6.cı bölüm."İlk sevgi etirafı!"

189 31 4
                                    

Mədinə növbəti mərhələnidə uğurla keçib birinci yerə çıxmışdı.Oxuduğu məktəbin adını qaldırdığına görə direktor Solmazı məktəbə çağırmış və Mədinə kimi bir qıza analıq etdiyi üçün təbrik eliyib,çoxlu təriflər yağdırmışdı ünvanına.Təbiiki də Mədinənin özünə də deyilmişdi bu sözlər.Və Mədinə ilk Diplomunu almışdı artıq.Bütün bu tərifləri eşidəndə Solmaz hiss elətdirməsədə, gözləri yaşarmışdı.Məktəbdən çıxanda qızını bərk-bərk qucaqlıyaraq
"Səninlə fəxr eliyirəm!" Deyib öpmüşdü qızının üzündən..
Bütün gün Mədinənin ağlında fırlanırdı bu söz..."Fəxr edirəm,fəxr edirəm,O mənimlə fəxr edir!!"
Mədinənin sevincinin həddi-hüdudu yox idi.Çünki,o bacarmışdı, təəccübləndirmişdi, sevindirmişdi.
Artıq məktəbin ən məhşur qızı olmuşdu.bütün müəllimlər,şagirdlər onun haqqında danışırdılar ikrah hissilə.Hətta heç vaxt Mədinənin sifətinə belə baxmayanlar artıq ondan hal-əhval tuturdular.
Həyatın qanunları böyüklər kimi,kiçikləridə artıq öz ağuşuna almışdı..1 həftə bundan əvvəl heç adlarını belə bilmədikləri cılız qıza indi yuxarı siniflər salam verirdilər,söhbət yaradırdılar.Təbiiki, bu söhbət həvəskarlarının içində oğlanlar da var idi.Şübhəsiz ki,hərəsinin yanaşması fərqli səbəblərdən idi.Kimisi dərslərində kömək eləməsi üçün,kimisi son zamanların gözdəsi olan bir qızla takılmaq üçün,kimisi isə tamam başqa hisslərlə yaxınlaşırdı ona...
O,adını belə demədiyim,başqa hiss adlandırdığımı Mədinə həmişə həyatından uzaq tutmuşdu,heç elə hisslərə baş qoymaq istəmirdi...
Özünün xəbəri olmasada,artıq yandırmışdı birinin canını.Kənanın canını...
Kənan kim idi bəs?
Kənan Paşayev!
Paşayevlər nəslindən olub,ailənin tək övladı idi.Ilk göz ağrısı olduğuna görə də istədiyi hər bir şeyi əldə etmişdi.9-cu sinifdə oxumasına baxmayaraq maşını,xüsüsi evi,hətta məktəbdəki bəzi oğlanların 6 ayda istifadə edəcəyi xərcliyi 1 gündə yoxa çıxarda bilərdi.Elə bunlara görədə eqosu bütün məktəbdə məhşur idi.Məhşurluğun sevgiyə nə təsiri?
Ürəkki sevgiyə düçar oldu,ağıl dövrədən çıxar deyib atalarımız..
Kənan Mədinəni sevdiyini heç vaxt boynuna almazdı..Yaraşdırmazdı özünə sevgini..
Ama anlamışdı artıq hər gün onu görmək üçün nə qədər çalışdığını,görəndə gözlərini qaçırdığını,görmüyəndə nə qədər narahat olduğunu,onun oğlanlarla söhbətini görəndə hiss elədiyi qəribə hissiyyatı..Hmm, nə idi o hissiyyat? "Qısqanclıq!"
Bəli,bəli artıq qısqanırdı..Bu qısqanclıq onu dəyişmişdi.Evdəkilərində bilməsi uzun çəkməmişdi.Ən azından yuxu düşkünü olan şagirdin saat 6dan yuxudan durub saçını müxtəlif formalara salması,vurduğu ətirlərini daha diqqətlə seçməsi,paltarlarını daha təmiz və səliqəli seçməsi vəəə şorbanı çəngəllə yeməsini Bağdaddaki kar xəlifə belə eşitmiş olardı...
Artıq Kənan qərarını vermişdi hisslərini deyəcəkdi Mədinəyə..Yenədə tez gəlib məktəbin girişində gözlüyürdü onu.Çox məşq eləmişdi artıq hazır idi və Mədinəni girişdə görmüşdü...
"Nəfəs al,Kənan, ohhh, rahatlaş"
"Aaa necəsən Mədinə?" Deyib sözə başlamaq üçün bəhaə axtarırdı ama Mədinə eşitmək istəmirdi onun sözlərini çunki,bilirdi ona qarşılıq vermiyəcəyini,məktəbdəki kiçikdən boyüyə hər kəs kimi o da bilirdi Kənanın hisslərini qarşılıq vermiyəcəyini.
"Çox sağol,Kənan " deyib içəri keçmək istədi ama Kənan onu qabaqlayıb imkan vermədi.
"Dayan, sənə söz deməliyəm!"
"-DƏrsə getməliyəm" dedi başını aşağı salaraq..
" dərs hələm başlamıyıbbbb"
"-Sənə nə?! Sənə hesab verəcəm?! Özüm bilərəm nə vaxt getmək istədiyimi!!!"
Belə deyərək özündən uzaqlaşdırmaq istəmişdi ama nə fayda?
"Yoxxxx dinlə məni! Cəsarətimi güclə toplamışam dinləməlisən!!"
İkilinin səs küyünə şagirdlər toplanmışdı.Mədinənin yerində olmaq istəyə o qədər qız var idikii.
"-Çəkil!!!"
"Səni sevirəm Mədinəəə"
Hamı ouuuuldamağa başlamışdı.Mədinə qızarmış,əsən səsi ilə güclə demişdiki:
"-səni sevmirəm,sevmiyəcəm də!Əl çək məndən!"
Ordakı qızların ifritə baxışlarıyla artıq məktəbini içinə girmişdi.Düzdü,onda da Kənana qarşı hisslər var idi.Ama o qardaşına söz gətirə bilməzdi,anasını əsəbləşdirə bilməzdi...
Yəqin fikirləşirsizki,Kənan neylədi?..O həmin gün heçbir dərsə getmədi.Nəinki, həmin gün hətta 1 həftə belə..Kənanın vəziyyətini görən ailə nələrin baş verdiyini Asifdən(Kənanın sinif yoldaşından) öyrənmişdilər.Buna ilk öncə pis reaksiya verməsələr də,sinif rəhbərinin töhmət məktubunu görəndən sonra sözün əsl mənasında cin atına minmişdilər.Onlar çıxış yolunu Kənanı məktəbdən çıxarmaqda gördülər və elədə elədilər Kənanı Mədinədən uzaqlaşdırıb təhsilini davam elətdirməsi üçün Amerikaya əmisinin yanına göndərdilər.Bəlkə də bütün bunları əvvəlcədən bilsəydi getməyinə mane olmaq üçün əlindən gələni edərdi.Ama o öz taleyini özündən xebersiz yazan ailəsi tərəfindən son gün öyrənmişdi...Və buda son idi Kənan artıq Bakıdan, ilk uşaqlıq sevgisindən uzun müddətlik ayrıldı....

Hər Şey Bir Payızda Başladı..[TAMAMLANDI]Donde viven las historias. Descúbrelo ahora