Oturacağa oturub kəmərimi bağladım. Dərindən bir nəfəs alıdım, ilk dəfə idi ki, yalnız başıma başqa bir ölkəyə gedirdim.
Telefonumu uçuş rejiminə qoyub,qulaqcıqlarımı taxıb, oturacağa rahatca belimi söykədim.
Yatıb qalmışdım. Boynumu əyri qoymuşdum deyə boynum tutulmuşdu.
Bir anlıq çiynimdə kiminsə başını olduğunu hiss elədim. Başımı çevirib çiynimə tərəfə baxdım.
Oğlanın biri başını mənim çiynimə dayayıb yatmışdı. Mən hələdə nə olduğunu anlamağa çalışarkən önümüzdəki xalanın bizə pis-pis baxıb güldüyünü gördum.
İlahi neyniyir bu oğlan? Camaat indi pis başa düşəcək. Ya da dərdindən öldüyüm qohumlarım hardansa pırtdıyıb çıxıb, bizi görəcək, sonrada gedib evdəkilərin qulağına çatacaq.
Yanımdakı oğlanı dümsükləyib oyatdım.
-Zəhmət olmasa başınızı çəkərdinizdə. Yatıb qalmısız,mənim də xəbərim olmuyub.
- Sizində hər vaxtınız xeyir. Hə nə var ki, burda yuxu tutubda. Bilərəkdən başımı qoyanda da nə olur ki? Yemədim ha siziBic-bic gülüb, süzməyə başladı
Bunun özündən razılığına bax e sən. Boşomo qoyondo no olor ko. Canına dərd olmur yazıqsan. Heyrətlə bunun özündən razılğına baxa-baxa qalmışdım. Ağzım açıq qalmışdı.-Ağzını bağla ağzını sonra dilini siçan oğurluyar.
-Əhəhəhəhə,çox gülməli idi.
Sifətimi buruşdurdum
-Sizə dedim ki,başınızı çəkin qabağımızdakı xala səhərdən bizə pis-pis baxıb gülür.
-Yəqin yaraşdırırda bizi. Həm də özümdə yaraşıqlı oğlanam deyə baxır.Eqoisttt gədəəəəəə!!!! Nə həmin an təpəsin gözün əzərdim!!! Sakitləş,Yağmur. Yəqin əqli cəhətdən qüsurludu.
Heçnə deməyib üzünə baxdım bir anlıq göz-gözə gəldik. Həqiqətəndə yaraşıqlı idi. Qəhvəyi rəngli gözləri, səliqədən çıxmış saçları, boyunu buxunu MaşAllahı var idi əməlli-başlı. Yanında cücüyə oxşuyurdum.
Başımı pəncərəyə tərəf çevirdim. Deyəsən başını çəkmək fikri yoxdu. Əksinə yerini rahatlıyırdı.
Sükut çökmüşdü. Səssizliyə dayanmayıb yenidən sözə başladı. Amma bu səfər axır ki,başını çəkmişdi və düz mənə tərəf baxırdı. Əlini mənə uzadıb
-Anar Qasımov, sizin adınız nədi, xanım qız?
-Anam mənə tanımadığım adamlarla danışmamağımı deyib.
Möhkəm bir qəhqəhə çəkdi
-Hahahahaha. Ay Allah,balaca,neçənci sinifə gedirsən sən? Balaca qız anasının sözündə çıxmazmış
-Mən balaca deyiləm!!! 22yaşım var mənim!! Uşaqda sənsən!!!
-Əsəbləşmə balaca aaa!! Yox ya biraz böyüksən də.Allahım sənə gəlirəm. Bu saat təyyarədə qətliam törədəcəm.
-De də adını. Bilmək istəyirəm axı adını.
-Demirəm.
-Demirsən ki?
-Yox demirəm.
-Yaxşı elə olsun.Yenidən başını çiynimə qoydu mən çəkildikcə o daha da yaxınlaşırdı.
Yaradan Allah, sənə qurban olum məni nə ilə sınıyırsan?
-Deyirəm bəlkə başını çəkəsən biraz sonra şüşədə kserekopyam çıxacaq.
- Çəkmirəm. Nə vaxt adını deyərsən onda məndə başımı çəkəcəm.
-Başını çək yoxsa qışqıracam
-Sən? Axaxaxa qışqıra bilməzsən.Heçnə deməyib susdum. Qolumu daha da çəkdim yenədə əl çəkmədi.
Telefonu əlimə götürüb parametrində bir iki dəyişiklikər etdim.
-Aha Yağmur xanım tapdım adını.Şok vəziyyətində ona baxdım. Hardan tapdı axı adımı. İnkar eləmək istəyirdim ki
-Heç inkar falan eləmə telefonda adını gördüm,özü də soyadın Əliyevadır.Sonrada yadıma düşdü ki,telefonun parametr hissəsində Ad Soyad yazılır. Telefonun bu xüsusiyyətin biləndə az qala sındırmaq istədim.