18."Xəyanət!"

135 12 7
                                    

Təklifin üstündən 1 həftə artıq keçmişdi.Elçiliyə Kənanın anası,atası,xaları gəlmişdilər.Biz tərəfdən isə anam,xalam və Lalə var idi.Onların hamısını tanıdıqca çox sevdim.Özümü  çooooox xoşbəxt hiss eliyirdim.İnsanın sevdiyi ilə qovuşacağını bilməsi göylərə uçurdur.Məndə tam elə idim.Qonaqlar getdikdən sonra bir müddət xalamgil bizdə qaldılar.Bu arada da Lalə mənə ancaq Kənanla bağlı suallar verirdi.Düzünü desəm arada şüphələnirdim.Ama istəmirdimki,Kənandan başqa kimisə,nəyisə düşünüm.Laləgil evə gedəndən sonra bir saat Kənanla telefonla danışdıq,ordan,burdan,ondan,məndən,gələcək bizdən,gələcəyimizdən..Bəlkədə əgər indi ölsəydim dünyanın ən xoşbəxt ölüsü ola bilərdim....
Kənangillə bizim ailə nişanı daha tez eləmək barədə razılaşdıq. 1 həftə sonra nişan idi.Bu bir həftədə özümə ən gözəl paltarı seçib almışdım.Hətta Kənanında kostyumu ilə rənglərimiz uyğunlaşırdı.Deyəsən o gecədə tamamilə fərqli cütlük olacıyıq.Niyə də olmayaq? Bizim günümüz olacaqdı o gün.Səbirsizliklə sonunda bir həftə gəlib keçdi.Anamgil restoranla danışıb restoranda keçirdik nişanımızı.Hamı burda idi.Üzük taxılandan bəri hamıya gözucuda olsa baxırdım.Ama ən çox Lalə diqqətimi çəkirdi.Ama Lalənin diqqətini mən çəkmirdim çünki bütün gecə gözləri Kənanın üstündə idi.Bəzən gözlərimiz toqquşanda nəzərlərini onun üzərindən çəkirdi.Ama sonra yenədə ac qurdlar kimi nəzərlərini ondan çəkmirdi.Deyəsən,Kənanda hiss eləmişdi narahat olduğu sifətindən hiss olunurdu.Ama heç nə hiss elətdirmirdi....
Nişanın üzərindən artıq bir ay keçmişdi.Kənanla ailəsi tətildən qayıtmışdılar.Səhər yuxudan oyananda Lalədən mesaj gəldiyini gördüm:
"Heç kimə heç nə demədən tez sənə  atacağım ünvana gəl!"
Nə olduğunu bilmirdim.Mesaj gələn kimi də tez evdən çıxıb onun dediyi yerə getdim.Tanımırdım oranı.Ama sonunda tapdım.Laləyə nə qədər mesaj yazsamda,zəng eləsəmdə mənə cavab vermirdi.Off dəli olacaqdım!!! Ahaaaa! Sonunda güzgüdən Laləni gördüm.Çöldəki maşınlardan biri mənə tanış gəldi.Bir dəqiqə!!Bu?!Bu?! Bu ki Kənanın maşını idi.Görəsən nolmuşdu?
İçəri girəndə Laləni bir oğlanla əl-ələ tutduğunu gördüm.Oğlanın arxası mən tərəfə idi.Allahım yox! Düşündüyüm kimi olmasın bidənə nolar Allahım! Deyə deyə yaxınlaşırdım.Yaxınlaşdıqca oğlan da Kənana daha çox oxşuyurdu.Mən yaxınlaşdıqca Lalənin sifətindəki təbəssüm daha çox artırdı.Yaxınlaşıb tez onların önündə durdum.Kənan mənə baxıb dolmuş gözlərimi görəndə tez ayağa qalxdı.O an heç nə hiss eləmirdim.Heç nə eşitmirdim.Heç nə danışa bilmirdim.Bir tək Allah bəlanızı versin deyib tez ordan çıxdığımı bildim.Kənan arxamca gəlirdi ama sonra ofisiantla toqquşduğu üçün izimi itirmişdi...

                    ***
Salam canlar buyurun yeni bölüm! ☺ Fikirlərinizi və votelerinizi əsirgəməyin😊 Hələlik❤✋

Hər Şey Bir Payızda Başladı..[TAMAMLANDI]Donde viven las historias. Descúbrelo ahora