeyirləri özlərinə qalsın"
Və anası gəlib suyu Mədinəyə verib imtahana yola saldı dualarla..bütün həyəcanını içində boğaraq daxil oldu imtahan otağına.3 saatlıq imtahandan o 2 saata artıq çıxmışdı. III qrupun nəticəri 3 günə çıxacaqdı.Mədinə yaxşı yazdığını bilirdi ama içi içini yeyirdi yenə də.BDU'nun hüququna daxil olmaq istəmişdi uşaqlığından.Bəlkə o fakültəyə daxil olarsa,bu həngamənin, qatmaqarışıqlığın içindən qurtula bilərdi.Bu istəyini anasıyla xalası söhbət eliyəndə bildirmişdi onlara.Ama xalası yenədə qırmışdı onun qəlbini :
"Pff sən hara hüquq hara? Camaat o qədər müəllimlərə pul tökür gedib girə bilmir,sən özün hazırlaşıb necə girəcəysən? Tutalımki,girdin ora bəs qutarandan sonra necə işliyəcəksən?Atan yoxduye qabağında səni işə düzəldə.Get 300 balını yığ müəllimliyini elə"
"-Ay qız Sara, elə demə uşağın qəlbini qırma"
"Düz deyirəmdəəə pfff özünüz bilərsiz vallah mən heç nə demirəm günah yenə mənim boynumda qaldı"
Qəlbinin yenədə qırıldığını hiss elətdirməsə də,çıxdı otaqdan sakitcə..Xalasının belə deməyində də səbəb o idi ki, öz qızı 150 bal yığıb Azərbaycan da oxuya bilmədiyinə görə pulla Türkiyədə oxutdurmuşdular...
Və 24 iyul!
596 bal yığdığını biləndə özünü saxlaya bilmiyib ağlamışdı Mədinə.Sonunda bacarmışdı,Allah əziyyətini yerdə qoymamışdı.Onu Ən çox sevindirən isə o olmuşduki,o, hüquq tələbəsi olacaqdı! Həmin il sənəd verən şagirdlərin nəticələrinin faizi çox az olduğuna gorə ballarda aşağı endirilmişdi.Mədinənin sevincinin həddi-hüdudu yox idi,hüququn pulsuzunda oxumaq şansı çox idi.Həm də təqaüddə ala bilərdi.Ehh ama atalarımız yaxşı deyib,sən saydığını say gör fələk nə sayır..
Kodlaşdırma anında həmişəki kimi xalası fəsadlığını eliyib bütün hüquqşunaslıq fakültələrini sildirib yerinədə müəllimliyi yazdırmışdı.Anası uymuşdu xalasına ama sonuncu yerə yazdığı hüquqşünaslığı dəyişməmişdi.Mədinənin son ümidi o idiki,bəlkə şans üzünə gülərdi və ora qəbul olardııı..Ammaa...
Nəticə anasının telefonuna kod şəklində gəlmişdi.Mədinə işıq sürətiylə telefonu əlinə alandan 3-4 dəqiqə keçən kimi hönkürtü ilə ağlamaģa başladı.
"Yox,yox ola bilməzdi bu!Ola bilməzdi! Mən səhv görmüşəm yəqin o kod 126321 ola bilməzdi!Mən o qədər balla müəllimliyə daxil ola bilməzdim! Özüdə ADU(Azərbaycan Dillər Universiteti)da,Aman Allahim!!"
Ama Solmaz çox sevincli idi qızının bu nailiyyətinə görə,Saranın da sevincini söyləməsəm də yəqin təsəvvur eliyersiz.
Məhlədə olan hamı təbrik eliyib öz sevincini bölüşürdü.Mədinənin başqa çarəsi yox idi ona görədə qismətinə yazılana boyun əyməyə başlamışdı.
İmtahan verən bütün tay-tuşları istirahət üçün ya xarici ölkələrə,yadaki,rayonlara getmişdilər.Ama Mədinə bu avqustu da Bakıda keçirmişdi.Anası ona ucuzvari ama android telefon alanda sevincinin həddi-hüdudu yox idi.Bütün yayı bu telefonla ya universitetin səhifələrinə baxırdı,ya da bədii kitablar oxuyardı...
Son 10 gün qalmışdı dərslərin açılmasına ona görə də anasıyla birlikdə alışverişə gedib hazırlıqlara başlamışdı.İlk dəfə idiki, bu yaşına qədər o gənc,gözəl bir qız kimi görünürdü.Hələ makiyajla olan ilk tanışlığı gözəlliyinə gözəllik qatmışdı...
YOU ARE READING
Hər Şey Bir Payızda Başladı..[TAMAMLANDI]
Teen Fiction1997-ci ilin oktyabrı idi.Bakıdan kilometrlərcə uzaqda bir körpə ağlayışı eşidildi.Bəli, 9 aydan sonra ailəsini görmək üçün səbrsizliklə dünyaya gələn bir qız doğuldu ev işıqlarında..Adını Mədinə qoymuşdular.Mədinənin gəlişi ondan öncəki evdəki səss...