ilahi!! Hələ də inana bilmirdim ki, istədiyim yerə qəbul olmuşam. Sevincdən gözlərim yaşarmağa başladı.
- Aaaaaaaaaaaaaa!! Yes yes yes!! İstədiyim oldu!! Şükür Allah!!!
Sevincdən uşaq kimi yerimdə dayana bilməyib ordan ora qaçırdım, səsim bütün evi götürmüşdü.
Anam səsimə gəlib təlaşla üzümə baxdı
-Yağmur nə olub nə qışqırırsan? Ay qız,bir danış da
Anamın sözlərini eşitməyib, yenə uşaq kimi yerimdə tullanırdım. Axrıncı dəfə nə vaxt belə sevindiyim yadımdan çıxmışdı.
Anam cavab vermədiyimi görüb,qolumdan tutub məni dayandırdı.
- Ay qızım,nə olub de görüm də. Səhərdən keçi kimi ordan ora tullanırsan burdan bura. Bir dayan da başım ağrıdı axı.
Üzümdəki təbəssümü görüb oda artıq gülməyə başlamışdı.
-Ayyy!! ay bala,de görümdə nə olub niyə ürəyimi partladırsan axı? Tez ol de görüm
-Anaaaaaa istəəəəəəədiiiyimmmmm universitetə
- Bıy evin tikilsin bala sənin nə olub da istədiyin universitetə
- Ana istədiyim universitetə qəbul olmuşam. Hansı ki,2 il xəyalımda olan universitetə. Heç kim mənə inanmırdı amma mən bacardım gördün?
Anam təəccüb içində mənə baxırdı və səsi çıxmırdı.
-Mama yaxşısan? Səsini çıxartda. Ay ana noldu?
Artıq qorxmağa başlıyırdım. Səs gəlmirdi. (Ay Allah yazıq arvadın ürəyi tutub deyəsən) bu fikirdə idim ki,taki o ana qədər.
Qəfildən
- Bıyyy,anan sənə qurban.
- Bismillah!! Ana yavaş ürəyim qorxdu,o nə reaksiya idi?
- Can başına dönərəm elə qaragözlüm. Məni çox sevindirdin
Anam məni möhkəm qucaqlayıb çoxlu üz gözümdən öpdü
Sonra isə anamın səsinin titrədiyini hiss edib, üzünə baxdım
-Anam ağlamada başına dönüm, qadan alım sənin
Əlinin tərsi ilə gözünün yaşını silib
Gülümsüyüb
-ay hayasız qızı hayasız birdənə balam istədiyi yerə qəbul olub. Bunun üçün sevinc göz yaşı gəlirdə neyniyim özümü saxlıyası deyiləm ki
-Özdə tez ol tez atana zəng elə. Qoy kişinin ürəyi könlü açılsın.
Axşam idi.Hamı süfrə başında oturub yemək yeyirdi. Uzun müddət idi ki,bir yerdə yemək falan yeməz,söhbət etməz idik.Hamının bir yerdə oturub deyib gülməsi bir ailə üçün necə də xoş idi. Mənim üçün dünyalara bərabər idi.
Atam
-Ehh. Qızımda 3 il burda olmuyacaq. Oğlum da gələn həftə evlənir onun da üzünü çox görə bilmiyəciyik Ay İlahə. Görürsən nə tez böyüdülər. Elə bil hələ dünən olub qardaş bacı dalaşıb üstümüzə gəlməyi.Tək qaldıq artıq
Atamın bu sözləri gözlərimi doldurmuşdu artıq. Niyə elə deyirdi axı elə bil ömürlük ayrılırıq ya da mən ailə qurub başqa ölkəyə heç qayıtmamaq üzrə gedirəm.