Kənan mənlə maksimum 2gün küsülü qala bildi.Heç qıya bilməzmiş mənə.Onun bu sahiblənməyi idi məni həyata bağlıyan əslində...
Yavaş-yavaş ailəmlə aram düzəlirdi.Yəniki,anamla. Smestrin sonunda olsada mənim üçün böyük irəliləyiş idi...Smestr imtahanlarımı verib artıq evə dönəcəkdim.Artıq Zəhra ilə olmuyacaqdım deyə son yataqxana günlərimi onunla doya-doya yaşıyırdım.Hərdən səhərə kimi yatmırdıq...
Smestr imtahanlarını Şükür Allaha ki,rahat bitirdim.Birinci kursu qutardığıma inana bilmirdim..
İmtahanadan çıxıb yataqxanaya gedib əşyalarımı yığmalı idim.Çünki,evə dönəcəkdim.Universitetdən çıxanda Ayazı gördüm.Kömək üçün gəlibmiş.Söhbət eliyə-eliyə yataqxanaya çatdıq onu yuxarı buraxmadılar ona görədə tez yuxarı çıxıb ordakı qızlarla vidalaşdım.Çamadanımı yaxşıki,axşamdan yığmışdım.Ən sonda Zəhra ilə görüşdük.Sanki,ömürlük ayrılırdıq bir birimizdən.Çətin olsada,bir təhər ayrılıb sağollaşdıq.
Ayaz aşağıda çamadanı məndən özü aldı.Yataqxananın çıxışında Kənanı gördük.Burda işi varmışmışdaaa burdan keçəndə bizi görüb guya.Bunlara ancaq Ayaz inandı.Altdan-altdan Kənan sırıtırdı..Bizi evə kimi ötürməyi çox təkid elədi.Sonunda Ayazla razılaşdılar.Ayaz öndə,mən isə arxada oturmuşdum.Bütün yol boyu çox şirin söhbət eliyirdilər..
Sonda məhləmizə çatdıq.Maşından düşüb oynuyan uşaqları görəndə özümü turist kimi hiss elədim.Ayazın səsini eşidən kimi çevrilib Kənanın getməyə hazırlaşdığını görüb onunla da sağollaşdım.Ayaz mən tərəfə gələndə Kənan əl hərəkəti ilə mənə "xəbər ver" dedi.Razılaşıb sağollaşdıq.O getdikdən sonra evə getdik.Qapını döyəndə necə hərəkət eləməli olduğumu bilmirdim...
Ayaz qapını döydü.Anam qapını tez açdı.Məni qucaqlıyıb ancaq "bağışla,bağışla məni" deyirdi.İkimizdə göz yaşlarımıza sahib ola bilmirdik.Uzun zaman dərdləşib barışandan sonra sonunda 3müzdə eyni süfrə arxasında oturduq.Uzun zamandan sonra bir ailə kimi...
Axşama kimi gah anama köməy eliyirdim.Gah da Kənanla yavaşca danışırdım.Evdəkilərlə aramın düzəlməsinə mənim qədər çox sevinirdi.Əslində bir müddət onunla görüşməyi planlaşdırmırdım.Ama şirinliyinə salmışdı.2 gün sonra mənimlə tamam başqa yerə gedəcəkmişik.Hara gedəcəyimizi nə qədər soruşsamda,demədi sürpriz imiş.Olsun nə deyirəm.Onunla sağollaşıb paltarlarımı yerbəyer edəndə qapının açıldığını hiss elədim.Aralıqdan baxanda xalamla,Lalənin gəldiyini gördüm.Evə dönmənin ən çətin mərhələsi idi onlar.Onları heç eşitmirəmmiş kimi işimə davam elədim.Taa ki,anam məni çağırana qədər.Çölə çıxanda o saxta gülüşümlə onları qucaqlamaq mənə necə də əzab verirdi.Başa gələn çəkilər deyib onlarla oturdum.Bir az oturub söhbətləşəndən sonra yorğunluğumu bəhanə eliyib otağıma keçdim...
İki gündən sonra Kənanla görüşmək üçün məhləyə düşdüm.O da tez gəlib məni gözlüyürdü.Maşınına minib hər nə qədər dilə tutsamda hara getdiyimizi demədi inadçı.Getdiyimiz yerə çatanda mənə çox qəribə gəldi.İlk dəfə idiki,bura gəlirdim.Biz içəri girəndə birdən işıqlar söndü.Qorxumdan Kənandan bərk-bərk yapışıb nə olduğunu soruşurdum ama heç nə demirdi.Bir azda məkana yaxınlaşanda şam işıqlarının ürək şəklində əhatəmizdə yandığını gördüm nə baş verirdi???
Birdən işığın sayəsində ətrafımızdakı insanları gördüm.Inana bilmirdim,bütün dostlarımız tanışlarımız burda idi..Vəəə birdən Kənan önümdə diz çöküb əlindəki üzüklə ilk sözünü dedi:::
"Mənimlə evlənərsənnn?????"......
***
Salam canlar ☺ Buyurun yeni bölüm üzrlü sayın gec olduğuna görə ama bu aralar başım qarışıq olduğuna görə belə problem oldu.Növbəti Bir yada iki bölümə final eləməyi planlaşdırıram ona görədə vote və rəylərinizi əsirgəməyin zəhmət olmasa❤
YOU ARE READING
Hər Şey Bir Payızda Başladı..[TAMAMLANDI]
Teen Fiction1997-ci ilin oktyabrı idi.Bakıdan kilometrlərcə uzaqda bir körpə ağlayışı eşidildi.Bəli, 9 aydan sonra ailəsini görmək üçün səbrsizliklə dünyaya gələn bir qız doğuldu ev işıqlarında..Adını Mədinə qoymuşdular.Mədinənin gəlişi ondan öncəki evdəki səss...