Və olimpiya günü gəlib çatmışdı.Mədinə 35 şagirdlə bilik yarışına girəcəkdi.Bunu özü istəmişdi.Axı ən sevdiyi fənni idi.Direktor sinif otağına gəlib uğurlar dilədikdən sonra suallar paylanılmışdı.Hər kəsin sifətində kiçik bir şaşqınlıq yaransada, və ya "off","aydaaa!" Kimi ifadələr yaransa da, Mədinənin sifətinə kiçik bir gülümsəmə qonmuşdu.Çünki, oxumuşdu bu sualları.Sinif otağından ilk çıxanda Mədinə olmuşdur.Və 1 həftədən sonra cavablar çıxanda hamı şoka düşmüşdü çünki məktəb üzrə keçirilən olimpiyadada yalnızca bir qız 1-ci yerə çıxmışdı Mədinə Kərimova!!! Direktor Mədinəni otağına çağırıb təbrik eliyəndən sonra ona şəhər turuna qatılacağını demişdi.
"Nə?😱 Şəhər turuna mı gedəcəm mən????"
Bütün bunları bilən Mədinə evə qaçaraq getmişdi ilk uğurunu anasına söyləmək üçün, anasının gözünə girmək üçün..Eve çatanda hardasa saat 14:00 olardi.Anasının gəlməyinə 6 saat var idi hələm.Çox uzun bir saat olsada, Mədinə evi yığışdırıb,yeməyi bişirib dərslərini hazırladıqdan sonra anası artıq gəlmişdi.Anası işdən gəlib yeməyini yedikdən sonra adəti üzrə proqramlara baxardı.Mədinə də düşünmüşdü ki, ilk qələbəsini elə bu vaxt deyər anasına..Ama anası yedikdən sonra yatmağa gedəndə Mədinə:
"Ana, bəs televizora baxmıyacaqsan?"
"-yox, yatıram"
"Nəsə olub,ana?"
"-Başım ağrıyır"
"Niyə axı ,ana,işdə nəsə olub??"
"Haydaaa sən o balaca ağlınla imkan vermiyessən yatım?! Çıx çölə!!!"
"Yaxşı ,ana" dedi və otaqdan çıxdı.Ama o belə təsəvvür eləməmişdi axı anası onu öpüb qucaqlamalı,təbrik eləməli və fəxr duymalı idii.
"Nəysə, anam çox məşğuldu ona görə məndə narahat eləmiyim onu" demişdi ürəyində..Ama ürəyində də saxlamaq istəmirdi axı ilk qələbəsini..
"Ahaaa, bildimmm!!! Xalamq deyəcəm,o sevinər"
Evlərindən çıxıb o biri bloka xalasıgilə getmişdi.Qapını Lalə(Xalasıqızı ) açmışdı.Lalə Mədinədən 2 yaş böyük idi.Həmdə Lalə gil daha varlı idilər.
Mədinəylə Lalə görüşəndən sonra,Mədinə mətbəxə getdi xalasının yanına.İlk qələbəsini deyəndə gözləmədiyi reaksiyanı vermişdi xalası.Qəhqəhə atıb gülmüşdü.Hətta necə gülmüşdüsə,o biri otaqdan Lalə ilə atası da gəlmişdi.
"Nolub Sara bu nə gülüşdü axşam axşam?" Dedi Lalənin atası.
"Xəbərin var bu çirkin cücə neyniyib?" Dedi
"-Yox bilmirem,nə eliyib de görümm"
"Guya,xanımça məktəbdə 1-ci yerə çıxıb tarixdənaaa özdə tarixdən hah başın üçündü elə!"
"-Ay qız, nə varki burda? Uşaq niyə yalan danışsınki, düz deyirdə yəqin"
"Ona inandığını demə mənə a kişi! O, balaca çirkin yalançıdı!!!"
Mədinə ağlıya- ağlıya evdən ayaqqabısını da götürüb necə çıxdığını heç bilməmişdi..Elə qapının ağzında ayaqqabısını geyinmişdiki, xalasının Laləyə qışqırmasını eşitdi:
"Utanmırsan? Sənin hazırlığına o qədər pul tökürəm ama birinci yerə o, ALKAŞIN qızı gedib çıxır.!!!"
Heç bir sözü eşitmirdi.Axırıncı cümlə beynində fırlanırdı elə. "Alkaşın qızı" "Alkaşın qızı!!"
"Offf" eliyərək evə girmişti Mədinə ağladığı hiss olunmasın deyə gözlərini silsə də, gözlərinin içi hələdə qıpqırmızı idi..
Ayaz hələ yatmamışdı bacısını görən kimi sorğu-suala tutd:
"Hardaydın ?"
"-Laləgildə"
"Sənin səsinə nolub?"
"-Heç nə,yorğunam yatmağa gedirəm,gecən xeyirə!"
"Yox,yox dayan senin gözün niyə qızarıb? De görüm niyə ağlamısan?"
"-Bilirsen, olimpiyadada birinci yerə çıxmışam"
"Ouuuuu, təbrikləəərrr,Ama niye ağladığını tez de!"
"Off,Ayaz bəsdi nə olar" deyəndə gözləri yaşardı..
"Mədinəəə!!!!!''
'-Mən alkaşın qızı deyiləm bildinmiii? Mən Mədinəyəm,Mədinə!!!" Deyib otağına qaçdı....
ESTÁS LEYENDO
Hər Şey Bir Payızda Başladı..[TAMAMLANDI]
Novela Juvenil1997-ci ilin oktyabrı idi.Bakıdan kilometrlərcə uzaqda bir körpə ağlayışı eşidildi.Bəli, 9 aydan sonra ailəsini görmək üçün səbrsizliklə dünyaya gələn bir qız doğuldu ev işıqlarında..Adını Mədinə qoymuşdular.Mədinənin gəlişi ondan öncəki evdəki səss...