Yeni yaşımın ilk günündə oyanıb bir müddət anama və xalama qarşı necə rəftar eliyim deyə fikirləşdim.Sonda hər şeyi zamanın axışına buraxmağı qərara alıb mətbəxə getdim.Anam könlümü almaq üçün əlindən gələni eləmişdi.Ən sevdiyim yeməkləri,salatları və tortu hazırlamışdı.Gəlib üzümdən öpüb :
"Doğum günün mübarək qızım....Dünənkilərə görə üzr ist.."
"-Yaxşı,ana çox sağol.Xəbərin olsun bir azdan Qumru ilə kinoya gedəciyik"
"-Yaxşı.Ama çalış tez gəl bu qədər yeməyi tək başına yeyə bilmərəm"
Gülümsünüb "Tamam" dedim.Elə otağıma keçmişdimki,anam çağırdı..
"Hədiyyəni götürmədin ama" deyib mənə uzatdi.
"-Çox sağol" deyib hədiyyəni tez götürüb otağıma girdim.Hədiyyəni acanda ağzım açıq qalmışdı.Həqiqəndə çox super paltar idi.Anamın zövqünə həmişə heyran qalmışdım.Elə həmin paltarı geyinib kinonun olacağı yerə getdim.Cinema clubun yanına çatanda Qumrudan xəbər ala bilməmişdim.Mesaj yazdım :
"Qumru,hardasan? Mən gəlmişəm qapıdayam"
"-Canım mən biletləri aldim içəridəyəm.Gir içəri sıra 6 yer 5 də otur"
"Qumru elə danışdınki,guya yanımda oturan sen olmuyacaqsanee :D pöf tamam girirem "
"-Okeydiiiiiiirr ;) "
İçəri girib onun dediyi sirada,yerdə oturdum.Elə içəri girən kimi film başladı ona görədə yanımda kimlər var deyə tam dəqiq baxa bilmədim ama yanımda Qumrunun olmadığı 100% idi ! Yanımda bir oğlan var idi.Ûzünü çoxda görmürdüm.Hər tərəf də qaranlıq olduğuna görə çıxışımda problem yaranmasın deyə filmi sonuna kimi izlədim.Ama ağlımda çoxlu suallar olduğuna görə filmə adaptasiya ola bilməmişdim.Bir onu bildimki,sonu ölümlə bitən sevgi hekayəsi haqda idi.Film bitəndə işıqlar yanan kimi gözümlə Qumrunu axtardım..
"Qumrunu axtarırsansa,burda yoxdu" dedi..Səsi çox tanış gəldi.Elə çevrilib baxan kimi sifəti də çox tanış gəldi."Bu ki...Bu kiii...Adı nə idi bunun?" dedim içimdən ama yadıma sala bilmirdim.Özünü təqdim eləməsəydi axşama kimi fikirləşərdim ama yəqinki,tanımazdım..
"Buna görə Qumruya əsəbləşmə,mən özüm səninlə yalnız qalmaq istədim o razı olmurdu güclə razı saldim."
"-Necə yəni əsəbləşmə?! Siz kimsizki mənə oyun oynuyursuz?özünü sən nə hesab eliyirsən? Sənə bu cəsarəti kim verib???"
"Mədinə sakit ol,mən səni sevirəm.Bunu demək üçündə sənin doğum gününü gözlədim..Sənə qeyri-ciddi gələ bilər ama mən səni ilk gördüyüm gündən ağlımdan çıxara bilmirəm"
"-Mənə bax,mən sənin adınıda heç bilmirəm"
"-Fərid"
"Heç maraqlıda deyil kimsən,sözümü də kəsmə! Bir də axırıncı dəfə olsunku,mənə yaxınlaşırsan,ya unide yada başqa bir yerdə.Məndən sənə xeyir gəlməz bildin????"
"-Axı.."
"Axısı maxısı yoxdu birdə səni ətrafımda görmüyəcəm!!!" Deməyimlə zaldan çıxmağım bir oldu.Özümü çox əsəbi hiss eliyirdim ona görədə Qumrunun aģzının payını sonra verəcəkdim.Aģlamaq tutmuşdu məni ama özümü gücnən tutdumki,evə gedəndə ağlıyım.Evdə başıma gələcəklərdən xəbərsiz evə getməyə can atırdım.
Evə çatanda gördüm xalamla,Lalə bizdədi.Lalə Türkiyə də tətil olduğuna görə Bakıya gəlmişdi.İçəridən anamın qışqırıq səsi gəlirdi sonrada ağlamaq səsi.Nə olduğunu bilmədən tez içəri keçdim.İçəri keçən kimi anam üstümə şığıyıb ikinci şilləni də vurdu.Nə olduģunu,nə baş verdiyini bilmirdim.Ama xalamgilin nəsə elədiyini bilirdim..Sifətimi tuta-tuta :
"Nə olub axı??"
"-Canına azzar olub, utanmırsan bu yaşda ananı aldadıb oğlanlarnan kinoya gedirsən?" Dedi xalam.
"Nə? Anaaa"
"-Utanmaz-utanmaz ana da deyə bilirsən hələm? Oğlanlarnan sonra hara getdin hə???Özünü ağıllı göstərməknən deyilə bütün zibillərinin üstü açıldı,ay Yetim!"
"Nə danışırsan sən?Nə oğlanlar?!"
"-Boooy utanma deki,üstünə şər atıram.Mənim quzum qızlarnan kinoya gedəndə görübkü iki oğlanla kinoya girmisən biriylə əl-ələ tutuşmusan.Sonrada çıxanda o birisinin maşınına minib getmisən.Nədi yalandı???"
"Ana inanma bunlara mən sənə hər şeyi danışacam.İnanma nolarrrr"
"-Solmaz bunun axırı yaxşı getmir.Hələ nə yaşı varki,indidən belə hoqqalaradan çıxır.Hamısını eliyən o universitet oldu,mənnən olsa,qoyma getsin universitətə,özüdəki tez ərə ver,canın qurtulsun."
Bu sözləri eşidəndə elə bil başımdan qaynar qazan tökdülər.18 illik susqunluğumu artıq pozmalı idim.Belə olmaz artıq!
"Xala,utanmırsız mənə belə şər atırsız?Öz qızına quzum deyirsən ama mənə yetim niyə??? Məni heç vaxt sevməmisən səbəbinidə bilmirəm.Həmişə məni alçaldıb xor görmüsən.Özün bilərsən necə istiyirsənsə fikirləş çünki mənim səndən heç bir asılacağım yoxduu.Aysel sənə inana bilmirəm.Utanmırsan? Mənə elə sözlər deməyə?! Mən axı 2 oğlanla bir yerdə olmamışam.Ana imkan verin danışacam.Qumruyla əslində kinoya gedəcəkdik.Ama Qumru gəlmədi çünki unidən bir oğlan var məndən xoşu gəlirmiş,o gəlmişdiki mənimlə danışsın ama mən onu görən kimi ağzıma gələni deyib tez çıxdım.Aysel bunları görmədinki,guya sən???Niyə üstümə şər atırsız axı?Mənim sizə nə pisliyim dəyib?" Deməyimlə 3-cü şilləmidə yedim. Ama bu dəfə xalamdan....Gözyaşlarım dayanmaq bilmirdi...Artıq deyiləcək sözümdə olmadığına görə otağıma getdim.Anamın gözlərinə baxanda qəzəbin içində mərhəmətidə görə bilirdim.Ama otağima keçib tək qalmaq üçün qapınıda bağladım...İçəridən xalamın səsi gəlirdi.Elə hey qışqırıb bağırırdı.Anamın isə heç səsi də çıxmırdı.Təxminən 1 saat sonra getdilər.Mən isə səhərə kimi otağımdan çıxmadım ağlaya-ağlaya bu evdən necə qurtulum deyə fikirləşirdim.Artıq burda qala bilməzdim.Bu sualların cavabını tapmaq çətin idi.Ona görədə bütün gecəmi əlimdən almışdı.Anamdan tez durub,hazırlaşıb cəld evdən çıxdım.Universitetə çatanda Fəridi gördüm.Yəqin cəsarət eləmirdi yanıma yaxınlaşmağa ama uzaqdan şişmiş gözlərimə baxıb.Çox narahat olduğunu görə bilmişdim.Sanki,bur anlıq yanıma yaxınlaşıb nəsə demək istiyirdi.Ama icaze vermiyib tez sinifə qalxdım.Qumruda içəridə idi.Mənə gözləriylə üzr istəyirmiş kimi baxdı.Ama ona nəsə demək üçün gücümün olmadığını hiss eliyib o biri sıraya keçdim.Yanıma yaxınlaşıb :
"Şeyyy Mədişş mən üzr istiyirəm,belə olacağını heç düşünməzdim"
"-Sus! Birdə mənim yanımada yaxınlaşma.Səndən belə bir şey gözləməzdim,sənin bu diqqətsizliyin mənim başıma oyun açdı.Birdə yaxın gəlmə mənə!!!"
"Nolubki?" Deyəndə artıq mən çoxdan uzaqlaşmışdım.Birinci dərs bitəndə bufetə düşdüm.Elə istiyərdimki,Kənan da yanımda olsun.Deyən kimi tez telefona baxdım dünəndən bəri heç baxmamışdım.İnanmırdım 36 zəng və 89 mesaj gəlmişdi Kənandan.Ona nə deyəcəyimi fikirləşib kofemi alıb oturanda,qıraqdakı qızların söhbətini eşitdim.Universitetin yataqxanasından danışırdılar.Birdən ağlıma gəldiki,doğurdanaa mən niyə yataqxanada qalmıramki?? Elə qızlara yaxınlaşıb yataqxana haqda ətraflı məlumat alıb sinifə qalxdım.Sinifə girən kimi Kənana cavab yazdım.Guya evdə olmamışam,telefonuda evdə aoymuşdum deyə eşitməmişəm zəngləri.Hər nə qədər inanmasada,başqa heç nə demədi.Sonra telefonu çantaya qoyub,fikirləşməyə başladım.Dərsdən çıxandan sonrada yataqxanaya gedib ordaki müəllimlə danışdım.Evdəkilərə heç nə demədən razılaşdım.Çünki qəti qərarım idi olanlardam sonra!
* * *
Salamlar hamıya :) yazdıqlarıma baxış sayı artıq 400-ü keçib buna görə hər kəsə sonsuz təşəkkürlər.Ama,oxuduqca fikirlərinizi,rəylərinizi bildirmədiyinizə görə məndə ruh düşkünlüyü yaranır ona görədə yeni bölümləri gec gec paylaşıram Əməyə hörmət gözlüyürəm sizlərdən.Hələlik☺✋
ESTÁS LEYENDO
Hər Şey Bir Payızda Başladı..[TAMAMLANDI]
Novela Juvenil1997-ci ilin oktyabrı idi.Bakıdan kilometrlərcə uzaqda bir körpə ağlayışı eşidildi.Bəli, 9 aydan sonra ailəsini görmək üçün səbrsizliklə dünyaya gələn bir qız doğuldu ev işıqlarında..Adını Mədinə qoymuşdular.Mədinənin gəlişi ondan öncəki evdəki səss...