Rəsmi boşanma olmadı sadəcə evlər ayrıldı..5 yaşı olan Mədinə həyatına artıq 2 nəfərlə davam edirdi.Anası və qardaşı ilə..
Yaşı az olduğuna görə uzun çəkən prosedurlardan sonra Mədinə məktəbə gedəcəkdi.İlk dəfə forma geyinmənin həyəcanı,ilk dəftər qələmin həyəcanı ilə artıq anasının oyadışı ilə qalxmışdı.Hər şey hazır idi.Sanki balaca mələyi göydən endirib saçını keçi yığıb,belinədə çanta taxıb məktəbə göndərmişdilər.İlk öncə anası Ayazı öz məktəbinə ötürmüşdü daha sonra isə Mədinəylə onun məktəbinə getmişdilər.Hər kəs anası,atası,qohumlarıyla gelib bütün yerləri tutduğu halda Mədinə sadəcə anasıyla gəlmişdi.Atası isə sadəcə zəng edib qızını təbrik eləmişdi sabahkı ilk dərs gününə görə bir yad kimi..
Və ilk zəng çalındı..Bütün uşaqlar ağlıyıb anasının ya da, atasının yanına qaçırdı.Amma Mədinə ağlamırdı çünki bilirdi,əgər ağlayarsa nə atasını nə də anasını yanında görə biləcəyini.Anası onu məktəbə qoyduqdan sonra işə getmişdi.
Yeni insanlar Mədinəyə qəribə gəlmişdi ama heç şikayəti yox idi.Artıq 5 yaşı olmasına baxmayaraq 50 yaşlı qadın kimi idi düşüncələri.
Artıq bir ay idiki, məktəbə gedib gələn Mədinənin dərsləri çox yaxşı idi,hətta sinifyoldaşları ilə də arası çox yaxşı idi.Amma bir gün Aliyə lövhənin qarşısına gəlib, qışqırmağa başladı..
"Uşaqlaaaaaaaaaaaaar bilirsiiiiiiiiiizz? Bizim hamımızın atamız və anamız var ama Mədinənin atası yoxdu! O Yetimdir!"
Hamı gülüşürdü sinifdə bir tək Mədinədən başqa.Mədinə ilk dəfə idiki, bu sözü eşidirdi.Ama mənasını hiss edirmiş kimi,sakit qalmış və gözləri dolandan sonra məktəbdən qaçaraq evə gəlmişdi.Yolda qonşu Firuzə xalanı görmüşdü ondan soruşmuşdu "yetim"in nə olduğunu və bilmişdidə..
Ayaz xəstə olduğuna görə anası işə getməmişdi.Qızının ağladığını görən ana ne olduğunu soruşmuşdu..Mədinə isə yalnızca bir söz dedi hıçqırıqların içində yox olan gozlərini anasına
zilləyərək... "MƏNƏ YETİM DEDİLƏR!!!"
VOUS LISEZ
Hər Şey Bir Payızda Başladı..[TAMAMLANDI]
Roman pour Adolescents1997-ci ilin oktyabrı idi.Bakıdan kilometrlərcə uzaqda bir körpə ağlayışı eşidildi.Bəli, 9 aydan sonra ailəsini görmək üçün səbrsizliklə dünyaya gələn bir qız doğuldu ev işıqlarında..Adını Mədinə qoymuşdular.Mədinənin gəlişi ondan öncəki evdəki səss...