Bir neçə dəfə qardaşıma zəng eləsəmdə hər dəfə mənim zənglərimə cavab vermirdi.Tanıyırdım onu.O menim evə tərk eləməyimə görə bu qədər əsəbləşəcək qədər kin sahibi deyildi.Bilirdimki,dolduruşa gəlib.Sonunda onunla görüşmək üçün cəsarətimi topluyub mesaj yazdım :
"Bilirəm məni görmək istəmirsən.Ama səninlə çox vacib danışmalıyam.Bilirəmki,sənə səhv məlumat veriblər istəməzdim belə olsun ama məcbur oldum...Unutma hər şeydən əvvəl sənin bacınam əgər məni bir damcı da olsun sevirsənsə saat 2de mall'a gəl sənə deyəcəklərim var...Səni çox istiyirəm.."
Mesajı göndərsəmdə heç bir cavab gəlmədi.Kənanla Zəhra da heç istəmirdilər onunla görüşməyimi.Bilirəmki,onlar da narahatdılar.Ama əvvəl-axır mən bunu eliyəcəkdim.Kənan mənimlə hər nə qədər gəlmək üçün dil töksədə icazə vermədim.Çünki,istəmirdim işlər dahada böyüsün..
Dərsim bitən kimi tez universitetdən çıxdım.Görüşəcəyimiz yerə gedib oturub Ayazı gözlədim.Ama yandakı stolda oturan Kənanı görəndə "Ohaaaa" deməyimlə Ayazı görməyim bir oldu.Problem olmasın deyə heç nə demədim Kənana.Ayazı görən kimi göz yaşlarıma yenədə dayan deyə bilmədim.Onu qucaqlamaq istədim.Qucaqladım düzdü ama yalnızca mən..Ondan heç bir qarşılıq görmədim.Elə bil daşa,divara sarılırdım..
Oturduqdan sonra aramıza sükut çökdü.Sözə ilk o başladı:
"Sən bizə bunu necə elədin hə?! Mənə çox maraqlıdiki,məni hansı üzlə bura çağırmısan,nə deməyi fikirləşirsən?? Sənə inana bilmirəm,bizim nəyimiz sənə əskiklik elədi hə?! Yaxşı yemirdin içmirdin??.."
"-Ayazzz..."
"Diyan, kəsmə sözümü yoxsa yaxşı geyinmirdin??? Niyə görə o oğlana qoşulub qaçdın? Niyə namusumuzu ayaqlar altına aldın" deyib ayağa qalxdı getmək istədi necə əsəbləşdiyini gözlərindən oxuya bilirdim.Əlindən tutub icazə vermədim çünki bildiyim kimidə olmuşdu.Səhv məlumat vermişdilər ona..Əlini çəkib çevrilmək istəyəndə Kənanı gördü.
Allahım! İnanmıram! Birdə onlar dalaşmasınlar yoxsa yenədə danışa bilməyəcəkdim...
"Səəəən!! Sənin nə işin var burda???! Mədinə sənə inana bilmirəm !!! Bu nə hərəkətdi?! Bu nə cəsarətdi səndə?! " Deyib Kənanın üstünə şığıdı..Tez onların arasına keçib var gücümlə qışqırdım başqa çarəm yox idi çünki...
"Mənə baxın ikinizdə oturun deyəcəklərim var!!!"
Şok olmuşdular çünki məndən belə show gözdəmirdilər.Oturdular ikisidə..
"Ayaz səni and verirəm Allaha! Evdəkilər sənə nə deyibsə,hamısını mənə de!"
Ayaz bir Kənana baxdı,birdə mənə.Ondan narahat olma dedim.Hər şeyi açıqlayacam sənə..
"Bax Mədinə əsgərlikdən gələn gün bildimki,evdə nəsə olub,anam heç özündə deyildi çünki.Səni soruşanda "yoxdu" dedi.Harda olduğunu,nə vaxt gələcəyini bu tipli suallarımı cavabsız qoyub otağına keçdi.Xalamla,Lalədə bizdə idilər...Onlardan soruşanda xalam hər şeyi danışdı..."
"-Nəyiiiii????"
"Sənin evdən bu oğlanla necə qaçdığını, bizi atdığını..."
Nə ?! Yox,yox bu ola bilməzdi bu dərəcədə də üstümə şər ata bilməzdilər.Ayaza hər şeyi danışdım.Məni necə hər dəfə alçatdıqlarını,necə vurduqlarını,üstümə necə şər atdıqlarını...Ayaz da inana bilmirdiki,xalam niyə belə eliyib...Bütün dediklərimə inanmışdı.Birdən Kənana baxıb bəs bu kimdi baxışı atdı mənə.Düzünü desəm Kənanla sevgili olduğumuzu istəmirdim bildirəm..Ama nə deyəcəkdimki?! Off Kənan off!!
Bunları ürəyimdə fikirləşəndə Ayazın sorğulayıcı nəzərləri hələ də üzərimdə idi.Nə olar,olardı artıq ...
"Ayaz deməli sən yanımızda olmuyanda Kənan yanımda oldu çox sağolsun.Məni qoruyurdu.Necəki,sən məni qoruyurdun haa bax elə.." sözümü kəsdi..."Qardaş kimi yəniki həə??"
Bilirdimki, Ayaz məndən "hə " deməyimi gözlüyür...Başqa çarəm yox idi.Kənanın sifətinə cəsarət eləmədən "hə"dedim.İçim də tufanlar qopdu həmin vaxt ama bildirə bilmədim...Kənana göz ucu baxanda sifətindəki soyuqluğu,qırıqlığı görə bilirdim..Yalnızca Ayazın üzünü güldürə bilmişdim.
"Yaxşı,Mən onların hamısının ağzının payını verəcəm evdə...Mədiş, sənə elədiyimə görə bağışla...Çünki çox əsə..."
"Bilirəm qardaş bilirəm" dedim çünki istəmədimki,arxasını gətirsin... Sonra Kənana baxıb "Səndə çox sağol bacımın yanında olduğuna görə" deyib əl sıxdılar ... Çıxışa tərəf gedəndə Ayaz məndən evə dönməyimi istəsədə, "yox" deyəndən sonra çoxda israr eləmədi...Sonda Kənanla hətta bir-birlərinin nömrəsini belə aldılar...Ayaz bizdən ayrılıb metroya tərəf getdi.Kənandan üzr istəməliydim.Ama birdə gördümki,maşınına minib artıq onun mənə olan o son baxışını heç vaxt unutmayacaqdım..Sevdiyim mənə yad kimi ,el kimi baxırdı...Deyəsən,qardaşımı qazananda sevdiyimi itirdim!...***
Salamlar✋ Buyurun yeni bölüm☺ Fikirləriniz ?😇 Votelərinizi və rəylərinizi əsirgəmiyin əzizlərim❤
ESTÁS LEYENDO
Hər Şey Bir Payızda Başladı..[TAMAMLANDI]
Novela Juvenil1997-ci ilin oktyabrı idi.Bakıdan kilometrlərcə uzaqda bir körpə ağlayışı eşidildi.Bəli, 9 aydan sonra ailəsini görmək üçün səbrsizliklə dünyaya gələn bir qız doğuldu ev işıqlarında..Adını Mədinə qoymuşdular.Mədinənin gəlişi ondan öncəki evdəki səss...