Növbəti gün valideynlər iclasında Aliyənin nəyə görə belə elədiyi məlum oldu.1 ay bundan qabaq sinif rəhbərinin hər kəsin içində yalnız Mədinənin tərifləməsini qısqandığına görə etmişdi bütün bunları.
Anası bu olanlara dözməyərək Rəhimi çağırmışdı evə.Mədinəni məktəbə hər gün atası aparıb gətirərdi.Çunki,qızı belə istəmişdi.O,hər gün atasının əlindən bərk-bərk tutub onu çox sevdiyini deyirdi.Axı Atası onun ilk qəhrəmanı idi.O, hər gün xəyalında canlandırdığı qəhrəman ata obrazını dostlarına danışardı.Ama bu xoşbəxt günlər çox az çəkdi.Yenə dava-dalaşlar,yenə qırılan qab-qacaq səsləri,yenə ağlįyan uşaq səsləri...
Artıq Rəhimdə bezmişdi və o evi yenedə tərk elədi...
Bütün bunlar Solmazı(Mədinənin anası) daha da aqressivləşdirmişdi.O uşaqlarıyla maraqlanmır,yemək bişirmir,onların ən adi bir sözünə belə acıqlanardı...
Ayaz ders oxumağı sevməzdi.O, sürücü olmağı istəmişdi lap uşaqlıqdan.Müəllimləri Ayazın həmişə güclü hafizəyə sahib olduğunu söyləsələr də ama nə fayda?!
Mədinə isə bütün bu olanlarda özünü daim günahkar hesab edirdi.Ama o bütün bu olanlardan çıxış yolunu kitablarda görürdü.Məhz kitabların,dərslərin sayəsində uşaq yaşda o bu qədər problemdən çıxmışdı.
Beləliklə illər ötüb keçirdi və Mədinəgilin yaşadığı binaya xalasıgil köçmüşdülər.Hmm, bəlkə də başqa uşaqlar olsa xalası ilə qonşu olmağa sevinərdi..Düzdü ilk başda Mədinə də sevinmişdi gələcəkdə olacaqları görmədən..Solmaz həftənin 6 günü işdə olduğu üçün Mədinənin dərslərinə Sara(Solmazın bacısı) kömək edirdi.Vay Mədinənin halınaki, əgər o çalışmanı səhv edərsə, o zaman Mədinə ya təhqir edilər yada kiçik bir şilləni yeyərdi.
Ətrafında olan bu hadisələr,daha doğrusu uşaqlıqdan bəri aldığı bu tramvalar Mədinə də susqunluğa gətirib çıxarardi.Hətta, elə günlər olardıki,o danışmazdı belə..Solmaz hər dəfə "Ay balam sənin başqalarını nə artıqlığın varki? Sən o "alkaş" Rəhimin qızısan daaa.Bu nəyin forsudu sən də?! Yoxsa Camaatın qızlarının atası kimi prokurordu atan,yoxsa dünyalar gözəlisən xəbərim yoxdy??!"
Bu sözlər idi,əslində Mədinəni viran qoyan,qəlbini qıran.O, heç kimə danışmazdı ona görə də problemlərini..Həmişə susqun olardı.
Sara demişdi Solmaza bir gun "Buna baaax ele bil saman altdan su yeridir" yada "Ay qız bu niyə danışmır,əgər bu dəqiqə durub desələrki, bu ÇİRKİN terroristdi vallahide inanaram billahidə!"
Heç vaxt belə kinayəli sözlərə qulaq asıb cavab qaytarmazdı..Hələ bu nə idiki eşitdiklərinin yanında?Amma son olanlara ürəyində çox gülmüşdü,"haha terrorist haa hah mən və terrorist"
Bütün bu inamsızlıqlar, təhqirlər kimayələr çox yormuşdu onu.Ama dözməli idi..Çünki bir həftə sonra Tarix fənnindən olimpiyadaya qatılmalı idi!!!
STAI LEGGENDO
Hər Şey Bir Payızda Başladı..[TAMAMLANDI]
Teen Fiction1997-ci ilin oktyabrı idi.Bakıdan kilometrlərcə uzaqda bir körpə ağlayışı eşidildi.Bəli, 9 aydan sonra ailəsini görmək üçün səbrsizliklə dünyaya gələn bir qız doğuldu ev işıqlarında..Adını Mədinə qoymuşdular.Mədinənin gəlişi ondan öncəki evdəki səss...