9.Bölüm."Qaçırılan gözlər"

183 28 17
                                    

İndi fikirləşirsizki,Kənanın burda nə işi var?Axı o,Amerikada olmalı idi.
Ailəsi Kənanı Amerikaya Mədinə yə qarşı sevgisi azalsın deyə göndərsə də,əksinə sevgisi daha da artmışdı.Amerikada təhsil 12 illik olduğuna görə Kənanın bir ili elə getmişdi.O birisi ilində isə,özü bilərəkdən imtahanlara zəif hazırlaşmışdıki,yığdığı balla Azərbaycanda oxuya bilsin.Elə istədiyi kimi də,olmuşdu.300e yaxın balla ADU'da RBM(Regionşunaslıq və Beynəlxalq Münasibətlər) fakültəsinə daxil olmuşdu.
Və beləliklə dünyanın balaca olduğu bir daha sübut olundu.Özlərinin xəbəri olmadan onlar bir-birlərinin qismətinə yazılmışdı.
Kənan Mədinəni ilk dəfə görəndə ürəyindəki cızıltını qəlbinin ən dərinliklərində hiss eləsə də,bildirmədi ona.
"Həəə,nəysə Mədinə gəl səni sinif otağına kimi ötürüm"
"Yox,çox sağol əziyyət çəkmə,onsuz da mənə görə yetərincə enerji sərf eledin"
"Yox əşi o nə deməkdi? Sən hələ təzəsən nəyəsə ehtiyacın olsa,kimsə sənə nəsə desə xəbərim olsun yaxşımı?! Xüsusəndə Elvin !"
Mədinə gülmək istəsə də bildirmədi.
"Yaxşı,çox sağol,Kənan" deyəndə artıq sinif otağına çatmışdılar.
"Mədinə!"
"-Bəli,Kənan?"
"İstiyirsənsə al bu mənim nömrə..."
"-Dərsə getməliyəm sağol!"
"Ahh axmağam e lap qız doğurdanda sənin nömrəni götürməzdiki"
Və birdən ağlına Elvin gəldi.Onun yanına gedib Mədinədən uzaq durmağı haqda əlindən gələni eləməlidi.
Elvin yenədə bufetdə idi.Onun yanında dayanan dostları sual dalınca sual verirdilər.
"Bu qız kimdi? Kənanın nəyi idi? Axı Kənanın arxasınca bu bir il ərzində çox qız sürünüb etiraf eləmişdi ama Kənan heç birinə yan gözlə baxmamışdı.Ama bu birinci kurs gələn kimi Kənanın qəlbinə yol tapmışdı?" Deyən kimi Kənan əsəbi halda gəlib :
"Mənə bax Elvin! Əgər səni Mədinənin bir daha yanında görsəm vay halına! Həmçinində siz qızlar! Ona nəsə desəz,özünüzdən küsün!"
"-Sən dəli olmusan?! Bir qıza görə dostlarının xətrinə dəyə bilməzsən!O kimdiki elə?!" Deyə Aygün dedi.
"Sənə,sizə nə var kimdi?Ağlınızı başınıza yığın!Hər hansısa bir səhvinizi o qıza qarşı görsəm incimiyin məndən!"
Deməsi ilə ordan uzaqlaşması bir oldu.
Artıq 1-ci smenin dərsi bitdi və Mədinə evə getmişdi.Çıxışda Kənan ona yaxınlaşmasada,gözləri ilə onu evinəcən yola salmışdı.Daha sonra isə öz dərsinə getmişdi.
Bütün dərs boyunca müəllimlərdən başqa bütün səsləri dinləmişdi.Qəlbinin səsini,ağlının səsini.Mədinə də ondan geri qalmırdı.Bütün yol boyu da,evə çatanda da ağlında ancaq Kənan idi.Bacara bilmirdi ağlı ilə,ama bacarmalı idi,o universitetə kiməsə aşuq olmaq üçün girməmişdi! Oxuyacaqdı,ağ günə çıxacaqdı!
Hər nə qədər fikirləşməməyə çalışsada,alınmırdı,Kənanın sifəti ağlından çıxmırdı ki,birdən Solmazın səsi onu diksindirdi :
"Qızım,bayaqdandı gəlmisən,ama ağzından bir kəlimə də olsun universitetlə bağlı heç nə çıxmıyıb danış görüm"
"-Adi gün idi,qrup yoldaşlarım da,patok yoldaşlarımda mehriban birilərinə oxşuyurdular.Müəllimlər də çox mehriban davranırdılar bizə,belə..."
"Elə bu?"
"-Hə ana,nəysə gedim dincəlim,yaman yorulmuşdum bu gün,gecən xeyirə"
"Sənin də qızım"
Mədinə otağına gedib yatacaqdı guya,ama səhərdən bəri olanları beynində yenədə fikirləşirdi,gülümsüyürdü.Birtəhər yuxuya getdi.
Səhər yuxudan anasından əvvəl durub yemək yeyib tez evden çıxdı.Universitetə çatanda nədənsə qızların əksəriyyəti ona qəribə baxıb nəsə danışırdılar.Birdən Elvin Mədinənin yanına gəlib :
"Şeeey dünənkinə görə bağışla.."
Mədinə də pis olmuşdu ona görədə tez dilləndi:
"-Allah bağışlasın mən də üzr istəyirəm.InşeAllah ciddi bir yaran yoxdu eləmi?"
"Yox,yox çox sağol" deyib uzaqlaşdı Elvin.
Mədinə dərsə qalxanda elə zəng vurulmuşdu.Ilk dərs bitəndən sonra Qumru ilə bufetə düşdülər.Bufetdə oturanda birdən Kənan gəlib yaxınlaşdı onların stoluna :
"Salam,necəsən bu gün?"
"Salam çox sağol yaxşıyam sən?"
"Şükür yaxşıyam"
Ətrafdakı o qədər səs küyün içərisində onların arasına sükut qonmuşdu..
"Hmm,nəysə Mədinə,mən buralardayam.Nəsə lazım olsa,xəbər elə"
"-Yaxşı"
"Yaxşı"
Kənan uzaqlaşanda Qumru onun arxasınca baxa-baxa sinsi kimi güldü.
"Noldu,Qumru?"
"-Heeç,havada aşk kokusu hiss elədimdə bir azcık" deyib göz vurdu Mədinəyə.
"Heç də gülməli deyil!"
"-Gülmək üçün demədimki,guya özün hiss eləmirsənki?Uşaq deyilsənki"
"Yox hiss eləmədim.De görüm sən necə hiss elədin olmuyan bir şeyi?"
"-Ilk gün səni Elvindən qorumağını hamı bilir,hələ eşitmişəmki,sən dərsdə olanda Kənan Elvinə əsəbi-əsəbi səndən uzaqlaşmağını qışqırmışdı."
"Hə nolsunki?Onunla eyni məktəbdə oxumuşuq birdə universitetdə ilk günüm olduğuna görə elə kömək elədi"
"-Hmm,tutaqki sən deyəndi,bəs indi sənlə danışanda niyə qızardı?Niyə barmaqlarıyla qəribə-qəribə oynuyurdu?Və sonda gözlərini niyə səndən qaçırdırdı?Ama adamın üstündə Allah var bir dəfə gözü sənə sataşanda uşaq rəng verdi,rəng aldı.Hə bəs bunlara cavabınız nədi Mədinə xanım ;)"
"Şeeeeeeeyyyy"
"-Yaxşı,yaxşı sus.Danışsan batıracaqsan özünü.Dur gedək dərsə az qalıb başlanmasına"
Deyəndə Mədinə rahatlaşdı.Sinifə daxil olanda artıq müəllim artıq içəridə idi.Başı ilə oturmaqlarına icazə verdi.Qumru qabağa keçərək yavaşca fısıldadı şairin bir sözü var:
"Əgər biri gözünü səndən qaçırırsa deməli o gözlərdə səndən nəsə var ;)"
"-Öhööö,Dərsə qulaq as,Qumru"deyib nə qədər ciddi olmağa çalışsada,üzündəki o ərgənsayağı gülüşünü gizlədə bilmədi...
Bu gündə belə bitmişdi.Hər gün bu tip hadisələr olurdu.Ama heç biri birbirlərinə olan sevgisini dilə gətirmirdilər..Kənan qorxusundan deyə bilmirdi bəlkə də,yenədə "Yox" cavabını alacaqdı,ona dost kimi yaxınlaşmaq şansını itirəcəkdi...
Mədinə isə qorxurdu ilk sevgisinin uğursuz olacağından...Çünki özünü tanıyırdı durub-durub nəsə problem yarada bilərdi..
                         ***

Dostlar hər bölümü oxuduqca rəylərinizi bildirsəz çox sevinərəm ;)

Hər Şey Bir Payızda Başladı..[TAMAMLANDI]Donde viven las historias. Descúbrelo ahora