Bir ayım çox sakit keçmişdi.Ancaq dərsə gedib gəlirdim.Hə birdə part time iş axtarırdım.Öz ayaqlarımın üstündə dayana bilmək üçün əlimdən gələni edirdim.Hərdən fikirləşirəmki,görəsən Zəhrayla Kənan olmasaydı mən bu qədər çətinliyin üzərində dik dura bilərdim? Çətin olardı.Düzdü Kənan hər nə qədər kömək eləmək istəsədə icazə vermirdim.Çünki öz ayaqlarımın üstündə duracaqdım.Nə qəribə idi,eyni qandan olduqlarımla eyni şəhərdə ola-ola mənə əziyyət verdikləri halda,heç bir qan bağlılığım olmayan özdə məndən kilometrlərcə,hətta ölkələrcə uzaq olan biri mənə bu qədər mənəvi dəstəy verirdi..Üzünü neçə ay idiki,görmürdüm ama şəkilləri bəs edirdi mənə..Əgər mənə bir gün desəydilərki,heç vaxt toxunmadığın,qoxusunu içinə çəkmədiyin,doya-doya gözlərinin içinə baxmadığın,onunla birlikdə gülmədiyin birinə aylarca aşiq olacaqsan gülüb keçərdim.Atalar yaxşı deyib,sən saydığını say gör fələk nə sayır..
Kənanla danışanda səsi əvvəlkilərdən çox yaxşı gəlirdi.Çünki anası getdikcə dahada yaxşılaşmışdı.Dediyinə görə hətta 1-2 aya da gələ bilərdilər.Gəlməsini çox istiyərdim.Yanımda mənə dayaq olacaq birinin olması mənə həqiqətən də güc verəcəkdi...
Deyəsən, 18 illik həyatımın ən gözəl,səssiz günlərini yaşıyırdım.Düzünü desəm qorxurdum,görəsən bu fırtına öncəsi səssizlik idi?? Günlərim beləcə səssizcə keçirdi..
Bu gün səhər gülərüzlə yuxudan durdum.Zəhranın üzündən əksik olmayan gülüş məni pozitiv olmağa daha çox sövq eliyirdi..Əl-üzümüzü yuyub,yeməkxanada səhər yeməyimizi yeyəndən sonra hazırlaşıb universitetə getdik.Universitetə çatmağa az qalmış qarşımda bir qaraltı gördüm...
Ayaaaz!!!
Onu qucaqlamağı, 1 il 6 aylıq həsrəti yox eləmək üçün onu öpüb,qoxlamğı elə çox istəyirdimki,qardaşımın yoxluğu elə çox hiss olunurduki həyatımda....Elə fikirləşirdimki,sanki qardaşım yanımda olsaydı nə üstümə şər atılmazdı,nə döyülməzdim,nə də evimdən uzaqlaşmazdım...
"Mədinə dərsə girmə,gəl gedək pal-paltarını yığ gedirik evə!"
Bütün cümləni eyni əsəbi səs tonuyla deməyi necə bacarmışdı?
"Yyox qardaşım gələ bilmərəm.."
"-Nə yox,həəə?? Bu nə biabırçılıqdı? Tez ol getdik!" Deyib qolumnan tutub çəkdi.Mən çox qışqırdımki,buraxsın məni ama olmurdu.Zəhranında gücü çatmırdı ona ama kömək istiyirdi ətrafdan heç kimin cəsarəti çatmırdı yaxınlaşmağa.Kim öz canına susuyubki...Mənim səsimi kəsmək üçün birdən "Şapp" səsi eşitdim.Yoxx yox ola bilməzdi.Qardaşımdanda şillə yeyə bilməzdim.Üzümü hiss eləmirdim çünki keyləşmişdi ama ürəyimi hiss eliyirdim.Qırıq-qırıq olan parçaları dahada qırılmışdı.Universitetin yanında hər kəsin içində ikinci şilləni yeyəcəkdimki,birdən bir əl onun əlini göydə saxladı.Bu kim idi? Nə baş verirdi? İnana bilmirəm ikinci dəfədiki məni başqalarından qoruyurdu Kənan! Qardaşım artıq başqası olmuşdu..Başımı qaldıranda Ayazla Kənanın bir-biri ilə necə düşmən kimi savaşdığımı gördüm.Özümə gəlib onları aralamağa çalışdım ama bacarmadım.Onları gücüm çatmazdı ama yenədə onların arasına girib davanı yavaşlada bildim axırki.Ayazın gözündən qəzəb,kin,nifrət yağırdı..Allah bilir necə başa düşmüşdü olanları..Qolumdan tutub məni aparmaq istiyəndə Kənan yenə ondan tutdu yenədə savaşmağa başlıyacaqdılarki,danışmağa başladım..Hər kəsin içində..Burada bu qədər adamın içində heç kim yox imish kimi davrandım sadəcə biz 3müzdən başqa.
"Ayaz! Mənə qulaq as! Sənin onlardan nə fərqin olduki,onlarda mənə vurdular səndə,onlarda mənə qarşı acımasız oldular səndə" sözlərim boğazımda düyünlənirdi,gözümdən yaş dayanmadan axırdı.Canım yanırdı..Artıq danışa bilmirdim.Həmişəki kimi özümü müdafiə edə bilmirdim.Son sözümü dedim :
"Siz hamınız görmürsünüzki,mənə doğulduğumdan bəri necə əziyyət verirsiz? Həmişə düzələr deyirdim ama düzəlmədi.Allah bilir ən çox xalam sənin beynini nə ilə doldurub nə deyibdi.Sənin bu hərəkətindən sonra mənə maraqlıda deyil.Mən artıq yoxam!" Deməyimlə Kənanın əlindən tutdum.Kənanın maşınına minib ordan uzaqlaşdıq..Bir müddət sükut oldu aramızda..Nə danışacaqdıqki?! Birdən dənizqırağına gəldiyimizi gördüm.Məni indi dəniz sakitləşdirə bilərdi birdə Kənan.Maşından enib bir müddət bir-birimizə baxdıq.Onun məni qucaqlaması ilə gözümdən bütün yaşlar süzüldü.O bir yandan mənə təsəlli verib göz yaşımı silirdi mən isə hönkürtü ilə ağlıyırdım.Gözlərim şişmişdi.Həmdə yaş qalmamışdı gözlərimdə getdikcə...Özümə gəlib bir müddət dənizi seyr elədim.Rahatlıq çökmüşdü artıq..
"Sən niyə belə tez gəldinki,Kənan?"
"-Anam tez sağaldı,bizdə qayıtdıq"
"Axı dedinki,1-2 aya dönə bilərik..."
"-İstiyirdimki,sənə bu gün sürpriz eliyim.Ona görədə elə balaca biryalan danışdım.."
"Sürpriz....Xoşgəlmisən"deyib yenidən onu qucaqladım....
***
Salamlar✋ Son zamanlar bölümləri gec paylaşdığımı bilirəm.Çünki, vaxtımın çoxunu təhsilimi təkmilləşdirməyə sərf eliyirəm. :)
Yeni bölüm haqda fikirləriniz? ☺
VOUS LISEZ
Hər Şey Bir Payızda Başladı..[TAMAMLANDI]
Roman pour Adolescents1997-ci ilin oktyabrı idi.Bakıdan kilometrlərcə uzaqda bir körpə ağlayışı eşidildi.Bəli, 9 aydan sonra ailəsini görmək üçün səbrsizliklə dünyaya gələn bir qız doğuldu ev işıqlarında..Adını Mədinə qoymuşdular.Mədinənin gəlişi ondan öncəki evdəki səss...