11.bölüm."Qaranlığıma işıq oldun!"

193 28 14
                                    

Mədinənin dilindən :

Bu gündə oyandım şişmiş gözlərimlə yuxumdan,onunla tez-tez görüşməsəkdə eyni şəhərdə olmaq belə bəs edirdi mənə.Nəysə olan oldu artıq.Mənə düşən onun anasının tez sağalmasını gözləməkdi.Hər gün universitetə gedib gəlirdim.Hətta elə günlər olurduki,bufetə belə düşmürdüm.Axı məni ora bağlıyan biri yox idi.Getdikcə dərslərimində zəiflədiyini hiss eliyirdim.Buna görədə artıq dərslərimə daha çox vaxt ayırırdım.Ama alınmırdı hər dəfə Kənan yadıma düşürdü.İndi yəqin o pis vəziyyətdədi qoy ilk mesajı mən atım deyib əlimi telefona atmışdımki,Kənandan mesaj gəldi.İnana bilmirdim türklərin bir sözü var : "Kalp kalbe karşı" deyib telefonu açdım :
"Salam,necəsən?"
Pisəm,çox pis həmdə..Nə yediklərimi hiss eliyirəm,nə yatdığım yuxunu,nə doyunca gülə bilirəm,nədəki səni unuda bilirəm.Tək təsəllim şəkillərindi artıq-deyə bilmədimm...
"-Yaxşıyam sen? Anan necədi?"
"Mən belədə..Anamda həminki kimidi yorğun, bitkin,kefsiz,solğun..."
"-Həkimlər nə deyir? Vəziyyəti yaxşıya doğru irəliləyəcəkmi?"
"Hə, 1ildən sonra Bakıya qayıdanda sağlam olacaq artıq..."
"-İnşəAllah!"
"Özün necəsən?Dərslərin necə gedir?Narahat eliyən yoxduki səni?"
İnana bilmirdim anası xəstə ola-ola hələdə məni fikirləşirdi.Deyəsən,hislərim qarşılıqlıdı...
"-Yox yoxdu heç bir narahatçılıq,hər şey yaxşıdı"
"Yaxşı onda mən səni narahat eləmiyim sabah tez durmalisan sağol :) "
"-Sağol :)"
Bu qısa söhbəti bütün gecə beynimdə fikirləşirdim.Nəhayət üzüm gülürdü yatanda..
Həftəsonu olduğuna görə gec durdum yuxudan.Eslində elədə gec deyildi 11 olardı..Xalamın səsinə durmuşdum desəm daha doğru olar.Universitetə getməyim xalamı az görməyimə səbəb olurdu.Buda mənə mənəvi rahatlıq verirdi.Nəysə başa gələn çəkilər deyib içəri keçdim..
"Salam xala sabahın xeyir "
"-Sabahı qalıb ay bala nə qədər yatır bu qız ay Solmaaaz"
"İmtahanları yaxınlaşır ona görədə gecələr yatmır məndəki durğuzmuram tez"
"-İmtahana hazırlaşırdısa  dərs vaxtında oxuyardı indidə belə eləməzdi.Sən bunu nəyə görə böyütmüsən?Böyütmüsənki,bu yaşda ev işlərini özün görəsən?"
Ya Səbr! Deyib otağıma keçdim.Xalam gedənəcəndə çıxmadım otağımdan..Son zamanlarda olanların sayəsində Oktyabr ayınının gəldiyinin belə fərqinə varmamışdı.Hər il oktyabrda özümə eyni sözləri deyirdim.Kaş doğulmazdım.Ailənin üzqarasıyam...Ama bu il fərqli idi.Anamı fəxrləndirmişdim,qardaşımı  əsgərlikdə sevindirmişdim..Nəysə,artıq doğumgünümə sadəcə 2 gün qalmışdı.Anamla təkbaşına keçirmək istəmirdim,çünki alışmamışdım, yanımızda qardaşım olanda daha maraqlı olurdu.Atam isə sadəcə zəng vurub təbrik eliyirdi.Bilmirəm,bəlkədə Bakıda olsaydı gələrdi yanıma...Ama onsuz keçirdiyim hər ad günündə elədiyi zənglərlə ağlatmasa olmazdı mənə.Hiss eliyirdim o da ağlıyırdı ama mənə hiss elətdirmirdi..O da hiss eliyirdi mən ağlıyırdım ama heç nə demirdim və beləliklə bir birimizə yalan danışırdıq.Əslində əvvəllər atamın yoxluğu elədə hiss olunmurdu.Ama böyüyəndə atanın nəfəsinin hər damlasına ehtiyac duyursan və əgər sən qızsansa...
Ay bu həssaslıq hardan gəldi mənə nəysə...
Bu gecəni belə suallarla başa vurdum..Ama yeni yaşımda belə ümidsizlikləri düşünmüyəcəm..
Və səhər açılanda daha sevincli durdum yuxudan.
Anam görəsən nə alacaq mənə ifadəsi ilə mətbəxə getdim ama anam ordada yox idi.Yəqin bazarlıq eləməyə gedib.Məndə o gələnə kimi evləri yığışdırım yəqin xalam gələr.Elə dediyim kimi zəng çalındı xalam içəri girdi.Məni başdan ayağa süzüb : "maman yoxdu yəqin eləmi?"
"Yoxdu"
"Həəə yaxşı barı səndə evi yığışdır az yat!" Dedi əsəbi-əsəbi..
"Yığışdırıram mən evimizi narahat olma sən"
"Booy balaca cücə universitetdə oxuyursan deyə mənə cavab qaytarırsan???!!!"
"Ay xala,mən sənə nə dedimki axı?" Deyəndə elə anam marketdən gəldi əlində çoxlu yükü ola-ola xalama üzünü çevirib :
"-Saraa,qapıda niyə qalmısan? Keç də içəri"
"Yoxee nə keçim sənin qızın uje qudurub mənim qapıda ağzımın payını verdi guya sağolsun doydum gedirəm indi.."
"-Ay Sara uşaqdı o, elə şey olar sən canı? Keç içəri qonşulardan ayıbdı.."
"Gedirəm evinə səndə qızına ağıl qoyana kimi çətin gəlim sənin qapına!!!"
Ay xalaa mən sənə nə dedim axi? Deməyimlə xalamın mənə əsəbi-əsəbi baxışı ilə blokdan çıxması bir oldu.Anam əlindəkiləri mənə verib xalamın ardınca getdi.Nə az nə çox düz 2 saat sonra gəldi anam evə.İlk evə girişindən bildimki,xalam birinin üstünə beşini qoyub danışıb.Anamın evə girməsi ilə üstümə şığıyıb şillə vurması bir oldu.Özümü qoruya bilmədim çünki zərbə gözləmədiyim insandan gəlmişdi.Həmin vaxt yerin dibinə girmək istəmişdim.Yada yox onsuzda anamın,xalamın hamısının gözündə yerin dibində olan əzik biri idim.Artıq danışacaqdım 17 ildə düşünübdə ağlımda saxladığım bütün sözləri deyəcəkdim anama :
"Niyə məni sevmədin ana?Atamla ayrıldın deyəmi? Niyə mənə heç vaxt ağız dolusu qızım demədin anaa?? Niyə mənə bu şilləni vurdun? Niyə heç vaxt məni dinləmirsən?niyə o qadının dediklərinə inanırsan? Niyə mənə güvənmədin heç vaxt??"
"-Otağına get!"
"Niyə Mədinə otağına get, ya da qızım otağına get demirsən???"
"-Qəlbini qıracam əgər danışmağa davam eləsən!"
Arxamı çevirib gedəndə yalnızca bir söz dedim :
"Qırıq olan qəlbimi nə qədər qıracaqsanki??"
Həmin gecəni yatmıyıb ağlamışdım.Sabah ad günüm idi və mən gözüm şişmiş gəzəcəkdim.Əlaa!!
Saat 00:00-a az qalmışdı hər nə qədər doğum günü havamda olmasamda görəsən kiminsə yadında qalıb doğum günüm deyən kimi ilk təbrikim gəldi.Üzümü güldürən insandan gəlmişdi.Bəlkə də məni sevən tək insandan desəm daha doğru olar..
"Doğum günün mübarəkdi gözəl insan.18-ci yaş günün mübarəkdi.Əslində səni belə təbrik eləməyi heç istəməzdim ama şərtlər belə oldu..Sənsiz bir il keçirmək çox çətindi mənə...Yəqin sənə olan hisslərimi yenidən görürsən eləmi?Çox istiyərdimki,səndədə mənə qarşı hiss olsun..Çünkiii,çünkii sənin sevginə çox ehtiyacım var..Əgər bütün bu hisslərimi yox sayıb mənə yox desəndə,sən hələdə mənim üçün o balaca qız olacaqsan....Yaxşıki varsan sevdiyim!"
Əslində fikirləşdim hisslərim haqqında.Məndə eyni şeyləri hiss eliyirdim ona qarşı ama bildirib-bildirməmək üçün çox tərəddüd elədim.Əvvəllər ailəmə görə tərəddüd eliyib heç nə demirdim ona hisslərimi demirdim ta məktəb vaxtından ama indi görürəmki,ailəm üçün o qədər də dəyərli deyiləm və mənim haqqımdı bu sevgini yaşamaq deyib mesajına cavab yazdım :
"Çox sağol Kənan.Düzünü desəm səndən belə bir mesaj gözləmirdim.Ama inanki,mənim üçün ən gözəl doģum günü hədiyyəsi oldu.Səndən uzaq olmağım mənə xeyli cəsarət verdi və məndə səni sevirəm.Sənin etirafın mənim qaranlığıma işıq oldu ;) " ......

Salamlar ! Hər dəfə bölümləri oxuduqca rəyinizi bildirsəniz çox sevinərəm,çünki bu mənim ilk işimdi və ruhdan düşməmək üçün sizin müsbət ve ya mənfi rəylərinizi gözlüyürəm..Allaha əmanət olun :)

Hər Şey Bir Payızda Başladı..[TAMAMLANDI]Donde viven las historias. Descúbrelo ahora